Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Məhbusun ŞOK iddiası
  • "Səni qəbul etməyəcəm, deyirlər sən yaman şeysən - atamansan"... - Başçının sakinə cavabı // VİDEO
  • "Dövlət məmurları bilməlidirlər, onların işinə həm də media nümayəndələri nəzarət edir."- İLHAM ƏLİYEV
  • Şuşa və Hadrutda TV yayımı üçün tezliklər müəyyənləşdi
  • İlham Əliyev və ailəsi Şuşa məscidində dua etdi - Video
  • Prezidentin doğum günü ilə əlaqədar tədbir keçirilib
  • Cəbrayıl sakinləri susmur - VİDEO
  • Şuşa postuna qumbara atana 1000 dollar “mükafat” verilir
  • Qubadlı fatehi olan polkovnik-leytenant Vidadi Xəlilovun ildönümü ilə əlaqədar şəhərin Şəhidlər xiyabanında, məzarı önündə anım mərasimi təşkil olunub
  • Qarabağ Qazisi ÇARƏSİZ DURUMDA...
  • Sabah intensiv yağış yağacaq
  • Ermənistanda Azərbaycan və Türkiyə radiosu yayımlanır
  • Bir dövlət müəssisəsində 9 şübhəli tender müqaviləsi - FOTO
  • Qarabag əlillərinə qarşı böyük haqsızlıq.
  • Nəşi tapılan hərbçimizin şəxsiyyəti bəlli oldu - Foto
  • SON DƏQİQƏ: Operativ Qərargah məlumat yaydı - YÜZLƏRLƏ YOLUXMA, 14 ÖLÜ VAR
  • İcra Hakimiyyətlərində baş verən tender "maxenasiya"ları
  • ŞOK! Ailəsi ilə təhdid olunan şəxs sifarişin kim tərəfindən olduğunu bəyan etdi - VİDEO
  • Göyçayda 27 sentyabr – Anım Günü ilə bağlı ümumrayon tədbiri keçirildi
  • Öz nəfsimizin şərindən amanda olmadığımızı unutmayaq
  • Şəhid adına verilən küçə bərbad haldadır
  • Mobil operatorlarla bağlı yenilik
  • Büdcədə kəskin artım: Hökumət iki milyardı hardan yığacaq?
  • Koronavirusu yarım saatdan az müddətdə təyin etmək mümkün olacaq
  • Paşinyandan Zəngəzur dəhlizi açıqlaması: Hazırıq!
  • 24 Ara 2021, 23:47   
        273
    Prezidentin doğum günü ilə əlaqədar tədbir keçirilib



    BAKI-XEBERTV.AZ

    Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev Mərkəzində Dövlət Başçısı cənab İlham Əliyevin doğum günü ilə əlaqədar tədbir keçirildi. “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyi və Ağcabədi Regional İdarəsi Əli Quliyev adına 1 nömrəli Uşaq Musiqi Məktəbinin birgə təşkilatçılığı ilə hazırlanan tədbiri Təşkilatın sədri, medonline.az və sabiroghlu.com saytlarının baş redaktoru, müharibə veteranı Şamil Sabiroğlu açdı. Dahi şəxsiyyət Heydər Əliyevin və Respublikamızın ərazi bütövlüyünün bərpası zamanı şəhid olan soydaşlarımızın əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndi. Prezidentin ömür yolu barədə qısa videoçarx nümayiş olundu.

    ADPU-nun nəzdində fəaliyyət göstərən Heydər Əliyev Mərkəzinin rəhbəri Tahir Süleymanov Ulu Öndər Heydər Əliyev irsinin layiqli davamçısı, Prezident İlham Əliyevin fəaliyyəti haqqında iştirakçılarına məlumat verdi. Tahir müəllim qeyd etdi ki, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti nəticəsində zəbt edilən ərazilərin böyük bir hissəsi məhz cənab İ.Əliyevin apardığı düzgün siyasət nəticəsində azad edildi.

    “Xocalı Soyqırımını Tanıtma”ictimai birliyi sədrinin müavini, müharibə veteranı Çingiz Bayramov, Birliyin fəal üzvləri-Xocalı rayonunun Daşbulaq kəndindən məcburi köçkün İlqar Məmmədov, Türkanə Səfərova, Şahpəri Dadaşova, Aynurə Rüstəmova, Zakir Məmmədov Prezident İlham Əliyevi doğum günü ilə əlaqədar təbrik etdilər. Ə.Quliyev adına Laçın şəhər 1 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru Gülsüm Məhərrəmova işğaldan azad edilən dədə-baba torpaqlarımızda tədricən həyatın əvvəlki axarına düşəcəyini qeyd etdi.Bildirdi ki, çox istərdim ki, laçınlı olaraq mənə cənab İlham Əliyev və xanımı, Ölkənin Birinci Vitse-Prezidenti Mehriban Əliyevanı Laçında qarşılamaq nəsib olsun.

    Daha sonra Ə.Quliyev adına Laçın şəhər 1 nömrəli Uşaq Musiqi Məktəbinin kollektivi maraqlı musiqi nömrələri ilə çıxış etdilər.Mehriban Mərdanova, Türkanə Məmmədova, Vüsal Əhmədovun ifasında səslənən musiqlər, həmçinin, “Şuşa fatehləri” kompozisiyası alqışlarla qarşılandı.

    Ayna Rüstəmova,

    Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində fəaliyyət göstərən Pedaqoji Kollecin I kurs tələbəsi.

    Bakı, 24.12.2021.
    loading...