Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Öz nəfsimizin şərindən amanda olmadığımızı unutmayaq
  • Şəhid adına verilən küçə bərbad haldadır
  • Mobil operatorlarla bağlı yenilik
  • Büdcədə kəskin artım: Hökumət iki milyardı hardan yığacaq?
  • Koronavirusu yarım saatdan az müddətdə təyin etmək mümkün olacaq
  • Paşinyandan Zəngəzur dəhlizi açıqlaması: Hazırıq!
  • Bu şəxslərə soğan yemək olmaz
  • İstəyənin əlini qaytarmayın
  • Ölümdən qaçmaq olsaydı…
  • Yoxsulları öz qonaqlığına buraxmayan varlının aqibəti
  • Ustad jurnalist - Nəriman Bəxtiyarovun əziz xatirəsinə
  • Hərbçilər, qazilər, şəhid ailələri daim dövlətin diqqət və qayğısı ilə əhatə olunurlar.
  • Dünyanın yeni düzəni: pisdir, ancaq çarə yoxdur
  • Yerli məmurlardan əli üzülən Gəncə sakini Ukrayna prezidentindən imdad diləyir - VİDEO
  • Adı korrupsiyada hallanan məmur başqa bölgəyə "transver" edilib ?... - VİDEO
  • Canı və malı düşmən zərbəsinə tuş gəlib, halal haqqını isə məmurlar mənimsəyir - VİDEO
  • Deputatın qohumları vətəndaşı ölümcül döyüblər
  • TEMPERATUR ENİR: külək, yağış, dolu olacaq - BU GÜNÜN HAVASI
  • İrəvan erməniləri Qarabağ ermənilərini DAŞ-QALAĞ EDİR: Rədd olun... - VİDEO
  • Ərdoğan yanğınsöndürənlərimizin işindən danışdı
  • FHN-in yanğınsöndürmə qüvvələri Türkiyədə yanğınlarla mübarizəni davam etdirir - VİDEO
  • FHN-in növbəti heyəti Türkiyəyə gedir - Video
  • Laçın Şəhidi Nəcəfov Etibar
  • Qanunsuzluqlara etiraz əlaməti olaraq Əkrəm Bəydəmirli Azərbaycan Televiziyasını məhkəməyə verib
  • “Zamanın axarında”n baxanda dünya aydın görünür...
  • 06 Haz 2021, 00:10   
        344
    “Zamanın axarında”n baxanda dünya aydın görünür...



    Belə kitablar dəyərlidir, düşüncələrimizin ömürdaşıdır

    BAKI-XEBERTV.AZ








    BAYRAM MƏMMƏDOV
    /deputat köməkçisi, Əməkdar müəllim, AJB-nin üzvü/


    Kitab təkcə bilik mənbəyi deyil, həm də zamanın dünəninin tarixi, ədəbi güzgü­sü­dür. Belə kitablar dəyərlidır, düşüncələrimizin ömürdaşıdır...


    Biz kitablarda hadisələrin, faktların tarixini oxuyuruq. Bu hadisələrin, faktların özü də, ma­hiy­yəti də düşüncələrimizə hopur. Oxuduqlarımızı gördüklərimizin, duyduqalarımızın davamı, bə­zən də əvvəli bilirik. Bu fəlsəfənin yaşam fəlsəfəsinin zərrəsi olduğunu da duyuruq. Bu mənada “Kitab həyatın inikasıdır” deyənlərin düşüncəsini haqlı bi­lən­lər­­də­nəm...



    Xatirələr kitabı düşüncələrə daha həssaslıqla hopur. Kitabla kitabın müəllifini tanıyan oxucu arasında söz vasitəsilə duyğusal bir ruhi münasibət yaranır. Bu gün o kitab sahiblərindən biri və onun yaradıcılığında yer verdiyi önəmli dəyərlər haqqında danışacam. O, “Zamanın axarında” kitabının müəllifi, Azərbaycan KP Mərkəzi Komitəsinin üzvü, XI, XII çağırış Respublika Ali Sovetinin deputatı seçilmiş, böyük ziyalı, dəyərli vətəndaş, milli-xəlqi dəyərləri fenomenal incəliklə yaşadan Tofiq Meh­­­diyevdir.



