Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Mehriban Əliyevadan Silahlı Qüvvələr Günü ilə bağlı PAYLAŞIM
  • Prezident Silahlı Qüvvələr Günü münasibətilə paylaşım etdi - FOTO
  • Türk dünyası ilə bağlı dərsliklər qəbul edildi - FOTO
  • Xaricdə təhsil almaq istəyənlərin nəzərinə...
  • İlham Əliyev: "Özbək və Azərbaycan xalqları bir yumruq kimi birlikdə olacağıq"
  • Şok iddia: ölülərlə danışmaq mümkün olacaq
  • Xaricdən idarə olunan feyk hesablarla şantaj halları var - XƏBƏRDARLIQ
  • İlkin Süleymanovun məhkəməsi: Nərmin Quliyevanı sonuncu dəfə görən şahid DANIŞDI
  • Rövşən Əkbərovun səhhətində PROBLEM YARANDI
  • ŞƏHİD İLQAR VERDİYEVİN "ANDINA SADİQ OĞUL"FİLMİNİN TƏQDİMAT MƏRASİMİ KEÇİRİLİB
  • "Əziz Şuşa, Sən Azadsan!".
  • Fitrə zəkatı nə qədər verilməlidir? - Video
  • İlham Əliyev Emmanuel Makronu təbrik etdi
  • “WhatsApp”a yeni funksiya əlavə edilib - Gizli fotolara giriş...
  • Soyqırımdan danışanlar Xocalıya baxsınlar – Hulusi Kılıç
  • "Azərbaycan-Türk Xalqları Qardaşlığı" İctimai Birliyinin fəaliyyətindən bəhs edən jurnalın təqdimatı keçirildi
  • Dünya azərbaycanlılarının Şuşa Zirvəsi: Diasporumuzun tarixi inkişaf yolu
  • Qədr gecələri nə vaxtdır? - QMİ
  • Deputat: "Operativ Qərargahdan xoş xəbərlər veriləcək" - VİDEO
  • Azərbaycanla 10 mühüm saziş imzalandı - Japarov
  • Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun ictimaiyyət nümayəndələri Fəxri Xiyabanda görkəmli oftalmoloq-alim, əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik Zərifə xanım Əliyevanın xatirəsini ehtiramla yad etdilər.
  • Özbəkistanda Azərbaycan şöləni - Foto
  • Ailəsindən gizli döyüşə gedən əsgərimiz ŞƏHİD OLDU-ŞƏHİDİM_01
  • Tanınmış qələm ustadı Nəcibə İlkinin "Şəhidliyin Əli və İslam zirvəsi" adlı kitabının təqdimatı keçirildi
  • Dünyada Ərdoğan kimi siyasətçi azdır - Peskov
  • 10 Nis 2022, 21:52   
        230


    Tanınmış qələm ustadı Nəcibə İlkinin "Şəhidliyin Əli və İslam zirvəsi" adlı kitabının təqdimatı keçirildi
    BAKI-XEBERTV.AZ


