Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Nəşi tapılan hərbçimizin şəxsiyyəti bəlli oldu - Foto
  • SON DƏQİQƏ: Operativ Qərargah məlumat yaydı - YÜZLƏRLƏ YOLUXMA, 14 ÖLÜ VAR
  • İcra Hakimiyyətlərində baş verən tender "maxenasiya"ları
  • ŞOK! Ailəsi ilə təhdid olunan şəxs sifarişin kim tərəfindən olduğunu bəyan etdi - VİDEO
  • Göyçayda 27 sentyabr – Anım Günü ilə bağlı ümumrayon tədbiri keçirildi
  • Öz nəfsimizin şərindən amanda olmadığımızı unutmayaq
  • Şəhid adına verilən küçə bərbad haldadır
  • Mobil operatorlarla bağlı yenilik
  • Büdcədə kəskin artım: Hökumət iki milyardı hardan yığacaq?
  • Koronavirusu yarım saatdan az müddətdə təyin etmək mümkün olacaq
  • Paşinyandan Zəngəzur dəhlizi açıqlaması: Hazırıq!
  • Bu şəxslərə soğan yemək olmaz
  • İstəyənin əlini qaytarmayın
  • Ölümdən qaçmaq olsaydı…
  • Yoxsulları öz qonaqlığına buraxmayan varlının aqibəti
  • Ustad jurnalist - Nəriman Bəxtiyarovun əziz xatirəsinə
  • Hərbçilər, qazilər, şəhid ailələri daim dövlətin diqqət və qayğısı ilə əhatə olunurlar.
  • Dünyanın yeni düzəni: pisdir, ancaq çarə yoxdur
  • Yerli məmurlardan əli üzülən Gəncə sakini Ukrayna prezidentindən imdad diləyir - VİDEO
  • Adı korrupsiyada hallanan məmur başqa bölgəyə "transver" edilib ?... - VİDEO
  • Canı və malı düşmən zərbəsinə tuş gəlib, halal haqqını isə məmurlar mənimsəyir - VİDEO
  • Deputatın qohumları vətəndaşı ölümcül döyüblər
  • TEMPERATUR ENİR: külək, yağış, dolu olacaq - BU GÜNÜN HAVASI
  • İrəvan erməniləri Qarabağ ermənilərini DAŞ-QALAĞ EDİR: Rədd olun... - VİDEO
  • Ərdoğan yanğınsöndürənlərimizin işindən danışdı
  • 30 Ağu 2021, 22:58   
        80


    Dünyanın yeni düzəni: pisdir, ancaq çarə yoxdur

    Makron bəyan etdi ki, heç bir ölkəyə, topluma demokratiya kənardan gətirilə bilməz, bu mümkün deyil. Bundan öncə ABŞ Prezidenti Bayden də Əfqanıstan haqqında bənzər fikirlər söylədi, dedi ki, əfqan xalqı özü azadlıqları qorumursa, biz onların yerinə bunu edə bilmərik.

    XEBERTV.AZ Axar.az -a istinadən xəbər verir ki, bu sözləri tanınmış ekspert Natiq Cəfərli NATO-nun Əfqanıstandan çəkilməsi ilə yeni dünya düzəminin formalaşması barədə düşüncələrini bölüşərkən qeyd edib.

    Onun sözlərinə görə, kollektiv Qərb bu fikrə çox gec gəldi:

    “Məsələn, 1995-2001-ci ildə Əfqanıstanda Taliban hakimiyyətdə idi, 2001-də ABŞ müdaxilə etdi, 1 trilyon dollar xərclədi, minlərlə həlak olan, yaralanan əsgəri oldu, əfqan xalqının yüzminlərlə nümayəndəsi də həm müdaxiləyə, həm terror aktlarına, həm də daxili qruplaşmaların çəkişmələrinə görə həlak oldu. Nəticədə 20 ildən sonra hakimiyyəti yenə Talibana təhvil verib getməli oldular.