    Tofiq Meh­­­diyevi zamanında mən də tanımışam və bunu tale qazancı bilmişəm – mən də söhbət­lə­­rində aqil kəlamlarının işığını, hər məsləhətində Dədə Qorqud hikmətini görmüşəm.



    Onun “Ürəyinin hökmü sənin ilkin istinadgahın olmalıdı. Yoxsa getdiyin, gedəcəyin yollar ayağın altından sü­rü­şər...” – kəlamlarını eşidənin ürəyinin təpərinə, dizinin taqətinə dönərdi, düşüncələrini duru­laş­­­­dırardı. İllər sonra “Zamanın axarında” kitabında Zərdüşt peyğəmbərin bir deyimini oxu­yan­da da bu duyğuları yenidən yaşadım: “Dünya yeni hay-küylər icad edənlərin deyil, yeni də­­yərlər yaradanların başına fırlanır. Özü də səssiz-səmirsiz”. Yeri gəlmişkən, kitabda bölmə­lə­rə epiqraf kimi Zərdüşt peyğəmbərin kəlamlarının seçilməsi ruhun da, düşüncələrin də mü­qəd­­dəs­likdən barındığının ifadəsidir...



    Tofiq müəllim həmişə xalq üçün, dövlət üçün, döv­lət­çilik üçün yeni dəyərlər yaradanların sırasında olub. Bu dəyərlərin ən gözəli, ən gərəklisi insanlara sevgi olub, tarixə sədaqət. Belə bir tarixi şəxsiyyətin yazdığı “Zamanın axarında” kitabını da belə dəyələrdən biri bilirəm...



    “Zamanın axarında” kitabı mahiyyətinə görə bir ömrün salnaməsidir. Həm də bütün ça­lar­­ları ilə – Vətənə, torpağa, dövlətə. dövlətçiliyə sevgi kimi, yaşanıldığı anlardan sabahların dü­­şüncələrinə. sabahların duruluğuna vətəndaş heysiyyəti kimi, bəşəri amallara xidmət kimi.



    “Zamanın axarında” kitabı həm də tarix haqqında kitabdır, əslində, tarixin kitabıdır; illərin o üzündə qalmış hadisələr haqqında kitabdır.



    Müəyyən mənada avtobioqarfik kitab kimi yazılsa da daha məzmunludur. Yəni hadisələr daha geniş miqyaslıdır. 6 hissəli kitabın ilk 3 hissəsində bioqrafik yönüm çox olsa da digər hissələr bilavasitə xalqın, dövlətin, dövlətçiliyin heysiyyətinin mühafizəkarı olan bir insanın dünyagörüşünün ədəbi-bədii ifadəsidir.



    Tofiq müəllim heç zaman “mənə nə” fəlsəfəsiylə yaşamayıb, işləməyib. Həm də zamanın axa­­rını xalqımıızın xeyrinə dəyişməyə də ciddi cəhdlər göstərib. Bəzən istər siyasi baxımdan, istərsə də həyat baxımından təhlükəli olsa da...