    Aprelin 8-də AYB tərəfindən "Natəvan" klubunda türk dünyasının tanınmış söz ustası, şair, publisist, yazıçı Nəcibə İlkinin mingəçevirli şəhid qardaşlara həsr etdiyi "Şəhidliyin Əli və İslam zirvəsi" adlı kitabının təqdimatı keçirildi. Tədbiri tanınmış tənqidçi, yazıçı, şair Əsəd Cahangir aparırdı. Əvvəlcə şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə şəhidin anası Sevinc ana, yaxınları və doğmaları iştirak etdilər. Min bir əzabla böyütdüyü oğullarının bir gündə şəhid olmasını ağrıyla dilə gətirən ana: "Mən böyüdüb onları vətənə qurban verdim",- dedi. Sevinc ana onların çox çətinliklə tikdiyi evi adlarına muzey etməsindən danışdı. Və həmin evin dövlətimiz tərəfindən muzey kimi qeydiyyata alınmasını xahiş etdi.
    "Azərbaycan-Türk Xalqları Qardaşlığı" İctimai Birliyinin sədri, ədəbiyyatşünas alim, f.ü.f.d. Səkinə Bayramova, l müavin ADPU-nun dosenti, filologiya üzrə fəlsəfə doktoru Yeganə Qəhrəmanova çıxış edərək birliyin Bakı şəhər sədri Nəcibə İlkinə vətənpərvərliyinə və şəhidlərin ruhunun yaşadılması istiqamətində xidmətlərinə görə təşəkkürlərini bildirdilər.
    Milan Hospitalının rəhbəri, Oksford Akademiyasının professoru Xuraman Muradova qazi və şəhid ailələrinə göstərdiyi təmənnasız xidmətindən danışdı. Hər kəsi bu işdə diqqətli olmağa çağırdı, şairə N.İlkinə belə bir kitabın yazılmasına görə təşəkkürünü və xoş arzularını bildirdi.
    ATXQ İB-nin sədr müavini, tanınmış nəğməkar şair Abil İslam, birliyin katibi şair-publisist Hacı İlham Hüseynov, Ağsaqqallarla iş üzrə sədr müavini və Xəzər rayon təşkilatının sədri Telman Kərimzadə, Suraxanı rayon təşkilatının sədri polkovnik Bədir Quliyev, Binəqədi və Yasamal rayon təşkilatlarının sədrləri Xalidə Nuray, Arzu Hidayətqızı, Nərimanov rayon təşkilatının sədri Fərqanə Əhmədova və onun müavini Güldanə xanım, Nəsimi rayon təşkilatının sədri Nailə Qılıc və onun müavini Rəna xanım, Türkaz.tv-nin təsisçisi Səbail rayon təşkilatının mətbuat xidmətinin rəhbəri Xoşbəxt Məmmədova və çoxsaylı ziyalılar, qonaqlar şair haqqında ürək sözlərini söylədilər, şəhidlərimizin ölməzliyini vurğulayaraq onların ruhu və şəhid anaları qarşısında ehtiramla baş əydiklərini bildirdilər.
    Tədbirdə şəhid anası Mehparə xanım, şəhid atası Ədalət müəllim, eləcə də şəhid mayor Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu da iştirak etdilər. Elyar İslamoğlu qardaşı mayor Vüsal Vəliyevin yaralı olduğu halda, rəhbərlik etdiyi hərbi heyəti tək qoymadığından, son nəfəsinə qədər döyüşərək qəhrəmanlıqla şəhid olduğundan danışdı. Daha sonra atası İslam müəllimin oğlunun şəhidlik xəbərinə dözməyərək dünyasını dəyişməsindən ürək ağrısı ilə söz açaraq Azərbaycan analarının oğullarını vətənə məhəbbət ruhunda tərbiyə etdiklərindən qürurlandığını bildirdi və şəhidlərin xatirəsinin əbədi yaşadılmasındakı fəaliyyətinə, eləcə də qardaşı şəhid mayor Vüsal Vəliyevə həsr etdiyi şeirə şairə Nəcibə İlkinə minnətdarlıq elədi.
    Milli-mənəvi dəyərlərimizin qorunmasında və gənclərin vətənpərvərlik ruhunun yüksəldilməsində roluna görə Nəcibə İlkinə ATXQ İB-nin sədri Səkinə Bayramova tərəfindən TƏŞƏKKÜRNAMƏ, sədrin I müavini, "İctimai Xəbər Agentliyi" MMC-nin direktoru Yeganə Qəhrəmanova tərəfindən DİPLOM təqdim olundu.
    Mingəçevir şəhər məktəbinin şagirdləri Nəcibə xanımın şəhid qardaşlara həsr etdiyi şeirləri və ananın dilindən yazdığı poemadan parçaları kompozisiya şəklində ifa etdilər.
    Daha sonra həkim şairə Rəfiqə Abbasova, yazıçı Fazilə Qafarqızı, şair Güllü Tomar Eldarqızı və başqaları çıxış edərək N.İlkinə bu böyük fəaliyyətinə görə minnətdarlıq etdilər.
    Adana Çukurova Edebiyyat Derneyinin başkanı İlqar Türkoğlu dərnəyin təmsilçisi və antologiyanın redaktoru Nəcibə İlkinin Türkiyə ilə əlaqəli fəaliyyətinə və şəhidlərin döyüş və qəhrəmanlıq yolunu kitablara köçürdüyünə görə səmimi təbriklərini çatdırdı.
    Sonda xatirə şəkilləri çəkildi.

















    Rasafil Bayramov
    "İctimai Xəbər Agentliyi", ATA TV-xəbər portalının baş direktoru və
    ATXQ İB-nin Mətbuat Xidmətinin rəhbəri
    loading...