Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Şuşa postuna qumbara atana 1000 dollar “mükafat” verilir
  • Qubadlı fatehi olan polkovnik-leytenant Vidadi Xəlilovun ildönümü ilə əlaqədar şəhərin Şəhidlər xiyabanında, məzarı önündə anım mərasimi təşkil olunub
  • Qarabağ Qazisi ÇARƏSİZ DURUMDA...
  • Sabah intensiv yağış yağacaq
  • Ermənistanda Azərbaycan və Türkiyə radiosu yayımlanır
  • Bir dövlət müəssisəsində 9 şübhəli tender müqaviləsi - FOTO
  • Qarabag əlillərinə qarşı böyük haqsızlıq.
  • Nəşi tapılan hərbçimizin şəxsiyyəti bəlli oldu - Foto
  • SON DƏQİQƏ: Operativ Qərargah məlumat yaydı - YÜZLƏRLƏ YOLUXMA, 14 ÖLÜ VAR
  • İcra Hakimiyyətlərində baş verən tender "maxenasiya"ları
  • ŞOK! Ailəsi ilə təhdid olunan şəxs sifarişin kim tərəfindən olduğunu bəyan etdi - VİDEO
  • Göyçayda 27 sentyabr – Anım Günü ilə bağlı ümumrayon tədbiri keçirildi
  • Öz nəfsimizin şərindən amanda olmadığımızı unutmayaq
  • Şəhid adına verilən küçə bərbad haldadır
  • Mobil operatorlarla bağlı yenilik
  • Büdcədə kəskin artım: Hökumət iki milyardı hardan yığacaq?
  • Koronavirusu yarım saatdan az müddətdə təyin etmək mümkün olacaq
  • Paşinyandan Zəngəzur dəhlizi açıqlaması: Hazırıq!
  • Bu şəxslərə soğan yemək olmaz
  • İstəyənin əlini qaytarmayın
  • Ölümdən qaçmaq olsaydı…
  • Yoxsulları öz qonaqlığına buraxmayan varlının aqibəti
  • Ustad jurnalist - Nəriman Bəxtiyarovun əziz xatirəsinə
  • Hərbçilər, qazilər, şəhid ailələri daim dövlətin diqqət və qayğısı ilə əhatə olunurlar.
  • Dünyanın yeni düzəni: pisdir, ancaq çarə yoxdur
  • 31 Eki 2021, 21:30   
        251
    Qubadlı fatehi olan polkovnik-leytenant Vidadi Xəlilovun ildönümü ilə əlaqədar şəhərin Şəhidlər xiyabanında, məzarı önündə anım mərasimi təşkil olunub

    -
    Qubadlı fatehi olan polkovnik-leytenant Vidadi Xəlilovun ildönümü ilə əlaqədar şəhərin Şəhidlər xiyabanında, məzarı önündə anım mərasimi təşkil olunub


    BAKI-XEBERTV.AZ
    Vətən müharibəsində şəhid olan, Qubadlı fatehi olan polkovnik-leytenant Vidadi Xəlilovun ildönümü ilə əlaqədar şəhərin Şəhidlər xiyabanında, məzarı önündə anım mərasimi təşkil olunub. Mərasimdə rayon rəsmiləri, “N” sayılı hərbi hissənin və ictimaiyyətin nümayəndələri, şəhidin ailə üzvləri iştirak ediblər.
    Mərasim iştirakçıları əvvəlcə şəhidləri bir dəqiqəlik sükutla yad ediblər. Şəhidlər xiyabanında polkovnik-leytenant Vidadi Xəlilovun məzarı üzərinə tər qərənfillər düzülərək ziyarət olunub.
    Mərasimdə rayon icra hakimiyyətinin başçısı Mehdi Səlimzadə çıxış edərək 44 günlük Vətən müharibəsinin Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi sayəsində tarixi Qələbə ilə başa çatdığını, bu Qələbənin Vidadi Xəlilov kimi zabitlərimizin, əsgərlərimizin qanı bahasına qazanıldığını vurğulayıb.
    Çıxışlarda şəhid polkovnik-leytenantın mənalı həyat yolundan xatirələr söylənilib. 1982-ci il iyulun 16-da Göyçayda anadan olan Vidadi Xəlilov Azərbaycan Silahlı Qüvvələrində polkovnik-leytenant rütbəsinədək yüksəlib.
    Tədbir ehsan süfrəsi ilə davam edib, Şəhid Polkovnik leytenantın həyatından, 25 il qüsursuz xidmətindən bəhs edən videoçarx nümayiş olunub.
    Qeyd edək ki, 31 oktyabr 2020 ci ildə Vətən müharibəsində gedən qızğın döyüşlərdə şəhid olub. Ölümündən sonra Prezident İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif olunub. Şəhid V.Xəlilov iki övlad - bir oğlan, bir qız atası idi.
    Mərasimdə şəhidin anası Əminə Xəlilova oğluna, cəmi şəhidlərimizə və onların ailələrinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirib.









    //gencler.info.az/
    loading...