    Bu bəyanatlar onu deməyə əsas verir ki, Yaxın Şərqdə, Asiya ölkələrində yeni dönəm başlayacaq, sabah Suriya Prezidenti Əsədlə də əlaqələr düzələcək, onun legitimliyi tanınacaq, Şimali Afrika və Orta Şərqdə yeni “şahlıqlar”, “təkadam” rejimləri qurulub möhkəmlənəcək, sekulyar diktaturalar Qərbdən dəstək görəcək. İkinci Dünya müharibəsindən 2000-ci illərin “Ərəb baharı”na qədər olan düzən yenidən bərpa olunacaq”.

    Ekspert bildirib ki, Qərb eksperimentə getdi, amma bu eksperiment fiasko ilə nəticələndi – məlum oldu ki, bir diktator Qəzzafini yıxmaqla, bir sekular polkovniki devirməklə Liviyada 700 qəbilə başçısı, 700 diktator, 700 özünü general və marşal elan edən diktator peyda oldu. Məlim oldu ki, bir özbaşına diktator Səddamı devirməklə əvəzində 10 diktatorciklər yarandı:

    “Təhsil səviyyəsi çox aşağı olan ölkələrdə sekulyarizmi ancaq diktaturalarla ayaqda saxlamağın mümkünlüyü bir daha üzə çıxdı – bu ağır dərddir, ağır problemlərdir, təəssüf ki, dünyada köhnə-yeni yanaşmanı bərqərar edir.

    Demokratik keçid hər bir ölkənin daxili potensialına əsaslanmalı, xalqın istəyi və arzusunu özündə ehtiva etməlidir. Bir daha məlum oldu ki, xarici müdaxilələr və israrla demokratik dəyərlərin bərqərar olması mümkünsüzə yaxın məsələdir. İndi növbəti addım kimi Qərb Rusiya və Belarus kimi ölkələrə də münasibətini, yanaşmasını dəyişəcək, artıq sanksiyaların effektivliyi belə sual altına düşüb. Qərblə yaxınlaşmağa cəhdlər edən, Rusiyanın basqılarına son 10 ildə sinə gələn yerli diktator Lukaşenkonu dışladılar, əvəzində Batya daha çox Rusiyaya sığındı. Bu, səhv yanaşma idi. Lukaşenko ilə işləməyi bacarmalı idilər ki, Belarus Rusiyanın orbitinə tam düşməsin. Son hadisələr Belarusu tam Moskva orbitinə saldı, tam asılı vəziyyətə gətirdi, Belarusun müstəqillik şansını minimuma endirdi.

    Qərbin Ukrayna ilə bağlı atdığı son addımlar da, yumşaq desəm, suallar doğurur – Ukraynaya silah verməyən Qərb Talibana 80 mlrd. dollarlıq ən müasir silah “bağışladı”, Şimal Axını-2 layihəsində öz maraqları üstün tutdu, Krımın işğalı, Donbasın faktiki ilhaqı ilə bağlı heç bir əməli addımlar atmadı – bir daha, sanksilar nəinki effektiv deyil, hətta Rusiyanı gücləndirən, Putinin daxili auditoriyaya təsirlərini artıran amilə çevrildi.

    Yeri gəlmişkən, mən bilmirəm Navalnını kim qaza gətirib seçkilərə 8 ay qalmış, qışın oğlan çağında Moskvaya gəlməsinə səbəb oldu, amma bunlar kimdirsə, məhz Putinin əlinə oynadılar, məhz Kremlə imkan verdilər ki, sentyabırın 17-də baş tutacaq Duma seçkilərinə qədər bütün sistemdənkənar müxalifəti neytrallaşdırsın. Əgər Navalnı, məsələn, iyun-iyul aylarında, Duma seçkilərinə 2-3 ay qalmış Moskvaya qayıtsaydı və həbs olunsaydı, o zaman seçki təbliğatı və dalğası nəticəsində Rusiyada daha güclü və təsirli aksiyalar olacaqdı. Hətta Kreml Navalnını seçkiyə 2-3 ay qalmış həbs etməyəcəkdi – indi isə adam türmədədi, onu qaza gətirənlər isə Navalnını xilas edə, türmədən çıxarda bilmirlər”.
    loading...