
Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun adına yaradılan "POLAD TV" nin efirində Xocalı faciəsini əks etdirən qısametrajlı film hazırlanmışdır.

BAKI-XEBERTV.AZ
İslam Ələsgərlinin quruluşçu rejissorluğu ilə hazırlanan Bu Filmdə, 20-ci əsrin sonlarında sovet əsarətindən xilas olmuş bir ölkəyə göstərilən faciəvi şiddətdən , dünya birliyinin bu acınacaqlı qətliama göz yummasından, günahsız əhalinin vəhşicəsinə qətlə yetirilməsindən, körpələrin, qocaların, zahıların fəryadından, göylərə ucalan ah- naləsindən söhbət açılır.
Dünya birliyi bu hadisələrə göz yumduğu dövrdə, zorakılığa məruz qalan bir ananın ürək yanğısıyla ədalət axtarışına çıxdığı uzun bir yolda min bir əziyyətlə böyütdüyü- bəli, məhz günahsız qanlar axan torpağı Vətən etmək üçün böyütdüyü doğma oğlunu- ən uca məqama Şəhidlik məqamına yetişdirməsindən söz açılır.
Ülvi duyğularla, eləcədə ürək ağrısı, Vətən yanğısıyla qələmə alınan bu əsərin kuliminasiya nöqtəsində şair, publisistik ədəbiyyata yeni termin gətirir. Yeni fikir irəli sürür. Bu günədək məzmun və mənası açıqlanmayan lakin, dilimizdə əzbər olan "Anadır Azərbaycan" ifadəsində iki müqəddəs varlıq arasında olan morfoloji bağlılığı mükəmməl şəkildə təhlil edir, açıqlayır . Hər kəsin başa düşəcəyi tərzdə (sadə dildə desək yanılmarıq) izah edir.
Onuda bildirimki, Gündəlik həyatda baş verən neqativ hadisələrə istinad olaraq deyə bilərik ki , dünyaya körpə gətirən hər dırnaqarası "ana"ya - ANA demək olmaz ! (İ.Ə)...
Günahsız insanların qanı axan torpaqları Vətən, Vətən etmək naminə min bir Məşəqqətlərə dözərək övlad böyütmək hər anaya nəsib olmaz! İgid oğulların, Mübarizlərin ,Fəridlərin,Poladların qisasını almaq eşqiylə yaşamaq hər ananın hünəri deyil !
Son olaraq bildirim ki, bu əsər
dövrün şedevr əsəri, yaşanılan tarix, həyat məktəbi, hər bir kəsə ibrət dərsidir...
İki mükəmməl qələm sahibi- Zaman Piriyev və İslam Ələsgərlinin nəzmə çəkdiyi bu faciəvi dramda iki dövr arasında olan əlaqəvi bağların mükəmməl şəkildə izahı göstərilir. 20-ci əsrin sonlarında baş verən vəhşicəsinə törədilən soyqırımda Xocalı, torpaq, Vətən yanğısı ilə cərəyan edən hadisələr 30 il sonra müasir dövrdə ikinci Qarabağ müharibəsinin qələbəsi ilə başa çatır. Qanlı torpaqları Vətən edən oğulların, intiqam hissiylə övlad böyüdən anaların ZƏFƏR qələbəsi ilə tamamlanır:
O, anadır!...
O, övladdır!...
O,Vətəndir!...- Azərbaycan!
Övladını vətən üçün qurban verən müqəddəs can -
O Anadır AZƏRBAYCAN!
O Anadır AZƏRBAYCAN !
Anadır AZƏRBAYCAN !!
Anadır AZƏRBAYCAN !!!
İslam Ələsgərli
şair-jurnalist, "Polad TV"-nin Baş Redaktoru, Hərbi müxbir