Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Bir dövlət müəssisəsində 9 şübhəli tender müqaviləsi - FOTO
  • Qarabag əlillərinə qarşı böyük haqsızlıq.
  • Nəşi tapılan hərbçimizin şəxsiyyəti bəlli oldu - Foto
  • SON DƏQİQƏ: Operativ Qərargah məlumat yaydı - YÜZLƏRLƏ YOLUXMA, 14 ÖLÜ VAR
  • İcra Hakimiyyətlərində baş verən tender "maxenasiya"ları
  • ŞOK! Ailəsi ilə təhdid olunan şəxs sifarişin kim tərəfindən olduğunu bəyan etdi - VİDEO
  • Göyçayda 27 sentyabr – Anım Günü ilə bağlı ümumrayon tədbiri keçirildi
  • Öz nəfsimizin şərindən amanda olmadığımızı unutmayaq
  • Şəhid adına verilən küçə bərbad haldadır
  • Mobil operatorlarla bağlı yenilik
  • Büdcədə kəskin artım: Hökumət iki milyardı hardan yığacaq?
  • Koronavirusu yarım saatdan az müddətdə təyin etmək mümkün olacaq
  • Paşinyandan Zəngəzur dəhlizi açıqlaması: Hazırıq!
  • Bu şəxslərə soğan yemək olmaz
  • İstəyənin əlini qaytarmayın
  • Ölümdən qaçmaq olsaydı…
  • Yoxsulları öz qonaqlığına buraxmayan varlının aqibəti
  • Ustad jurnalist - Nəriman Bəxtiyarovun əziz xatirəsinə
  • Hərbçilər, qazilər, şəhid ailələri daim dövlətin diqqət və qayğısı ilə əhatə olunurlar.
  • Dünyanın yeni düzəni: pisdir, ancaq çarə yoxdur
  • Yerli məmurlardan əli üzülən Gəncə sakini Ukrayna prezidentindən imdad diləyir - VİDEO
  • Adı korrupsiyada hallanan məmur başqa bölgəyə "transver" edilib ?... - VİDEO
  • Canı və malı düşmən zərbəsinə tuş gəlib, halal haqqını isə məmurlar mənimsəyir - VİDEO
  • Deputatın qohumları vətəndaşı ölümcül döyüblər
  • TEMPERATUR ENİR: külək, yağış, dolu olacaq - BU GÜNÜN HAVASI
  • 10 Mar 2021, 23:16   
        323

    BAKI-XEBERTV.AZ
    Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməklə, Azərbaycan Respublikasının inkişaf mərhələsinin təməlini qoymuşdur!!!

    Bildiyimiz kimi, baş vermiş hərbi məğlubiyyət, ölkədə daxili böhranla tamamlanır. 90-cı illərdə ölkə daxilində reallaşan xoşagəlməz proseslər, siyasi çəkişmələr, hakimiyyət uğrunda mübarizə ölkəmizin müstəqil yaşamasını sual altına qoymuşdu. AXC-Müsavat hakimiyyətinin ifrat səriştəsizliyi, ölkənin təcrid olunmuş vəziyyətə düşməsi, daxildə vətəndaş müharibəsi təhlükəsi YAP-ın yaranmasını tarixi zərurətə çevirmişdi.
    Hər kəsə məlumdur ki, YAP Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Onun siyasi təcrübəsi, bilikləri, xalq qarşısında göstərdiyi xidmətlər, Naxçıvanda çalışdığı dövrdə göstərdiyi əsl vətənpərvərlik və öz xalqına olan sadiqlik Azərbaycanın mütərəqqi insanlarını onun ətrafında birləşdirdi. O vaxt cəsarət və milli düşüncə göstərmiş vətənpərvər insanlar – məşhur “91-lər” Ulu Öndərə müraciət etdilər.
    YAP-ın təsis qurultayının Naxçıvanda keçirilməsi səbəbi isə o oldu ki, Bakıda buna imkan verilməmişdi. Heydər Əliyev fenomenindən o qədər qorxurdular, öz cılız mahiyyətlərini özləri o qədər dərk edirdilər, bilirdilər ki, əgər bu qurultay Bakıda keçirilsə, bunların hakimiyyətinə son qoyulacaq. 1992-ci ilin noyabr ayı gənc ölkəmizin həyatında yeni bir mərhələyə yol açdı. Ondan sonra heç bir il keçməmiş – 1993-cü ilin oktyabr ayında Ulu Öndər xalqın mütləq əksəriyyətinin dəstəyi ilə Prezident vəzifəsinə seçildi və ölkəmizin böhrandan çıxma prosesi artıq başladı.
