Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Prezident Silahlı Qüvvələr Günü münasibətilə paylaşım etdi - FOTO
  • Türk dünyası ilə bağlı dərsliklər qəbul edildi - FOTO
  • Xaricdə təhsil almaq istəyənlərin nəzərinə...
  • İlham Əliyev: "Özbək və Azərbaycan xalqları bir yumruq kimi birlikdə olacağıq"
  • Şok iddia: ölülərlə danışmaq mümkün olacaq
  • Xaricdən idarə olunan feyk hesablarla şantaj halları var - XƏBƏRDARLIQ
  • İlkin Süleymanovun məhkəməsi: Nərmin Quliyevanı sonuncu dəfə görən şahid DANIŞDI
  • Rövşən Əkbərovun səhhətində PROBLEM YARANDI
  • ŞƏHİD İLQAR VERDİYEVİN "ANDINA SADİQ OĞUL"FİLMİNİN TƏQDİMAT MƏRASİMİ KEÇİRİLİB
  • "Əziz Şuşa, Sən Azadsan!".
  • Fitrə zəkatı nə qədər verilməlidir? - Video
  • İlham Əliyev Emmanuel Makronu təbrik etdi
  • “WhatsApp”a yeni funksiya əlavə edilib - Gizli fotolara giriş...
  • Soyqırımdan danışanlar Xocalıya baxsınlar – Hulusi Kılıç
  • "Azərbaycan-Türk Xalqları Qardaşlığı" İctimai Birliyinin fəaliyyətindən bəhs edən jurnalın təqdimatı keçirildi
  • Dünya azərbaycanlılarının Şuşa Zirvəsi: Diasporumuzun tarixi inkişaf yolu
  • Qədr gecələri nə vaxtdır? - QMİ
  • Deputat: "Operativ Qərargahdan xoş xəbərlər veriləcək" - VİDEO
  • Azərbaycanla 10 mühüm saziş imzalandı - Japarov
  • Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun ictimaiyyət nümayəndələri Fəxri Xiyabanda görkəmli oftalmoloq-alim, əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik Zərifə xanım Əliyevanın xatirəsini ehtiramla yad etdilər.
  • Özbəkistanda Azərbaycan şöləni - Foto
  • Ailəsindən gizli döyüşə gedən əsgərimiz ŞƏHİD OLDU-ŞƏHİDİM_01
  • Tanınmış qələm ustadı Nəcibə İlkinin "Şəhidliyin Əli və İslam zirvəsi" adlı kitabının təqdimatı keçirildi
  • Dünyada Ərdoğan kimi siyasətçi azdır - Peskov
  • Türkiyə Müdafiə Nazirliyindən 31 Mart Soyqırımı Günü ilə bağlı PAYLAŞIM
  • 14 Nis 2022, 22:11   
        230
    Özbəkistanda Azərbaycan şöləni - Foto

    BAKI-XEBERTV.AZ
    Özbəkistanda Azərbaycan şöləni - Foto

    Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı, hər iki ölkənin mədəniyyət nazirliklərinin, Azərbaycanın Özbəkistandakı səfirliyinin dəstəyi ilə Daşkənddə və Surxandərya vilayətində keçirilən Azərbaycan mədəniyyəti günləri Özbəkistanın Mədəniyyət və Sənət İnstitutunda davam edib.

    Kutl.az xəbər verir ki, institutun akt zalında keçirilən tədbirdə alimlər və tələbələr, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva və onun başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti iştirak edib.

    Q.Paşayeva alimlər, tələbələr qarşısında geniş çıxış edib. O, prezidentlər İlham Əliyevlə Şövkət Mirziyoyevin səmimi dostluq, qardaşlıq münasibətlərinin hər bir ziyalı üçün örnək olduğunu bildirib. Qardaş ölkələrimiz arasında təhsil, mədəniyyət və elmi əlaqələrin günü-gündən inkişaf etməsindən məmnunluq ifadə edən Q.Paşayeva ali məktəblərimiz arasında işbirliyinin gücləndirilməsinin önəmini vurğulayıb.

    O, xalqlarımızın dost, qardaş olduğunu bildirib, şair və yazıçılarımızın qələm qardaşlığından, sənət dostluğundan söhbət açıb, Səməd Vurğunla Qafur Qulamın dostluğunun bir örnək olduğunu diqqətə çatdırıb.

    Q.Paşayeva 44 günlük Vətən Müharibəsindən danışıb, Özbəkistanın Azərbaycanın haqq işini müdafiə etdiyini vurğulayıb və bunun üçün minnətdarlıq edib.

    O, Azərbaycan mədəniyyətinin Özbəkistanın ali təhsil ocaqlarında tanıdılması, Azərbaycan mədəniyyəti, ədəbiyyatı, tarixi ilə bağlı mərkəz, kabinet, guşə və fondların yaradılmasını təqdirəlayiq hal kimi qiymətləndirib.

    Komitə sədri parlamentlərarası əlaqələrin daha da genişləndirilməsi istiqamətində atılan mühüm addımlara da toxunaraq, bu günlərdə Azərbaycan Milli Məclisinin sədri Sahibə xanım Qafarovanın Özbəkistana səfərini, imzalanan sənədləri, keçirilən mühüm görüşləri xatırladıb.

    Sonra Mədəniyyət Mədəniyyət və Sənət İnstitutunun tələbələri Bakıdan gələn modelyer Afaq İsmayılzadənin hazırladığı Azərbaycan və özbək milli libaslar dəfiləsini nümayiş etdirib.

    Daha sonra geniş konsert proqramı keçirilib, Azərbaycanın xalq artisti Gülyanaq Məmmədova muğamlarımızı, xalq mahnı və təsniflərimizi, İlham Abdullayev sazda qədim el havalarını, institutun ansamblı isə Azərbaycan və özbək mahnılarını ifa edib.

    Tədbirin sonunda qarşılıqlı olaraq hədiyyələr təqdim olunub.

    Qənirə Paşayeva, Nəfəs İB-in sədri Firəngiz Balakişiyeva və nümayəndə heyəti üzvləri dünya şöhrətli Azərbaycan rəssamı Sakit Məmmədovun, dekorativ tətbiqi sənət ustası Aygün Nağıyevanın əsərlərini, Qarabağ motivli hədiyyələri təqdim ediblər. Q.Paşayeva habelə müəllifi olduğu “Addım-addım Özbəkistan”, özbəkcə gün üzü görmüş, Qarabağ hekayələrinin toplandığı “İtirdiyim xoşbəxtlik” kitablarını, digər çoxsaylı nəşrləri ali təhsil ocağına hədiyyə edib.
    loading...