Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Akar dəvət etdi, Zakir Həsənov Türkiyəyə getdi
  • Bu şəxsləri 15 ilədək həbs gözləyir
  • Keçmiş MTN generalı barəsində hökm dəyişdirildi
  • Azərbaycanın quru sərhədlərini açmamasının əsl səbəbi
  • AZAL Barselonaya reysləri bərpa edir
  • Türkmənistandan səfirliyimizə hücumla bağlı açıqlama
  • Belarus Azərbaycana başsağlığı verdi
  • Sülhməramlıların 45 maşını aksiya ərazisindən keçdi
  • Prezident: "Sülhməramlıların müvəqqəti yerləşdirildiyi ərazilərdə faydalı qazıntıların qanunsuz istismarı dayandırılmalıdır"
  • Naxçıvanın müdafiə potensialı gücləndiriləcək
  • Günəş enerjisi kitab təqdimatı
  • Vasif Talıbovun xidməti maşını və mühafizəsi əlindən alındı
  • Azərbaycanda yeni medal təsis olunur
  • Bakı Metropoliteni sıxlıqla bağlı məlumat yaydı
  • Leyla Abdullayeva “Le Monde” qəzetini tənqid etdi
  • Türkmənistan prezidenti MM spikerini təltif etdi
  • Rasim Məmmədova bəraət istənildi
  • Vilayət Eyvazov yeni rəis təyin etdi
  • Naxçıvandakı əməliyyatla bağlı Talıbovun mövqeyi bilindi
  • Ərdoğan azərbaycanlı yazıçıya mükafat verdi
  • DİM nazirlikdə bu müsahibələri ləğv etdi
  • Azərbaycanın xarici siyasət strategiyasında dövlətlərarası əməkdaşlıq və dostluq prinsipləri üstünlük təşkil edir
  • İrəvan dəhlizə qarşıdır: Bakı bu addımı atacaq – Erməni professor
  • Blinken məhz Nikola çağırış etdi, nəsə düz deyil - Qriqoryan
  • Azərbaycan bu gün ilham mənbəyinə çevrilib
  • 26 Eki 2022, 15:17   
        212
    Allahverdi Bağırovun qəbrində kim dəfn edilib? - Video

    Allahverdi Bağırovun qəbrində kim dəfn edilib? - Video
    BAKI-XEBERTV.AZ
    Bu gün Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun doğum günüdür.

    Axar.az xatırladır ki, o, 1946-cı il aprelin 22-də Ağdamda anadan olub. Yeddi qız övladından sonra dünyaya gəldiyi üçün ailəsi onu Allahın payı sanıb, adını Allahverdi qoyub.

    A.Bağırov orta təhsilini Ağdam şəhər 1 saylı məktəbdə alıb. Kiçik yaşlarından idmana, xüsusən də futbola, yüngül atletika və voleybola böyük həvəsi olub. Bir müddət Ağdamın “Qarabağ” futbol klubunun heyətində çıxış edib.

    1988-ci ildə Ağdamda ilk müdafiə dəstələrinin formalaşmasında Allahverdi Bağırovun böyük rolu olub. O, Ağdam əhalisi tərəfindən göstərilən maddi yardım və öz şəxsi vəsaiti ilə Qarabağ kəndlərində yaradılmış kiçik özünümüdafiə dəstələrinə yaxından köməklik edib. Ağdam rayonu ərazisində gedən döyüşlərdə mərdliklə vuruşub. Müstəqil Azərbaycanın bayrağını ilk dəfə Ağdama Allahverdi Bağırov sancıb.

    1992-ci ilin yanvarında Allahverdi Bağırovun komandirlik etdiyi tabor Naxçıvanik kəndində işğalçıların bütün canlı qüvvəsi və texnikasını darmadağın edib, 150 döyüşçü ilə Əsgəran qalasına qədər irəliləyib, Pircamal kəndindəki bütün yüksəklikləri tutub. Allahverdi Bağırov və döyüşçüləri cəmi iki saata əməliyyatı icra edib və Ermənistan bayraqlarını Azərbaycan bayraqları ilə əvəz edib. Bu əməliyyata görə Allahverdi Bağırov “General Məhəmməd Əsədov” mükafatına layiq görülüb.

    Allahverdi Bağırovun ən böyük hərbi uğuru 1992-ci ilin iyununda Aranzəmin döyüşündə olub. Həmin döyüşlərdə onun dəstəsi 100 erməni əsgərini məhv edib və onunu əsir götürüb.

    Xocalı soyqırımı zamanı həlak olanların meyitlərinin döyüş meydanından çıxarılmasında və azərbaycanlı əsirlərin erməni əsirlər ilə dəyişdirilərək azad edilməsində onun böyük xidməti olub. A.Bağırov erməni polkovnik Vitali Balasyanla əlaqə saxlayaraq, üç gün ərzində 1003 Xocalı əsirini ermənilərin əlindən xilas edib.

    Səkkiz günlük erməni əsirliyində işgəncələrə məruz qalan Hüseynağa Aydın oğlu Quliyevin danışdıqları Allahverdi Bağırovun necə böyük şəxsiyyət olduğunu aydın göstərir:

    “Məni əsirlikdən qurtarmaq üçün Ağdam döyüşlərində əsir düşmüş Suriyadan olan erməni ilə dəyişməli idilər. Belə də oldu. Ermənilər Milli Qəhrəman Allahverdi Bağırova pul təklif etmişdi ki, həmin Suriya ermənisini qaytarsın. Amma yeri behişt olsun, rəhmətlik Allahverdi kişilik göstərib ermənini pula deyil, mənə dəyişdi. Anamı da buraxmışdılar”.

    Şair Xəlil Rza Ulutürkün oğlu Təbriz Xəlilbəylinin, Milli Qəhrəman Əlif Hacıyevin nəşini ermənilərdən Allahverdi Bağırov almışdı. O, Əlif Hacıyevin nəşini geri almaq üçün 10-dan çox erməni əsir vermişdi ki, düşmən böyük qəhrəman Əlif Hacıyevin meyitini yandırmasın.

    Həmçinin Çingiz Mustafayevin Xocalıda çəkiliş aparması işini də Allahverdi Bağırov təşkil edib.

    Böyük qəhrəman Allahverdi Bağırovun olduğu maşın 1992-ci il iyunun 12-də Naxçıvanikdən geri qayıdarkən minaya düşüb. Maşında olan digər üç nəfər sağ qalsa da, Allahverdi Bağırov sürücüsü və Nizami adlı həkimlə birlikdə şəhid olub.

    Onun üçün Bakıdakı Şəhidlər Xiyabanında qəbir qazılsa da, qardaşı Eldar Bağırovun yanında — Ağdam rayon Şəhidlər Xiyabanında torpağa tapşırılıb. Allahverdi Bağırov üçün qazılan qəbirdə isə ondan bir neçə gün sonra şəhid olan Milli Qəhrəman Çingiz Mustafayev dəfn edilib.


    loading...