Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Erməni qızlar üsyan etdi — “Ermənilər kişi deyil, biz Azərbaycan kişilərini istəyirik”
  • SON DƏQİQƏ: Tarif Şurası qaz və suyun qiymtini qaldırdı? – İşığın 1 kilovat saatı isə 16 qəpik
  • ABŞ-dan xəbərdarlıq: Gəncəni qoruyun
  • İlham Əliyev Dünya çempionatının açılış mərasimində
  • Azərbaycanda enerji qiymətləri 2 dəfə qaldırılır - Tarif Şurasına MÜRACİƏT OLUNDU
  • Müşfiq Cabiroğlu son mənzilə yola salınıb
  • Marsda həyat izi aşkarlandı
  • Alimlərdən şok açıqlama: Ay uzaqlaşır, gün uzanır
  • Günün ulduz falı: 6 iyun, 2018
  • Optik eynəklərin satış qaydaları dəyişdirilir
  • İyulun 1-dən şəbəkə istifadəçiləri vergi verəcək
  • Azərbaycan-Rusiya sərhədində əməliyyat başladı
  • Azərbaycanda pensiya yaşı artırıldı - Görün neçə oldu. DİQQƏT, YENİ QAYDALAR
  • Erməni kəşfiyyatçı: Azərbaycan Ermənistanı iki böləcək
  • SON DƏQİQƏ: Ərdoğanın iqamətgahına HÜCUM ANI: Görüntülər yayıldı - VİDEO
  • Prezidentdən Messiyə şok təhdid: Əgər Qüdsə gəlsən...
  • Yeri hansı ölçüdə asteroid dağıda bilər - ALİMLƏRDƏN DƏQİQ CAVAB
  • İftar vaxtı restoranın ortası çökdü – Video
  • Artıq insanlar barmaq izindən deyil, yerişindən TANINACAQ
  • Geomaqnit qasırğası olacaq - Xəbərdarlıq
  • Ermənilər biryaşlı qızımızı gözümüzün qabağında güllələdilər _ŞƏHİDİM(3)
  • ABŞ çaşbaşdır: Diktatorla görüş olacaqmı?
  • “WhatsApp”da çoxdan gözlənilən funksiya istifadəyə verildi
  • “Hell Azərbaycan”dan zəhərlənən turistlə bağlı AÇIQLAMA - YENİLƏNİB
  • 23 yaşlı azərbaycanlı xanım 6 övlad dünyaya gətirdi
  • 09 Ağu 2015, 09:49   
        351
    Qəbələdə olimpiya atıcılıq növləri üzrə Dünya Kuboku yarışlarının rəsmi açılış mərasimi keçirilib

    XeberTv.Az Qəbələ rayon icra hakimiyyətinin saytna istinadən xəbər verir ki ,Qəbələ rayonunda olimpiya atıcılıq növləri üzrə Dünya Kuboku yarışlarının final mərhələsinin rəsmi açılış mərasimi keçirilib.
    Qəbələ şəhərindəki Heydər Əliyev Konqress Mərkəzində təşkil olunan mərasimdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Tədbirdə “Qəbələ” İdman Klubunun Prezidenti Tale Heydərov, Gənclər və İdman Nazirinin müavini İsmayıl İsmayılov, Qəbələ Rayon İcra Hakimiyyətinin Başçısı Səbuhi Abdullayev, Azərbaycan Atıcılıq Federasiyasının Prezidenti Hafiz Cəfərov, Beynəlxalq İdman Atıcılıq Federasiyasının Prezidenti Oleqario Vaskes Ranyan və baş katibi Frans Şrayber çıxış edib.
    Natiqlər Azərbaycanda idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlərdən, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən idmançılara göstərilən diqqət və qayğıdan, qazanılan uğurlardan danışıb, yarış iştirakçılarına uğurlar arzulayıblar.
    “Qəbələ” İdman Klubunun Prezidenti Tale Heydərov qeyd edib ki, Azərbaycan olimpiya atıcılıq növləri üzrə Dünya Kuboku yarışlarına ev sahibliyi etməklə dinamik inkişaf edən idman ölkəsi kimi tanınmasına və Olimpiya Hərəkatına qoşulmasına böyük təkan verir.
    Diqqətə çatdırılıb ki, ölkə Prezidenti cənab İlham Əliyevin yaxından dəstəyi ilə ölkəmizdə düzgün idman siyasətinin həyata keçirilməsi nəticəsində bu il birinci Avropa oyunları məhz Azərbaycanda keçirilib. Avropa oyunlarından sonra ən böyük yarış hesab olunan Atıcılıq üzrə Dünya Kuboku yarışlarının Qəbələdə keçirilməsi isə ölkəmizdə aparılan uğurlu idman siyasətinin ən böyük nailiyyətlərindəndir.
    Natiq öz çıxışında qeyd edib ki, bu yarış Qəbələnin dünyada tanınmasına çox böyük tövhə verəcək.
    Mərasimdə diqqətə çatdırılb ki, Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin dəstəyi və “Qəbələ” Atıcılıq Klubunun, Azərbaycan Atıcılıq Federasiyasının təşkilatçılığı ilə keçirilən Dünya Kuboku yarışlarının final mərhələsində dünya reytinq cədvəlində xüsusi yer tutan olimpiya atıcılıq növləri üzrə 100-ə yaxın ölkədən 2 minə yaxın idmançı, eləcə də rəsmi qonaq və idman nümayəndəsi iştirak edir.
    Məlumat verilib ki, Dünya Kuboku uğrunda yarışların 5 mərhələsi ötən bir il ərzində ABŞ, Almaniya, BƏƏ, Kipr və Meksikada keçirilib. Həmin yarışlarda xal toplayaraq dünya reytinqində yer tutan idmançılar Qəbələdə keçirilən dünya kuboku uğrunda yarışların final mərhələsində iştirak etmək hüququ qazanıblar. Yarışların 6-cı mərhələsi, yəni final görüşləri avqust ayının 8-dən 16-dək Qəbələdə keçiriləcək. Bu yarışlar 2015-ci il ərzində Beynəlxalq İdman Atıcılıq Federasiyasının təqvim planında Avropa və Dünya çempionatından sonra ən mühüm yarış hesab olunur.
    Yarışlara avqustun 8-də Qəbələ Stend və Ox Atıcılığı Kompleksində start veriləcək. Atıcılığın 17 növü üzrə keçirilən bu yarışlarda idmançılar 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək Yay Olimpiya Oyunları üçün 34 lisenziya uğrunda mübarizə aparacaqdır. Yarışlar Beynəlxalq İdman Atıcılıq Federasiyasının rəsmi televiziya kanalı olan “ISSF TV” vasitəsi ilə canlı yayımlanacaq.
    Çıxışlardan sonra Beynəlxalq İdman Atıcılıq Federasiyasının prezidenti Oleqario Vaskes Ranyan Dünya Kuboku yarışlarının rəsmi açılışını elan edib və federasiyanın himni səsləndirilib.
    Tədbir möhtəşəm konsert proqramı ilə davam etdirilib.
    loading...