    Bizim əsl müstəqillik tariximiz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır, çünki ona qədər müstəqillik sözdə var idi, amma faktiki olaraq yox idi. 1993-2003-cü illər Azərbaycan üçün həlledici illər olmuş, dövlətçiliyin əsasları qoyulmuşdur.
    2003-cü ildə isə, xalq Heydər Əliyev siyasətinə səs vermiş, Prezident İlham Əliyevə etimad göstərmişdir. Doğrudan da, Azərbaycan son illərdə ərzində doğrudan da tarixi uğurlara imza atıb. Gənc ölkəmiz möhkəm təmələ əsaslanmış yeni dövrünü yaşayır. Azərbaycanda iqtidarın siyasəti xalq tərəfindən məhz ona görə dəstəklənir ki, iqtidarın siyasəti xalqın maraqlarını güdür. Azərbaycan rəhbərliyi milli maraqlara cavab verməyən heç bir addım atmır.
    2021-ci il martın 5-də YAP-ın VII qurultayı keçirilib. Qurultayda Azərbaycanın bütün bölgələrini, rayon və şəhər təşkilatlarını təmsil edən 194 nümayəndə iştirak edib. YAP-ın VI qurultayından üç il ötür. YAP-ın Nizamnaməsinin qəbul olunmasından xeyli müddət keçmişdi, bu müddət ərzində YAP ciddi irəliləyişlər əldə etmiş, ictimai-siyasi iqlim sağlamlaşdırılmışdır.
    Azərbaycan genişmiqyaslı islahatlar aparır, bu islahatların nəticələri gündəlik həyatda, ölkənin iqtisadi göstəricilərində, sosial sahədə əldə edilmiş nailiyyətlərdə öz əksini tapıb.
    Prezident seçkilərindən sonra ərazi bütövlüyümüzün bərpası qarşıya birinci dərəcəli vəzifə kimi qoyulub və buna nail olunub. Eyni zamanda, siyasi, iqtisadi, sosial və başqa sahələrdə xoşagəlməz hallara qarşı mübarizədə də qarşıya açıq-aydın hədəflər qoyuldu.
    Azərbaycanın uğurlu enerji siyasəti, nəqliyyat siyasəti nəinki enerji və nəqliyyat dəhlizlərinin yaranmasına gətirib çıxardı, eyni zamanda, bölgədə və geniş mənada Avrasiya məkanında yeni əməkdaşlıq formatları yaradıb.
    Bu illər Azərbaycanın və bölgənin həyatında həlledici, mühüm hadisələr baş verib. Azərbaycanın ərazi bütövlüyü bərpa edilib, Vətən müharibəsində parlaq Qələbə qazanılıb. İkinci Qarabağ müharibəsinin nəticələri də bölgə üçün yeni reallıqlar, yeni əməkdaşlıq imkanları yaradıb. Azərbaycanda həm siyasi, həm iqtisadi sahədə dayanıqlı inkişaf təmin edilib, beynəlxalq aləmdə çox böyük nüfuza və hörmətə malik olan ölkəyə çevrilib.
    YAP-ın fəaliyyətinin tənzimlənməsinin yeni, çevik mexanizminin yaradılması aktual idi. Bu məsələlər partiyanın qurultayı tərəfindən təsdiq edilən yeni Nizamnaməsində öz əksini tapıb.
    YAP-ın VII qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir. YAP nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır. YAP yeniləşmiş formatda, o cümlədən rəhbər orqanlarında təmsil olunan üzvləri nəzərə alsaq, daha fəal olacaq, qarşıda duran vəzifələri daha fəal icra edəcəkdir. YAP-ın bundan sonra da ölkəmizin aparıcı siyasi qüvvəsi olaraq qalması üçün rəhbər orqanlarında təmsil olunan üzvləri fəal olmalı, ümumi işə öz töhfələrini verməlidirlər. Dost partiyaların YAP-a qoşulması çox əlamətdar hadisədir. Bu, siyasi sistemin təkmilləşdirilməsi istiqamətində atılan növbəti addımdır və eyni zamanda, göstərir ki, YAP-ın həm məramı, həm proqramı, fəaliyyəti və əldə etdiyi nailiyyətlər dost partiyalar üçün də cəlbedicidir.