    Ermənistan Azərbaycanın torpaqalarının 20 faizini işğal etmişdi. Azərbaycan Respublika­sı­nın Prezidenti İlham Əliyevin əmri ilə başlayan Vətən müharibəsi Zəfərlə başa çatdı, torpaq­la­rımız işğaldan azad edildi. Məğlub Ermənistan Zəfərdən sonra da erməni xislətindən əl çək­mir. Oxçu çayı vasitəsilə Araz çayını çirkləndirməkdə davam edir. Bir neçə il əvvəl Qətərin paytaxtı Dohada keçirilən Beynəlxalq parlamentlərarası İttifaqın 140-cı sessiyasında İran İslam Respublikası parlamentinin sədri Ermənistan parlamentinin sədrinə Araz çayını çirkləndir­di­yi­nə görə Ermə­nis­tana ciddi iradını bildirmişdi. Mis və qızıl zavodlarından Araz çayına müxtəlif tullantılar axı­dılırdı. Bu məqsədlə ermənilər Oxçu çayından da istifadə edirdi. Bu etiraz iki il əvvəl ol­muş­­du. Bu səviyyəli etiraz indi də var. Ermənilik indi də ekoloji cinayət törətməkdədir. Bu istiqamətdə Ermənistana ciddi etirazın tarixi neçə on illərin əvvəli ilə səsləşir. Bu fakt “Zamanın axarında” kitabında da öz tarixi əksini tapıb. Tofiq Mehdiyevin “Oxçu çayının fəryadı” məqaləsində. “...SSRİ Əlvan Metal­lur­giya Sə­nayesi Nazirliyinin nümayəndələri və Azərbaycan Təbiəti Mühafizə Komitəsinin səd­ri Bəy­ba­la Adıgözəlovla birlikdə Qafan Kacaran mədənlərinə getməli olduq. Mockvadan gə­lən­ləri eşidən müəssisə rəhbərləri tez qəsdən dayandırdıqları təmizləyici qurğuları işə sa­lıb, hətta sonuncu dəryaçada balıq, qurbağa və digər canlıların olduğunu da sübut kimi göstərir­di­lər. Qafan şəhərini də məişət tullantılarından təmizləyən qurğular da işə salınmışdı. Beləliklə, komissiya gələndə təmizləyici qurğular işə salınır, getdikdən sonra qurğular dayandırılır və tullantılar təmizlənmədən yan kəmər vasitəsilə Oxçu çayına axıdılırdı. Nəhayət etibarilə Tə­biə­ti Mühafizə Komitəsinin sədri Bəybala Adıgözəlov Zəngilan rayonu ərazisində Oxçu çayının təmizlik dərəcəsini müəyyənləşdirən laboratoriyanın açılmasını təmin etdi və orada işləmək üçün Məhəbbət Qurbanov adlı gənc mütəxəssis təyin edildi. Oxçu çayının təmizliyinə gün­də­lik nəzarət rəsmi qaydada təmin edildi...”...



    Bu faktaları oxuyanda erməniliyin Sovetlər dönəmində də dünyəvi cinayətlər törətdiyinə əmin olursan, ona da əmin olursan ki, Mərkəz bu cinayətlərin aradan qaldırılmasına o qədər də maraqlı olmayıb. “Dovşanı araba ilə tutan” Sovet hökuməti ermənilərin bu işləyini müəyyən edə bilməzdimi?..” Ona da əmin olursan ki, təkcə vəzifə borcu kimi deyil, vətəndaşlıq borcu kimi, xalqın oğulu kimi, xalqının sabahlarını düşünən səlahiyyət sahibi kimi yaşayanlarımız da olub. Tofiq Mehdiyev belə vətəndaş idi, belə katib idi...



    Bu kimi faktların kitabı, əlbəttə ki, dəyərli kitabdır!..

