• 23:52 – Tramp seçilsə, Avropanı İFLİC EDƏCƏK: "Qoca qitə" şoklara hazır olmalıdır 
  • 23:42 – Fransa universitetində Bakının siyasətindən danışıldı 
  • 19:48 – Ermənilər xəritə yaydı: Azərbaycan ordusu bu istiqamətlərdə irəliləyəcək - FOTO/VİDEO 
  • 19:43 – Rusiyadakı terror aktının bənzərini Türkiyədə törətmək istəyənlər var - Ərdoğan 

Vüsal Kazımov İkinci Şəhidlər xiyabanında dəfn olundu

Vüsal Kazımov İkinci Şəhidlər xiyabanında dəfn olundu

Ötən gün Şuşa istiqamətində avtomobil qəzasında həlak olan Azərbaycan Ordusunun əsgəri Vüsal Kazımov İkinci Şəhidlər xiyabanında dəfn olunur.

Bir qədər əvvəl V. Kazımovun ailə üzvləri, Nəsimi Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Müdafiə Nazirliyinin nümayəndələrinin də iştirakı ilə hərbçi ilə vida mərasimi keçirilib.

Qeyd edək ki, V. Kazımov xidmət zamanı qəzaya düşdüyü üçün ona şəhid statusu veriləcək.

Xatırladaq ki, hadisə martın 3-də Şuşada baş verib. Hərbi yük avtomobilinin qəzaya uğraması nəticəsində xəsarət alan Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər V.Kazımov hərbi tibb müəssisəsinə təxliyə olunub. Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

***

Vüsal Kazımov İkinci Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →