Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Akar dəvət etdi, Zakir Həsənov Türkiyəyə getdi
  • Bu şəxsləri 15 ilədək həbs gözləyir
  • Keçmiş MTN generalı barəsində hökm dəyişdirildi
  • Azərbaycanın quru sərhədlərini açmamasının əsl səbəbi
  • AZAL Barselonaya reysləri bərpa edir
  • Türkmənistandan səfirliyimizə hücumla bağlı açıqlama
  • Belarus Azərbaycana başsağlığı verdi
  • Sülhməramlıların 45 maşını aksiya ərazisindən keçdi
  • Prezident: "Sülhməramlıların müvəqqəti yerləşdirildiyi ərazilərdə faydalı qazıntıların qanunsuz istismarı dayandırılmalıdır"
  • Naxçıvanın müdafiə potensialı gücləndiriləcək
  • Günəş enerjisi kitab təqdimatı
  • Vasif Talıbovun xidməti maşını və mühafizəsi əlindən alındı
  • Azərbaycanda yeni medal təsis olunur
  • Bakı Metropoliteni sıxlıqla bağlı məlumat yaydı
  • Leyla Abdullayeva “Le Monde” qəzetini tənqid etdi
  • Türkmənistan prezidenti MM spikerini təltif etdi
  • Rasim Məmmədova bəraət istənildi
  • Vilayət Eyvazov yeni rəis təyin etdi
  • Naxçıvandakı əməliyyatla bağlı Talıbovun mövqeyi bilindi
  • Ərdoğan azərbaycanlı yazıçıya mükafat verdi
  • DİM nazirlikdə bu müsahibələri ləğv etdi
  • Azərbaycanın xarici siyasət strategiyasında dövlətlərarası əməkdaşlıq və dostluq prinsipləri üstünlük təşkil edir
  • İrəvan dəhlizə qarşıdır: Bakı bu addımı atacaq – Erməni professor
  • Blinken məhz Nikola çağırış etdi, nəsə düz deyil - Qriqoryan
  • Azərbaycan bu gün ilham mənbəyinə çevrilib
  • 24 Oca 2023, 21:26   
        35
    Sülhməramlıların 45 maşını aksiya ərazisindən keçdi


    Sülhməramlıların 45 maşını aksiya ərazisindən keçdi

    Laçın-Xankəndi yolunda təşkil olunan aksiyanın 44-cü günündə də Rusiya sülhməramlılarına məxsus avtomobillər aksiya ərazisində maneəsiz hərəkət edirlər.

    XEBERTV.AZ xəbər verir ki, bu dəqiqələrdə sülhməramlılara məxsus 6 avtomobilin Laçından Xankəndi istiqamətinə sərbəst hərəkəti təmin edilib. Ümumilikdə gün ərzində bu saata qədər sülhməramlıların 45 maşınının, həmçinin Beynəlxalq Qırmızı Xaç Komitəsinə məxsus 12 avtomobilin maneəsiz keçməsinə şərait yaradılıb.

    Bu, bir daha onu göstərir ki, ərazidə hərəkət sərbəstdir. Etirazçıların guya Laçın-Xankəndi yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı Ermənistan mətbuatında yayılan xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.

    Qeyd edək ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb. Nəticədə azərbaycanlı ekofəallar Qarabağda ekoloji istismara qarşı ötən il dekabr ayının 12-dən dinc aksiyaya başlayıblar.
    Axar.az
    loading...