    “Nüvədi epopeyası” məqaləsi də düşüncələri tarıma çəkir. “Niyə”lər oxuyanın yaxasından “dördəlli” yapışır. Tarix var məqalədə. Nüvədinin tarixində Azərbaycanın tarixinin bir parça­sı­nı görürsən. Tofiq müəllim tarixdən çoxumuza bəlli olan faktları xatırlatmaqla çoxumuza mə­lum olmayan bir məqama aydınlıq gətirib. Bu da tarixdi: Niyə ermənilər azərbaycanlıları Qafan, Go­­rus, Sisyan rayonlarından çıxatrdıqdan sonra Meqriyə qarşı nisbətən mülayim dav­ra­nış göstərdilər? Tofiq müəllimin fakt səviyyəsində şərhində bir təəssüf də var, siyasi “qala­qur­­ma­ya” qarşı vaxtında görülməyən tədbirlərə görə təəssüf: “... Azərbaycanlıların Er­mə­nis­tan­dan deportasiya, genosid siyasətini həyata keçirən rəsmilər və terror qrupları maraqlı taktikaya əl atdılar. Belə ki, Qafan, Gorus, Sisyan rayonları tam türksüzləşdirildikdən sonra Meqri ra­yo­nu­nun Azərbaycan kəndlərinin enerjisi, rabitəsi kəsilsə də, əhaliyə toxunmayaraq, zor işlədilmədi. Bu da o məqsədlə edildi ki, deportasiya Qafandan sonra Meqridə baş versə, qa­rı­şıq­lıq nəti­cə­sin­də qatarların hərəkəti Yerevan-Bakı xəttinin 49 km-lik Meqri rayonu his­sə­sində dayana bilər və köçürmə prosesi uzanardı...”; Tofiq müəlimin bəyənilən şərhi təs­diq­ləyir ki, Meqriyə qarşı bu mülayim münasibət də, əslində, erməniliyə xidmət edirmiş...



    Bu kimi faktların kitabı, əlbəttə ki, dəyərli kitabdır!..

    “O adamları sevirəm ki, canına cəfa verir, özündən sonra bir iz qoymaq istəyir” epiqrafı ilə yazılmış “Rus sərhədçi dəstələrinin ov və istirahət zonası. Məhəmməd Əsədov” məqaləsi bir neçə baxımdan diqqəti çəkir. General-mayor Məhəmməd Əsədov kimi qətiyyətli, xalqını, döv­lətini, dövlətçiliyini varlığıyla sevən bir şəxsiyyətin ömründən düşən izlərə sayğı olduğuna görə, rus sərhədçilərinə Azərbaycanda yaradılan şəraitin necəliyinə, “niyə”sinə marağa görə.



    Oxuyursan, müəllifin -Tofiq Mehdiyevin timsalında “Mən Azərbaycanlıyam!” deyənlərin hiddətini görürsən. Görəsən, Mərkəz belə bir şərhə görə nə qərar qəbul edərdi? – Tofiq müəllim kimi böyük milli-xəlqi mentalitet cəfakeşləri bu haqda zərrəcə düşünməzdilər. “Xalqın adı olan yerdə fərdin adı olmur!” – Tofiq müəllimin yaşam fəlsəfəsinin bir zərrəsi də belədi”...: “...Sər­həd çəpəri ilə Araz çayı arasında qalan bərəkətli, suvarılan məhsuldar torpaq əraziləri yer­li əhalinin istifadəsindən kənar, rus-sovet əsgərlərinin ixtiyarında qaldı. Bu işin heç bir hü­qu­qi əsası da yox idi...”...



    Tofiq Mehdiyev Zərdüşt peyğəmbərin bir deyimini deyəcəyi fikrə “ön söz” bilərək “Tarixi xə­talar düzəldilməlidir” məqaləsində tarixi bir məsələ haqqında tarixi bir məqamı xatırladır. Bu xatırlatma toponimikamızla bağlı imperiyanın xətalarıına vətəndaş etirazıdı, imperiyanın siyasi xofunu milli ruhunun ayaqaları altında çığnayan səlahiyyətli par­tiya işçisinin etirazıdı, milli ruhun etirazıdı. Bu etiraz sonralar gerçəkləşdi və bu gerçəkləşmənin başlanğıcının Ali So­vetin sessiyasında Tofiq Mehdiyevin ciddi təklifiylə bağlı olduğunu çoxumuz bilmirdik:



    “Sessiyanın gedişində əl qaldırıb mənə söz verilməsini istədim. İclasın sədri çıxış üçün söz verdi və mən tribunaya qalxdım. Zaldakılara müraciətlə dedim:



    –Hörmətli deputatlar və sessiya iştirakçıları!