    Azərbaycanda daxili sabitlik əsas amildir. Azərbaycanda yürüdülən müdrik siyasət, sosial ədalətə riayət edilməsi hesabına xalq-iqtidar birliyi təmin olunub. Azərbaycan bölgədə vəziyyəti köklü surətdə dəyişdirə bilib. Bu gün elə bir ölkə yoxdur ki, o ölkə ilə hansısa problemimiz olsun. Azərbaycanın digər ölkələrlə xarici siyasəti çoxşaxəlidir. Beynəlxalq təşkilatlarda fəal iş aparılaraq İkinci Qarabağ müharibəsi üçün hüquqi bazanı daha da möhkəmləndirilmişdir. AŞPA, İƏT, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, NATO, BMT Baş Assambleyası Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən çoxsaylı sənədlər qəbul etmişlər.
    Avropa İttifaqı ilə bir neçə il bundan əvvəl imzaladığımız “Tərəfdaşlıq prioritetləri” sənədinə, yəni, paraflanmış sənədə ölkəmizin ərazi bütövlüyünə, suverenliyinə, sərhədlərimizin toxunulmazlığına hörmət prinsipi əks etdirən müddəa saldıra bilmişik.
    Azərbaycan əleyhinə müharibə dövründə BMT Təhlükəsizlik Şurasında qətnamə hazırlanarkən Qoşulmama Hərəkatına üzv ölkələr bu təşəbbüsün qarşısını almışlar.
    Azərbaycanın bu təşkilata rəhbərlik etməsi formal deyil. Üzv dövlətlərə dəstək verilmiş, qurumun fəallaşması üçün real addımlar atılmışdır.
    Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, tarixi ədaləti bərpa etdi, işğalçıları əzəli torpaqlarımızdan qovdu. Azərbaycan mütləq qələbəni qazandı, düşməni darmadağın etdi.
    Azərbaycan yeni dövrə qədəm qoyur. Konseptual nöqteyi-nəzərdən bütün baxışlar yerindədir. Amma həyat və xüsusilə Qarabağın bərpası ilə bağlı məsələlər planlara müxtəlif korrektələr edəcək.
    Yeni dövrdə siyasi dialoq daha da dərinləşdirilməlidir. Müharibədən əvvəl başlamış siyasi dialoq istiqamətində qısa müddət ərzində yaxşı nəticələr əldə olunub. Bütün partiyalar, özünü siyasi qurum adlandıran antimilli şura istisna olmaqla, bütün siyasi qüvvələr dialoqa meyl göstərib, təşəbbüsü alqışlayıb və artıq bu dialoq baş tutub. Hakim partiya bütün digər siyasi qurumlarla əməkdaşlıq edir və edəcək.
    Bu gün siyasi dialoqun üstünlüyü ondadır ki, heç bir kənar müdaxilə olmadan keçirilir. 1990-cı illərdə, hətta indi mənim dövrümdə də bəziləri xaricdən gəlirdilər ki, burada siyasi dialoqu bizim üçün təşkil etsinlər. Bu, bizim üçün təhqir idi.
    Ümummilli məsələlərdə heç bir fərqli fikir ola bilməz. Ümumi məsələlər Qarabağ məsələsidir, siyasi partiyaların fəaliyyətidir, demokratiyanın inkişafıdır, iqtisadi azadlıqların bərqərar olmasıdır, ölkəmizin güclənməsidir.
    Dövlət başçısı siyasi dialoqun davamında maraqlı olduğunu, ölkəmizin gələcək siyasi sisteminin təkmilləşməsi üçün bunun böyük əhəmiyyəti olduğunu vurğulayır. YAP üzvlərini də ölkə daxilində heç bir siyasi qurumla heç bir problem olmadığını nəzərə almağa dəvət edir. İstisna antimilli ünsürlərdir. Çünki onlar satqınlardır, xaindirlər, təlimatları xaricdən alırlar. Camaatı çaşdırmaq üçün onlar şanlı Qələbəmizə kölgə salmaq istəyirlər. Onlar Paşinyanı bizə nümunə gətirirdilər, onu təmiz adam adlandırırdılar, onu demokrat adlandırırdılar. Ermənistanda müharibədən əvvəl sonra aparılmış həbslərə Qərb heç bir reaksiya vermir. Qərb artıq bu demokratiya məsələləri ilə bağlı özünü tam ifşa edib. Bu durumda vaxtilə Paşinyanı nümunə gətirən “Milli Şura” üzvlərinin susması da ikiüzlülük kimi qınanmalıdır.
