Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Alim erməni yalanını ifşa etdi: Həmin xalçalar Bakıdadır
  • Şamil Sabiroğlu: Azərbaycanın hakimiyyət orqanları “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinə qarşı çox biganəlik göstərdilər...
  • HAVA KƏSKİN DƏYİŞİR: Nazirlik gücləndirilmiş iş rejiminə keçdi
  • Bölgələrə turist axını başladı - Ekspert açıqladı
  • Havalar isindikcə yoluxma artacaq - Alimlər
  • Atası azərbaycanlı olan erməni nazirin Azərbaycandakı restoranı - Video
  • 4 ay komada olan əsgərimiz şəhid oldu - FOTO
  • Ermənilər Xocalıda yeni qəsəbə salır?
  • Can, Azərbaycan !- İslam Ələsgərli
  • Erməni polkovnikin qulağına "Poladın qısasını aldım!" deyərək MƏHV ETDİ
  • Onlar başları əzilməli olan zəhərli ilanlardır - Baxçalı
  • Çiplənək ya yox?
  • COVİD-19-a qarşı Azərbaycan modeli və İlham Əliyevdən bəşəriyyətin xilası üçün yeni təklif
  • Azərbaycanın əməliyyat sistemi bazarında "Android" liderdir
  • Xiaomi Mi11 Pro-nun yeni görüntüləri yayımlandı
  • Şəhidlərin 80 faizdən çoxu ali təhsilsiz, orta məktəbi doğru düzgün oxumayanlardır Səxavət Məmməd yazır.......
  • Şuşa və Hadrutun topoqrafik xəritəsi hazırlanır
  • Zəngilan: düşmən Məmmədbəyli kəndini də viran qoyub
  • Gürcüstan sakinləri II Qarabağ müharibəsi barədə nə düşünür? - SORĞU
  • Ermənilərin Horadizdə dağıtdığı evlər bərpa edilir
  • Qələbənin "Zəfər nəğməsi" - VİDEO
  • Baxçalı Şuşadakı məktəbin layihəsini təqdim etdi - Video
  • General Həzi Aslanov necə qətlə yetirilib... - Erməni izi
  • “6G” texnologiyası nə vəd edir?
  • İSLAM ƏLƏSGƏRLİ- TÜRKİYƏ AZƏRBAYCAN DOSTLUĞUNA
  • 15 Oca 2021, 20:56   
        283


    Prezidentin Şuşadan verdiyi mesajlar: Status yoxdur, Qarabağın gələcəyi...

    Prezidentin Şuşadan verdiyi mesajlar: Status yoxdur, Qarabağın gələcəyi...
    Prezident İlham Əliyevin Şuşaya səfəri Moskva görüşü fonunda diqqət çəkir.

    XEBERTV.AZ xəbər verir ki, bu kontekstdə dövlət başçısının Qarabağın incisi olan şəhərdə verdiyi mesajlar təsadüfi deyildi.

    - “Erməni separatçı rejiminin bəzi dırnaqarası nümayəndələri o vaxt demişdilər ki, ancaq bir halda Azərbaycan bayrağı Şuşada qaldırıla bilər, o da əgər Azərbaycan “Dağlıq Qarabağ respublikası”nı tanısa və Dağlıq Qarabağda öz səfirliyini açsa. İndi siçan kimi oturublar, dillərini qoyublar qarınlarına. Bir kəlmə də söz deyə bilmirlər”.

    - “Onlar qondarma “Dağlıq Qarabağ respublikası”nın “parlamentini” Şuşa şəhərinə köçürəcəkdilər. Beləliklə, Şuşa şəhərini erməniləşdirmək üçün növbəti dəfə cəhd edilməli idi. Artıq inşaata da başlamışdılar. Bax, bu binanı onlar qondarma “Dağlıq Qarabağ respublikası”nın “parlament” binası kimi inşa etməyə başlamışdılar. Ancaq çatdıra bilmədilər. Biz gəldik, bu torpağın sahibləri gəldi, onları buradan qovdu və beləliklə, onların bu çirkin əməlləri həyata keçmədi. “Parlament” də gorbagor oldu, status da gorbagor oldu, cəhənnəmə getdi. Qarabağ Azərbaycandır!”.

    1. Qarabağın statusu yoxdur, erməni tərəfinin statusla bağlı bəzi iddiaları yalnız iddiadan başqa bir şey deyil;

    2. Qondarma rejim artıq yoxdur və Qarabağın bütün ərazisi Azərbaycan torpağıdır;

    “Biz buraya qalib kimi gəlmişik, bayrağı da qaldırmışıq, azad edilmiş bütün torpaqlarda Azərbaycan bayrağı dalğalanır. Döyüşə-döyüşə gəlmişik. Heç kim bu torpaqları bizə elə-belə verməyib”.

    1. Azərbaycan qalib və diktə edən tərəfdir;

    2. Kənar qüvvələr (bəlli ölkələr) bu qələbənin qarşılığında Azərbaycandan nəsə istəyə bilməz;

    “...Əgər kimsə Ermənistanda revanş haqqında düşünürsə, o, bizim dəmir yumruğumuzu bir daha görəcək. Bu dəmir yumruq onların belini qırdı, onların başını əzdi. Əgər bizə qarşı hər hansı bir təxribat törədilərsə, cavabımız çox sərt olacaq, çox peşman olacaqlar və yenə də acı məğlubiyyətlə üzləşəcəklər. Heç kim bizim qabağımızda dura bilməz. Bundan sonra həmişə belə olacaq. Azərbaycan Ordusu, xüsusi təyinatlılar, bizim qəhrəman övladlarımız, hərbi birləşmələrin döyüşçüləri Şuşanı və azad edilmiş bütün torpaqları göz bəbəyi kimi qorumalıdırlar ki, düşmən bir daha belə cəhd etməsin. Cəhd edərsə, axırı lap pis olacaq”.

    Ermənistanın istənilən cəhdinə daha sərt cavab veriləcək.

    Prezident xüsusi təyinatlıların adını da təsadüfən çəkmədi. Şuşanı ağlasığımaz əməliyyatla azad edən bu qüvvələr erməni ordusunun kabusuna çevrilib və dövlət başçısı Ermənistana xəbərdarlıq edərkən onların adını çəkməklə təxribatlara qarşı veriləcək cavabın miqyasını göstərir.

    Və Ali Baş Komandan Cıdır düzündə olarkən son mesajı verdi: “Cıdır düzü də, Şuşa da, Qarabağ da azaddır. Bu torpağın sahibləri qayıdıblar, əllərində silah, əllərində bayraq, ürəklərində Vətən sevgisi”.

    Bu səfər və Şuşada verilən mesajlar Qarabağın Xankəndi, Xocalı və Xocavənd də daxil olmaqla gələcəyini növbəti dəfə müəyyən etdi: Qarabağ Azərbaycandır. Publika.az
    loading...