• 16:44 – Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər 
  • 23:54 – Oğuzda 50 ilin ən güclü dolusu - VİDEO 
  • 23:48 – “Haber Global”: “Azərbaycan həm meydanda, həm də masada qələbə qazandı” - VİDEO 
  • 23:43 – Bakcell bütün ölkəni Bulvardakı konsertə çağırır 

Gənclər və idman naziri ilə muxtar respublika gənclərinin görüşü olub

 Gənclər və idman naziri ilə muxtar respublika gənclərinin görüşü olub

Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbovun Naxçıvan Muxtar Respublikasında fəal gənclər, könüllülər və idmançılarla görüşü keçirilib.

“Naxçıvan” Universitetinin iclas zalında keçirilən görüşdə çıxış edən Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Ramil Hacı nazir Fərid Qayıbov başda olmaqla nazirliyin əməkdaşları və digər qonaqları burada görməkdən məmnunluğunu bildirib. Vurğulayıb ki, bu görüş mahiyyət etibarilə gənc nəslin yeni fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi, müasir dünya gəncliyinə inteqrasiyası, gənclərlə iş sahəsində birgə əməkdaşlıq baxımından önəmlidir.

Görüş zamanı çıxış edən gənclər Fərid Qayıbova təmsil etdikləri təşkilatların fəaliyyəti, həyata keçirilən layihələr, gələcək planları barədə məlumatlar veriblər.

Tədbirdə muxtar respublikada fəaliyyət göstərən gənclər təşkilatlarının fəaliyyətinin tənzimlənməsi üçün qanunvericlik məsələləri, beynəlxalq əməkdaşlıq, gənclərin inkişafında təşkilatların rolu, gənclərin rəqəmsal bacarıqlarının inkişafı, könüllülük fəaliyyəti kimi məsələlər ətrafında müzakirələr aparılıb. Gənclər maraqlı və səmimi görüş üçün ölkənin gənclər və idman nazirinə minnətdarlıqlarını bildiriblər.

Nazir Fərid Qayıbov belə görüşlərin davamlı olacağını və nazirliklə gənclər təşkilatlarının əməkdaşlığının daha da genişlənəcəyini bildirib.

Görüşdə Azərbaycan Respublikasının gənclər və idman nazirinin müavinləri və Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun icraçı direktoru, Milli Məclisin üzvü Cəbi Quliyev də iştirak edib.

Sonda xatirə şəkli çəkdirilib.
Reytinq: 
Son xəbərlər
bütün xəbərlər →