    Dünya dəyişir. Hər bir xalq öz keçmişinə qayıdır. Tarixinə hörmət edir. Ölkədə gedən yenidənqurma prosesi bizə imkan verir ki, bir çox məsələlərə yeni prizmadan yanaşaq. Nə zamana qədər dahi şeyx Nizaminin yurdunun adı Kirovabad, erməni və yad mənşəli adları da şəhər və rayonlarımız daşıycaqdır? Təklif edirəm Kirovabada öz əvvəlki Gəncə, Qutqaşenə – Qəbələ, Vartaşenə – Oğuz adları verilsin!”..



    Toponimlərimizin bu səviyyədə dəyişdirilməsi, tarixdən zorən qoparılması, unudulmağa məhkum edilməsi onun qüru­ru­nu silkələyirdi. Füzuli demişkən, o illərdə də “Dust bipərva, fələk birəhm, dövran bi­­sükun, Dərd çox, həmdərd yox, düşmən qəvi, tale' zəbun” idi. Həm də rus imperiyasının si­­­yasi işləkləri görünməmiş qəddarlığa söykənirdi. Belə bir vaxtda, impe­ri­ya hələ birdəfəlik süqut etmədiyi illərdə belə bir milli-xəlqi düşüncə böyük cəsarət tələb edirdi. Tofiq müəllimin təklifi bir neçə ildən sonra yerinə yetirildi...



    O illərdə Mər­kəzi Komitənin İnzibati orqanlar şöbəsinin müdirindən Zəngilnda sərhəd­çi­lə­rin istifadə­sində olan torpaqların rayona verlməsi və əkin dövriyyəsinə daxil olunmasını xahiş etmək də eyni səviyyəli cəsarət idi və Tofiq müəllim belə cəsarətə malik olan rəhbər idi, həm də xalqını dü­şü­nən cəsarətli rəhbəri idi.



    Kitabın tarixi və xəlqi-milli dəyəri həm də iki tarixi şəxsiyyətin- To­fiq Mehdiyev, Məhəmməd Əsədov xalq üçün, millət üçün, dövlət, dövlətçilik üçün gör­dü­yü mühüm bir işə şükranlıqdı “...Zaqafqaziya hərbi dairəsindən sərhəd qoşunlarına məsul general Lilin özü Zəngilana gələrək sərhəd zolağındakı istifadəsiz qalan torpaq sahələrini rayonun əkin dövriyyəsinə daxil edib, istifadəsi üçün müvafiq əmri gətirdi. Əlavə sərhəd keçid məntəqələrinin açılmasına sərəncm da verdi...”



    Vicdanın səsi ifadəsini çox yerdə, çox məqamda eşitmişəm. Ancaq heç birində “Zamanın axarında” oxuduğum həddə duyğulanmamışam. Tofiq müəllim “Zəngəzur dağlarının efesi” adlandırdığı Xanəli Şirinov haqqında yazdığı “Vicdanın səsi ilə” məqaləsində yazır:



    “...SSRİ Daxili İşlər Nazirliyinin tapşırığı ilə Bakıdan gələn orqan işçiləri inspeksiya qay­da­sında əha­li­dən ov tüfənglərini müsadirə etdiyi üçün meşəçi Xanəli kişinin də silahı əlin­dən alın­mışdı. Xa­nəli kişinin uzun müddət küsülü qaldığı, soyadını unutduğum qonşusuna məx­sus silahı xahiş edib aldıqdan sonra heç bir kəsə demədən Seyidlər kəndinə getmişdi.



