Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Səfərova: Ermənistan 4 ölkə ilə qonşudur, 3-nə ərazi iddiası var
  • Əskişəhərdəki həmvətənlərimiz aksiya keçirdi
  • Səfərbərlikdən qaçan ruslar sərhəddə saxlanıldı
  • Paşinyan Overçukla görüşdü: təfərrüat bəlli deyil
  • Vilayət Eyvazov rəisi işdən çıxardı
  • Paşinyan Səmərqəndə getməkdən imtina etd
  • Şəhid Milli Qəhrəman Polad Həşimovun ailə üzvlərini ziyarət etdik.
  • Baş Qərargah rəisi ordu modelindən danışdı
  • Azərbaycanda 2023-cü ildə “European Triathlon Camp” keçirilə bilər
  • Ermənilər Laçını minalayır: Bakı NƏ ETMƏLİDİR?
  • Zəngilanın baş planı açıqlandı
  • Azərbaycan-Türk Xalqları Qardaşlığı İctimai Birliyinin rəhbərliyi Balakən rayonunda işgüzar səfərdə olub
  • Bu gün milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin doğum günüdür
  • NASA astronavtı kosmosda torpaqsız bitki yetişdirdi
  • Mehriban Əliyevadan Silahlı Qüvvələr Günü ilə bağlı PAYLAŞIM
  • Prezident Silahlı Qüvvələr Günü münasibətilə paylaşım etdi - FOTO
  • Türk dünyası ilə bağlı dərsliklər qəbul edildi - FOTO
  • Xaricdə təhsil almaq istəyənlərin nəzərinə...
  • İlham Əliyev: "Özbək və Azərbaycan xalqları bir yumruq kimi birlikdə olacağıq"
  • Şok iddia: ölülərlə danışmaq mümkün olacaq
  • Xaricdən idarə olunan feyk hesablarla şantaj halları var - XƏBƏRDARLIQ
  • İlkin Süleymanovun məhkəməsi: Nərmin Quliyevanı sonuncu dəfə görən şahid DANIŞDI
  • Rövşən Əkbərovun səhhətində PROBLEM YARANDI
  • ŞƏHİD İLQAR VERDİYEVİN "ANDINA SADİQ OĞUL"FİLMİNİN TƏQDİMAT MƏRASİMİ KEÇİRİLİB
  • "Əziz Şuşa, Sən Azadsan!".
  • 25 Haz 2022, 21:30   
        356


    Azərbaycan-Türk Xalqları Qardaşlığı İctimai Birliyinin rəhbərliyi Balakən rayonunda işgüzar səfərdə olub
    25 iyul 2022


