Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Ermənilər Laçını minalayır: Bakı NƏ ETMƏLİDİR?
  • Zəngilanın baş planı açıqlandı
  • Azərbaycan-Türk Xalqları Qardaşlığı İctimai Birliyinin rəhbərliyi Balakən rayonunda işgüzar səfərdə olub
  • Bu gün milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin doğum günüdür
  • NASA astronavtı kosmosda torpaqsız bitki yetişdirdi
  • Mehriban Əliyevadan Silahlı Qüvvələr Günü ilə bağlı PAYLAŞIM
  • Prezident Silahlı Qüvvələr Günü münasibətilə paylaşım etdi - FOTO
  • Türk dünyası ilə bağlı dərsliklər qəbul edildi - FOTO
  • Xaricdə təhsil almaq istəyənlərin nəzərinə...
  • İlham Əliyev: "Özbək və Azərbaycan xalqları bir yumruq kimi birlikdə olacağıq"
  • Şok iddia: ölülərlə danışmaq mümkün olacaq
  • Xaricdən idarə olunan feyk hesablarla şantaj halları var - XƏBƏRDARLIQ
  • İlkin Süleymanovun məhkəməsi: Nərmin Quliyevanı sonuncu dəfə görən şahid DANIŞDI
  • Rövşən Əkbərovun səhhətində PROBLEM YARANDI
  • ŞƏHİD İLQAR VERDİYEVİN "ANDINA SADİQ OĞUL"FİLMİNİN TƏQDİMAT MƏRASİMİ KEÇİRİLİB
  • "Əziz Şuşa, Sən Azadsan!".
  • Fitrə zəkatı nə qədər verilməlidir? - Video
  • İlham Əliyev Emmanuel Makronu təbrik etdi
  • “WhatsApp”a yeni funksiya əlavə edilib - Gizli fotolara giriş...
  • Soyqırımdan danışanlar Xocalıya baxsınlar – Hulusi Kılıç
  • "Azərbaycan-Türk Xalqları Qardaşlığı" İctimai Birliyinin fəaliyyətindən bəhs edən jurnalın təqdimatı keçirildi
  • Dünya azərbaycanlılarının Şuşa Zirvəsi: Diasporumuzun tarixi inkişaf yolu
  • Qədr gecələri nə vaxtdır? - QMİ
  • Deputat: "Operativ Qərargahdan xoş xəbərlər veriləcək" - VİDEO
  • Azərbaycanla 10 mühüm saziş imzalandı - Japarov
  • 24 May 2022, 21:55   
        119
    Türk dünyası ilə bağlı dərsliklər qəbul edildi - FOTO

    Türk dünyası ilə bağlı dərsliklər qəbul edildi - FOTO

    24 İyun 2022
    Bbu gün Beynəlxalq Türk Akademiyasının Elmi Şurasının Nur-Sultanda keçirilən növbəti 5-ci iclasında “Ortaq Türk tarixi”, “Ortaq Türk ədəbiyyatı” və “Türk dünyasının coğrafiyası” dərsliklərinin mətni və proqramı üzv ölkələrin nazirləri və təşkilatın rəhbərliyi tərəfindən təsdiq olunub və müvafiq protokol imzalanıb.

    XEBERTV.AZ xəbər verir ki, dərsliklər türk dövlətləri başçılarının zirvə görüşlərində qəbul edilən qərarlara uyğun olaraq Beynəlxalq Türk Akademiyası tərəfindən hazırlanıb.

    2021-ci ildə Elmi Şuranın İstanbulda keçirilən 4-cü iclasında ortaq dərsliklərlə bağlı komissiyanın yaradılmasına qərar verilib və Türkiyə tərəfinin təşəbbüsü ilə 2022-ci il 16-18 may tarixlərində dərslik mətnlərinin təsdiqi məqsədilə ekspertlər toplantısı keçirilib.

    Bu iclasda ekspertlər hər üç dərsliyin mətnlərini razılaşdırıblar.

    “Ortaq Türk tarixi” dərsliyi 7 bölmədən ibarətdir və XV əsrə qədər türk xalqlarının tarixini özündə əks etdirir.

    “Türk dünyası coğrafiyası” dərsliyinin məzmunu bütövlükdə türk dünyasının coğrafi mənzərəsinin, türklərin coğrafi anlayış və ideyalarının öyrənilməsinə yönəlib.

    “Ortaq Türk ədəbiyyatı” dərsliyi isə şagirdlərdə ortaq düşüncə və mədəni dəyərlər haqqında təsəvvür yaratmaq məqsədi daşıyır.

    V Elmi Şurada qəbul edilmiş yekun protokola uyğun olaraq, tərəflər dərsliklərin proqram və mətnlərini təsdiqləyir, onların öz ölkələrinin orta təhsil müəssisələrində tədrisini təmin edir və dərsliklərin təbliği məqsədilə müxtəlif tədbirlər təşkil etməyi üzərlərinə götürürlər.

    Tarixi tədbirdə Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırali, Azərbaycanın təhsil naziri Emin Amrullaev, Qazaxıstanın təhsil naziri Asxat Aymaqambetov, elm və ali təhsil naziri Sayasat Nurbek, Qırğızıstanın təhsil və elm naziri Almazbek Beyşenaliyev, Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının üzvü İkram Adırbekov, o cümlədən Azərbaycan, Qırğızıstan və Özbəkistanın Qazaxıstandakı səfirləri, Türkiyə və Macarıstan səfirliyinin nümayəndələri iştirak ediblər. Türk Dövlətləri Təşkilatının baş katibi Bağdad Amreyev tədbirə onlayn qatılıb.




    Publika.az
    loading...