    Hörmətli oxucum sual edib soruşa bilər ki, evində nəvələrilə gün keçirməli olan ağsaqqal, yaşlı bir insanın gecə yarı terrorçuların üzərinə getməsinə səbəb nə idi?! Cavabını bir sual, bir ni­da ilə verirəm:



    –Vətən, torpaq, millət sevgisindən başqa daha nə ola bilərdi? Vicdanın Səsi!”...



    Bu sətirlər təkcə vətənsevərliyi istər o illərdə yaşayanlara, istərsə də ondan sonra (elə indi də) görk olan bir Kişi haqqında əsl kişi sözüdü, həm də müharibənin tarixidi. Kitablara düşmə­yən, çoxlarının xəbəri olmayan tarixi. Bu tarix 2020-ci ilin sentyabrına qədər də düşün­cə­ləri sil­kə­ləməli idi, Zəfərdən sonra da ehtiramla xatırlanmalıdı. Tofiq müəllimin “Zamanın axarında” kitabı həm də müharibə tarixi haqqında dəyərli bədii-tarixi kitabdır. Belə kitablar tarixi kitablar seriyasından oxunmasa da dəyəri tarixi kitabların dəyəriylə müqayisə edil­mə­li­dir; az adamların bildiyini bu səviyyədə ictimailəşdirmək də müharibə tarixinə (xalqın tari­xi­nə!) sevginin tə­za­hü­­rüdür. Bu sevgi qüdrətə sevgidi. Həmin silahın sonralar bir erməni qrup­laş­masını zərərsiz­ləş­dirən qüdrətə sevgidi:



    “...Gecədən xeyli keçmiş, səhərə yaxın Hamlet Köçəryanın özü və terror dəstəsi “Qaz-21” markalı nömrəsiz “Volqa” avtomobilində Qafandan Seyidlərə gəlib kəndin mərkəzində da­yan­dı. Maşından enib ora-buranı seyr edən Köçəryanın dəstəsinə Xanəli kişinin qəflətən açdığı atəş dığaları pərən-pərən saldı. Maşın dolu qumbaradan, avtomat silahdan və tapançadan is­ti­fadə edə bilməyən nəşəli, kefli dəstə üzvlərinin hamısı Xanəli kişinin başçılığı, postda olan polis nəfərlərinin və kənd əhalisinin köməkliyi ilə həbs edildi...”...



    Qürrə var sətirlərdə. Xatirə biçimində təqdim edilən bu qürrə zamanında rayona rəhbərlik edən, xalqını, dövlətini, dövlətçiliyini sevən, illərini bu sevgi ilə yaşayan bir azərbaycanlı ki­şi­si­nin qürurudu, gözəl duyuma, gözəl bədii təfəkkürə, tarixi faktları gözəl ədəbi materiala çevir­mə­yi bacaran bir söz adamının qürurudu. Bu qürur 2020-ci ilin 20 oktyabrında da, 8 noyabrında da kükrədi. Bu kükrəyiş şükranlıq kükrəyişiydi. Bu məqamda Tofiq müəllimin “Vətən göz­lə­yir” məqaləsinə epiqraf gətirdiyi bir kəlamı xatırlayıram: “Mərd adamları sevirəm, çünki gözü ilə od götürə-götrə dünyanın qəm yükünü çiynində daşımağa tək onların hünəri çatar”. Bu sitat Tofiq müəllimin zəngilanlılara sevgisini ümumiləşdirir. Bir zəngilanlı kimi mən də bu fikri To­fiq müəllimin özünə şamil edirəm: zəngilanlılar mərd kişi kimi tanıdıqları, sevdikləri Tofiq Mehdiyevi həmişə ehtiramla xatırlayır. Bu xatırlama mənəvi borc xatırlamasıdır. “Zamanın axarında” kitabının zəmanəti ilə...