    Antimilli ünsürlərin məqsədi Azərbaycanı qarışdırmaq, Azərbaycanı çökdürmək, Azərbaycan rəhbərliyini hörmətdən salmaq, ölkəni daxili çəkişmələrə sürükləməklə əsas milli hədəfdən – Qarabağın azad olunması hədəfindən yayındırmaq olub.
    Bizim şanlı Ordumuzun Qələbəsinə kölgə salmaq istəyənlər də bu məqsədi güdür. Azərbaycan tarixində bəlkə də onlar kimi iyrənc insanlar olmayıb.
    Azərbaycan yeni dövrə qədəm qoydu. Bölgədə və ölkəmizdə tamamilə yeni geosiyasi vəziyyətdir. Ona görə biz bütün addımlarımızı düzgün atmalıyıq ki, daim qələbə qazanaq, Azərbaycan bayrağı daim yüksəklərdə olsun. Azərbaycan İkinci Qarabağ müharibəsinin təcrübələrindən istifadə edərək zəif yerləri aradan qaldıracaq, daha modern, daha üstün ordu quracaq. Beynəlxalq hərbi ekspertlər deyirlər ki, Azərbaycan XXI əsrin müharibəsini aparıb. Biz elə planlaşdırmalıyıq ki, bəlkə də əlli ildən sonra XXII əsrin müharibəsinə də hazır olaq. Çünki beynəlxalq hüquq işləmədiyi yerdə ancaq güc amili həlledici ola bilər.
    Bu gün müharibədən sonra yeni dövr başlayır. İndi Qarabağın bərpası ilə bağlı bizim əsas rəqibimiz zamandır. Ölkənin gələcəyini elə planlaşdırmalıyıq ki, uzunmüddətli dayanıqlı inkişaf təmin edilsin, müstəqillik əbədi olsun, ölkəmizin qüdrəti artsın, təsir imkanlarımız artsın və daim Azərbaycan xalqı təhlükəsizlik şəraitində öz dədə-baba torpağında yaşasın.
    Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri bir ailə kimi yaşayırlar və bundan sonra da bir ailə kimi yaşayacaqlar. Miqrant böhranı göstərdi ki, Qərbdə elan edilmiş dəyərlər bir çox hallarda, sadəcə olaraq, şüar idi, real həyatda bu, yoxdur. İkinci Qarabağ müharibəsində Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri fədakarlıq, qəhrəmanlıq göstərmişlər, şəhid olmuşlar, Vətən uğrunda vuruşmuşlar, Azərbaycan bayrağı altında ölümə gedirdilər.
    Son 30 il ərzində Ermənistan dövlətinin və erməni diasporunun əsas fəaliyyətlərindən biri Azərbaycanda yaşayan xalqlar arasında qarşıdurma yaratmaq olub. Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, tam müstəqil şəkildə öz daxili, xarici siyasətini aparır, öz dostlarını özü seçir, heç kimin qabağında baş əymir, heç kimə hesabat vermir. 30 ildən sonra biz müstəqillik gününü qürur hissi ilə qarşılayırıq. 30 ildən sonra Azərbaycan ərazi bütövlüyünü bərpa etmiş ölkə kimi, Ermənistanı məğlub etmiş ölkə kimi bu yubileyi qarşılayır.
    Zəngəzur dəhlizi tarixi nailiyyətimizdir. Üçtərəfli Bəyanatda xüsusilə bu məsələnin əks olunması bizim böyük siyasi qələbəmizdir. Hazırda Zəngəzur dəhlizinin fəaliyyəti istiqamətində fəal işlər aparılır, bir çox təkliflər var, artıq bir çox nəqliyyat-kommunikasiya layihələri masa üzərindədir. İndi Ermənistan əməkdaşlıqdan boyun qaçırır. İndi Ermənistan Zəngəzur dəhlizinin icrasına əngəl törətmək istəyir, lakin onları məcbur edəcəyik və necə ki, qovmuşuq torpaqlarımızdan, bütün istədiyimizə də nail olacağıq!...

    Yaşasın müstəqil Azərbaycan Respublikası! Eşq olsun Azərbaycan xalqına! Yaşasın cənab Ali Baş Komandan! Qarabağ Azərbaycandır!







    Müşfiq Əliyev

    Azərbaycan Respublikası
    Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin sədri,
    Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi
    Sədrinin humanitar məsələlər üzrə səlahiyyətli nümayəndəsi.

    BAKI ŞƏHƏRİ, XƏZƏR RAYON SAKİNİ.
    loading...