    BAKI-XEBERTV.AZ

    Azərbaycan-Türk Xalqları Qardaşlığı İctimai Birliyinin rəhbərliyi Balakən rayonunda işgüzar səfərdə olub
    Azərbaycan-Türk Xalqları Qardaşlığı İctimai Birliyinin sədri f.ü.f.d.Səkinə Bayramova, həmsədri f.ü.f.d., dos.Yeganə Qəhrəmanova, l müavin şair-publisist, AYB-nin üzvü, "Səda" televiziyasının direktor müavini Hacı İlham Qurbanoğlu, birliyin sədr müavini tanınmış şair, Prezident təqaüdçüsü, AYB-nin üzvü Abil İslam, Ağsaqqallarla iş üzrə sədr müavini, Xəzər RT-nın sədri polkovnik Telman Kərimzadə, Bakı şəhər təşkilatının sədri şair-publisist, Kanal F5-in və "Sənət dünyası nuru" jurnalının təsisçi-direktoru Fərqanə Məhyəddinqızı, birliyin Mətbuat xidmətinin rəhbəri, ATA tv və İctimai Xəbər Agentliyinin baş direktoru Rasafil Bayramovdan ibarət nümayəndə heyəti Balakən rayonunda işgüzar ezamiyyətdə olub. Rayona daxil olan nümayəndə heyəti, ilk növbədə, birliyin yerli nümayəndələri: Balakən RT-nın sədri Qarabağ qazisi, mayor Şaban Daşdəmirov, müavinləri: Qarabağ qazisi Vaqif Hümbıtov və şəhid atası Məhəmməd Alqayevlə birgə Balakən rayon Şəhidlər xiyabanını ziyarət etmiş, Alqayev Harun Məhəmməd oğlunun və onun simasında bütün şəhidlərimizin ruhunu yad etmişlər. Balakən rayonunda şəhidlərimizin ruhuna hörmət əlaməti olaraq salınmış xiyabanın abadlıq işlərinə xüsusi diqqət yetirdiyinə görə Balakən rayonu rəhbərliyinə təşəkkür edilmiş, şəhidlərə ehtiramın hər birimizin borcu olduğu bildirilmişdir.
    Sonra nümayəndə heyətinin üzvləri Vətən müharibəsi şəhidi əfsanəvi kəşfiyyatçı Harun Alqayevin adına tikilmiş bulağı və şəhidimizin böyüyüb boya-başa çatdığı evdə adına açılmış muzeyi ziyarət etmişlər.
    Ermənilərin "Türk Harun" deyə adı gələndə tir-tir əsdiyi qəhrəman kəşfiyyatçı Harun Alqayevin igidliyindən, XTQ-in tərkibində keçdiyi şərəfli döyüş və mübarizə yolundan fəxrlə danışaraq valideynləri Məhəmməd ataya və Kifayət anaya belə igid oğul yetişdirdikləri üçün minnətdarlıq etmişlər. Çıxışçılar 30 ildən bəri gözlədiyimiz zəfərin qazanılmasında müstəsna xidmətləri olan belə igid oğullarımızın xatirəsini əbədiləşdirmək üçün onların ev muzeylərinin açılmasının, adlarının məktəb və küçələrə verilməsinin vacibliyindən danışmış, ictimai birlik üzvləri olaraq bu istiqamətdə görülən işlərə dəstək göstərməyə hazır olduqlarını bildirmişlər.
    Daha sonra ATXQ İB-nin sədri Səkinə Bayramova, həmsədr Yeganə Qəhrəmanova və l müavin Hacı İlham Qurbanoğlu şəhid atası Məhəmməd Alqayevin qonaqları qismində Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayevin qəbulunda olaraq Harun Alqayevin ailəsinə göstərdiyi diqqət və qayğıya görə ona minnətdarlıq etmiş, şəhidin adının oxuduğu məktəbə və yaşadığı küçəyə verilməsini, ailəsi tərəfindən yaradılmış ev muzeyinin dövlət orqanları tərəfindən qeydiyyata alınmasına köməklik göstərilməsini xahiş etmişlər.
    Səfərin ikinci günü
    Azərbaycan-Türk Xalqları Qardaşlığı İctimai Birliyinin İdarə Heyətinin üzvləri yerli nümayəndələrlə birgə Balakən RT-nın üzvü, tanınmış alim, tarix üzrə fəlsəfə doktoru Akif Məmmədlinin şəxsi vəsaiti və zəhməti hesabına yaratdığı tarix muzeyində olmuşlar. 3
    mindən çox eksponatı olan muzeydə 40 min il əvvəldən başlayaraq müxtəlif tarixi dövrlərdən günümüzə gəlib çıxan əmək alətləri, qədim əşyalar, geyim növləri, musiqi alətləri, əlyazmalar və digər maddi-mədəniyyət nümunələri böyük maraq doğurmuşdur. Muzeyin eksponatlarının dövlət tərəfindən qorunmasının, xalqımızın qədim və zəngin mədəniyyətə malik olan Balakən bölgəsinə aid tarixi-etnoqrafik nümunələrin gələcək nəsillərə çatdırılmasının əhəmiyyəti vurğulanmış, muzeyin Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən rəsmi şəkildə qeydiyyata alınması üçün müvafiq qaydada müraciət edilməsinin vacibliyindən danışılmışdır.
    Birlik rəhbərliyi belə bir vətənpərvərlik nümunəsi göstərdiyinə və təmənnasız olaraq çəkdiyi əziyyətlərə görə tarixçi alim Akif Məmmədliyə dərin təşəkkürlərini bildirərək ona öz gələcək fəaliyyətində uğurlar arzulamışlar.
    Daha sonra Azərbaycan-Türk Xalqları Qardaşlığı İctimai Birliyinin rəhbərliyi birliyin Balakən RT-nın ağsaqqallarla iş üzrə müavini Məhəmməd Alqayevin evində oğlu şəhid Harun Alqayevin döyüş və qəhrəmanlıq yolu haqqında xatirə mərasimi keçirmişdir. Mərasim zamanı çıxışçılar Harun Alqayevin təcrübəli kəşfiyyatçı kimi erməni dilini mükəmməl bilməsindən, dəfələrlə ermənilərin arasında olaraq onlara aid vacib hərbi sirləri öyrənməsindən, düşmənlər tərəfindən axtarışda olmasından, Vətəninə, xalqına bağlılığından fəxrlə danışmış, belə qəhrəman oğul böyüdən valideynlərə bir daha minnətdarlıq etmişlər. Azərbaycan xalqının öz şəhidlərini unutmadığı, onların qəhrəmanlığından bəhs edən məqalələrin, kitabların yazılmasının vacibliyi qeyd olunmuş, gələcək nəsillərə bugünkü qəhrəmanlıq tariximizin dəqiqliyi ilə çatdırılmasının əhəmiyyəti vurğulanmışdır.
    Tədbirdə birliyin Zaqatala RT-nın sədri Səadət xanım Dibirova da iştirak edərək bölgədə şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi istiqamətində atılan addımlardan, birliyin bölgə təşkilatlarının bu istiqamətdəki fəaliyyətindən danışmışdır.
    Sonda birliyin Balakən RT-nın sədri Şaban Daşdəmirova, eləcə də müavinləri Məhəmməd Alqayev, Vaqif Hümbətov və Məhəmməd İsayevə birliyin fəaliyyətində yaxından iştiraklarına, türk dünyası dəyərlərinin təbliğindəki roluna görə təşəkkür edilmiş, minnətdarlıq əlaməti olaraq diplomlar təqdim olunmuşdur.
    ATXQ İB-nin rəhbərliyi adından Balakənə işgüzar səfər çərçivəsində öz qonaqpərvərlikləri və səmimi münasibətləri ilə hər birimizdə yüksək təəssürat yaradan rayon təşkilatı sədrinə və nümayəndələrinə, onların ailə üzvlərinə minnətdarlıq edir, dərin təşəkkürümüzü bildiririk.















    Azərbaycan-Türk Xalqları Qardaşlığı İctimai Birliyinin rəhbərliyi Balakən rayonunda işgüzar səfərdə olub

    Rasafil Bayramov
    ATXQ-nin Mətbuat xidmətinin rəhbəri,
    ATA tv və İctimai Xəbər Agentliyinin təsisçi-direktoru
    loading...