    1990-cı ilin əvəllərində Zəngilnda da siyasi vəziyyət xeyli gərginləşmişdi. Separatçılıq, millətçilik Zəngilanda həyat tərzinin üstündə qara buludlar dolaşdırırdı. Bunu duyanlar du­yur­du, buna qarşı müəyyən tədbirlər də görülürdü. Ancaq Ermənistanda fəaliyyət göstərən se­pa­rat­çılıq şəbəkəsi Mərkəzdən himayə edildiyundən ermənilər belə tədbirlərə məhəl qoymurdu. O illərdə azərbaycanda xalqın qətiyyəti təhlükələrin aradan qaldırılacağına ən böyük zəmanət idi.



    1990-cı ilin mart ayında ermənilər bir qədər də fəallaşmışdı. Bu fəallıq özünü kəskin sepa­rat­çılıq müstəvisində büruzə verirdi.



    Rayonda becərmə işlərinin qızğın çağı idi. Dizində taqət, ürəyində təpər olanların hamısı əkin-səpinlə, becərmə ilə məşğul idi. Necə deyərlər, bol məhsul üçün əsl təsərrüfatçılıq zəmini yaradılırdı. Belə bir vaxtda ermənilər Həzi Aslanov adına sovxozun ərazisində bizə məxsus olan BTR-in müşayiəti ilə Seyidlər kəndindən üzüm sahələrinə gedənləri əsir götürmüşdü. Bu, açıq qarşıdurma kimi gələcəkdə ehtimal edilən çox təhlükələrin başlan­ğı­cı idi. Tofiq Mehdiyev “Zamanın axarında” kitabında bu hadisəni də xatırlayır. Əslində, müharibə ərəfəsinin tarixi er­mənilərin niyə və necə fəal­laş­dığını sənədləşdirən belə faktlardır. Tofiq müəllim həmin hadi­sə­ni xatirə kimi xatırlatmır. Tarix kimi yada salır, unudulmaması üçün kitabına ədəbi material bilir.



    “...Ertəsi gün Yerevan-Qafan qatarından 50 nəfər əsir götürüldü. Xəbər ildırım sürətilə hər yana yayıldı. Bakıdan, Xankəndindən, Moskvadan edilən zənglərin ardı-arası kəsilmirdi. Əsir­lər - dinc mülki sakinlər erməni, rus, belorus millətindən olmaqla hamısını evlərdə, etibarlı yer­lər­də yerləşdirib çay-çörəklərini əsl azərbaycanlı-türk insanpərvərliyi ilə təmin etdik. Biz əsir­lə­ri­mizin geri qaytarılmasını istəyirdik! Günortaya yaxın Xankəndindən V.Polyaniçko Qa­ra­­ba­ğın hərbi komendantı general V.Safonovla birgə vertolyotla Zəngilana gəldilər. V.Pol­ya­niç­ko gələn kimi dedi ki, Tofiq Mehdiyev, ola bilməz ki, sizin bu işlərdən xəbəriniz olmasın. Axtarırıq, Viktor Petroviç, - dedim. V.Polyaniçkonun yanında ona-buna zəng etməklə guya bu işlə ciddi məşğul olduğumuzu göstərirdik. V.Polyaniçkonun gəlişindən təxminən bir saat sonra bizim tanımadığımız, Qarabağdan olan qüvvələrin bu işi etdiyini müəyyənləşdirdiyimizi bildir­dim. Dəstə başçılarının tələbi odur ki, dünən ermənilər əsir götürdükləri 9 nəfərin hamısını sağ-salamat, BTR-lə birlikdə qaytarsınlar. Əsirlərin təhvil verib, təhvil alma, dəyişdirilmə prosesini Seyidlər kəndində, Qafan şəhərinin iki kilometrliyində həyata keçirək. Əminlik və təhlü­kə­siz­lik üçün əsrlərdən yaşca cavan olanlarını vertolyotla, yaşlı və uşaqları avtomobillə göndərə­cək­lərini şərt kimi irəli sürdülər. Deyilən şərtlərlə razılaşan V.Polyaniçko erməni əsirlərinin bir hissəsini vertol­yot­la sərhəddə olan Seyidlər kəndinə apardı. Rəsmi Ermənistan əsirlərin bir hissəsinin Se­yid­lər kəndinə gətirildiyinə əmin olduqdan sonra bizim 9 nəfər əsirimizi də ora gətirmək qərarı ver­dilər...”.



