Xəbər lenti
Axtar

Kommunikasiyanın gücləndirilməsinə ciddi ehtiyac var

22 Ock 2015, 09:12   
    1362
Kommunikasiyanın  gücləndirilməsinə ciddi ehtiyac var

Beyləqan rayonunun Əmirzeyidli kəndi qədim tarixə malik yaşayış məntəqələrimizdən biridir.Bu kəndin adının tanınmış ərəb sərkərdəsi Əmir Zeydlə əlaqələndirirlər.Belə ki,VIII əsrdə bölgəyə Əmir göndərilən Zeyid, burda məskunlaşma işləri aparıb. İran İslam Respublikası ilə həmsərhəd olan Əmirzeydin problemləri başdan aşır. Bunlardan ən başlıcası, yaşayış məntəqəsinin kommunikasiya ilə normal qaydada təmin edilməməsidir. Belə ki, 1965-ci ildə istifadəyə verilmiş yüksək gərginlikli elektrik xətləri yararsızdır.İnternet demək olar ki, yox dərəcəsindədir. Ciddi işsizlik problem var. Biz, şəhid Rəsul Cəfərov adına Əmirzeyidli kənd tam orta məktəbində olduq, şagirdlərin dərsə davamiyyəti, dərslərin keyfiyyətilə maraqlandıq. Məktəbin direktoru Qurban Məmmədov məlumat verdi ki, bu təhsil ocağı 1965-ci ildən öncə 4 illik təhsil bazası əsasında fəaliyyət göstərib.2012-ci ildə H.Əliyev Fondunun dəstəyilə 2 mərtəbəli,180 yerlik yeni tədris binası tikilib,istifadəyə verilib.
Məktəb direktorunun tədris işləri üzrə müavini Əvəz Nəcəfov: -Hazırda 11 illik təhsil bazasında fəaliyyət göstərən məktəbin 4 məzunu Azərbaycanın ərazi bütövlüyü uğrunda gedəın döyüşlər zamanı şəhid olub.2013-2014-cü tədris ilində bu təhsil ocağının 6 məzunu ali məktəblərə,2 nəfər şagird isə, 8-9 illik təhsil bazasında General Naxçıvanski adına İbtidai Hərbi Liseyə qəbul olub.2010 Beyləqan rayon İcra Hakimiyyəti başçının Fəxri fərmanına layiq görülən Əmirzeyidli kənd tam orta məktəbinin şagirdərinin bu ilki dəris ilində daha böyük uğur qazanacağıa əminəm.
Nümunəvi şagirdlərdən bir neçəsilə həmsöhbət olduq:
Nəzrin Şaiq qızı Quliyeva, 9-cu sinif şagirdi. Dərs əlaçısıdır.Ailədə 2 bacı,1 qardaşdırlar.Arzusu riyaziyyat müəllimi kimi yetişməkdən ibarətdir.
Rövşanə Səxavət qızı Rəhimli, 9-cu sinif şagirdi:-Dərs əlaçısıdır.Arzusu ibtidai sinif müəllimi ixtisasına yiyələnməkdir.Ailədə 3 bacı, 1 qardaşdırlar.
Əli Zaur oğlu Ağakişizadə, 8-ci sinif şagirdi:-Ailədə 2 bacı,1 qardaşdırlar.Arzusu iqtisadçı olmaqdır.Onun atası respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edib.Vətən müharibəsi veteranıdır.
Bundan başqa, nümunəvi davranışları ilə seçilən bir neçə şagirdin də adını qeyd etməyi borc bildik. Atakişiyeva Gözəl Rasim qızı(11-ci sinif), Elyanə Zaur qızı Ağakişizadə(11-ci sinif), Afiq Araz oğlu Həsənov(10-cu sinif), Roza Ağakişizadə (9-cu sinif), Mənzurə Teymur qızı Ağakişiyeva (7-ci sinif) və başqaları.
Ömrünün 50 ilini körpə fidanların təlim-tərbiyəsinə həsr etmiş Əmirzeyidli kənd tam orta məktəbinin tarix müəllimi Məhəmməd Əliyev, Maya Ələkbərova(informatika),İlhamə İslamova(fizika), Çingiz İsmayılov, (cəbr-həndəsə), Afina Abdullayeva və Rüzgar Əvelizade(dil-ədəbiyyat), habelə adlarını qeyd edə bilmədiyimiz digər müəllimlər hər cür diqqət-qayğıya layiqdirlər.Əslən Qərbi Azərbaycandan olan el ağsaqqalı Məhəmməd müəllim isə, canlı tarixdir.
Məktəbin işgüzar kollektivindən ayrılırıq.Arzu edirik ki, imkanlı idarə və müəssisələr bu təhsil ocağının qarşılaşdığı problemlərin həllində onlara yardımçı olsunlar.
Şamil Sabiroğlu, “Ana harayı”qəzetinin baş redaktoru,
Əvəz Almədətov, “Xebertv.az” saytının baş redaktoru.
Fotolar Ə.Almədətova məxsusdur.
Beyləqan rayonu, 22.01.2015.



Kommunikasiyanın  gücləndirilməsinə ciddi ehtiyac var
Kommunikasiyanın  gücləndirilməsinə ciddi ehtiyac var
Kommunikasiyanın  gücləndirilməsinə ciddi ehtiyac var
Kommunikasiyanın  gücləndirilməsinə ciddi ehtiyac var
Kommunikasiyanın  gücləndirilməsinə ciddi ehtiyac var
Kommunikasiyanın  gücləndirilməsinə ciddi ehtiyac var
Kommunikasiyanın  gücləndirilməsinə ciddi ehtiyac var