    Çoxlarına məlum olmayan bu hadisə xalqın müharibəaparma qətiyyətinin, torpaq­se­vər­li­yi­nin tarixidir. Bu baxımdan Tofiq Mehdiyevin “Zamanın axarında” kitabı həm də elan edil­mə­dən başlayan müharibədən əvvəl ermə­ni­liyin törətdiyi təxribatları ictimailəşdirmək, bu ba­xım­dan tarixləşdirmək missiyasıdır (və müharibə tarixidir!). Tofiq Mehdiyevin “Separatçılıq yolunu seçmiş kirvələr” məqaləsi məhz bu gerçəkliyin məqaləsi, “Zamanın axarında” kitabı bu gerçəkliyin kitabıdır.



    Məqalədə iki məqam da diqqəti şəkir: Viktor Polyaniçkinun hadisələrə mü­nasibətində liberal­lı­ğı, hadisələrə rayon Partiya Komitəsinin birinci katibinin partiyanın tə­lə­bi mövqeyindən de­yil, xəlqi, milli mövqedən münasibəti. Oxuyursan və yadına məlum bir beyt düşür:



    Sən səni bilməz isən,

    Partladarlar ənsəni...



    Bu misralar da xalq hikməti kimi yaşadılmaqdadır...



    Məqalədə-kitabda bir məqam da diqqəti çəkir və qürur doğurur. Bu qürur həm hadisənin sonluğu­nun qürurudur, həm də o sonluğun da kitabda əksini tapmasının qürurudur:



    “...xalqımız və zəngilanlılar gördülər ki, əsirlər silah-sursatları və hərəkət etdikləri BTR-lə bərabər heç bir gün keçməmiş geriyə alındı. Bu hadisədən sonra düz bir il ərzində sərhəd böl­gə­lərində erməni dəstələrinin davamlı təxribatları bir qədər səngidi...”.



    Məqalə təsdiqləyir ki, o illərdə zəngilanlılar təkcə Ermənistanla deyil, Moskvanın qon­dar­dı­ğı, məhz qondardığı idarəetmə şəbəkəsi ilə, bu baxımdan Moskva ilə mübarizə aparırdı. Kitabın tarixi dəyərini bu təsdiq də artırır...



    “Zamanın axarında” kitabında bir təssüf də gizildəməkdədir. Bu gizilti təəssübkeşliyin giziltisidir. Bu gizilti başa çatdırılması mümkün olmayan bir istəyin giziltisidir: “...Ermənilər bizim üçün Qarabağ problemi yaratdığı kimi biz də onlara Nüvədi provlemini qaldırdıq. Fərq ondadır ki, onlar bu məsələni dövlət səviyyəsinə qaldırdılar. Biz isə rayon səviyyəsindən yuxarı çıxarda bilmədik...”. Ağrıdııcı təəssüfdür. O illərdə belə bir təşəbbüs də düşmənlə mübari­zə­nin tərkib hissəsi idi. Bu fakt da təsdiqləyir ki, o illərdə Zəngilanda torpaqalrın müdafiə sistemi passiv deyildi. Bu xatırlatma “Zamanın axarında” kitabının xatırlatmasıdır...



    “Erməni xisləti, Qafqaza gətirdikləri terror və faciələr, qısaca mentallıqları barədə”, “Torpaqlarımızı özümüz qorumalıyıq”, “Çöp axtaran Xoda­kov­ski” və s. məqalələr də oxunaqlıdır, vətənse­vər­lik haqqında vətənsevərin ürək sözləridir...

    “Zamanın axarında”n baxanda dünya aydın görünür...


    versus.az
    loading...