Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Alim erməni yalanını ifşa etdi: Həmin xalçalar Bakıdadır
  • Şamil Sabiroğlu: Azərbaycanın hakimiyyət orqanları “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinə qarşı çox biganəlik göstərdilər...
  • HAVA KƏSKİN DƏYİŞİR: Nazirlik gücləndirilmiş iş rejiminə keçdi
  • Bölgələrə turist axını başladı - Ekspert açıqladı
  • Havalar isindikcə yoluxma artacaq - Alimlər
  • Atası azərbaycanlı olan erməni nazirin Azərbaycandakı restoranı - Video
  • 4 ay komada olan əsgərimiz şəhid oldu - FOTO
  • Ermənilər Xocalıda yeni qəsəbə salır?
  • Can, Azərbaycan !- İslam Ələsgərli
  • Erməni polkovnikin qulağına "Poladın qısasını aldım!" deyərək MƏHV ETDİ
  • Onlar başları əzilməli olan zəhərli ilanlardır - Baxçalı
  • Çiplənək ya yox?
  • COVİD-19-a qarşı Azərbaycan modeli və İlham Əliyevdən bəşəriyyətin xilası üçün yeni təklif
  • Azərbaycanın əməliyyat sistemi bazarında "Android" liderdir
  • Xiaomi Mi11 Pro-nun yeni görüntüləri yayımlandı
  • Şəhidlərin 80 faizdən çoxu ali təhsilsiz, orta məktəbi doğru düzgün oxumayanlardır Səxavət Məmməd yazır.......
  • Şuşa və Hadrutun topoqrafik xəritəsi hazırlanır
  • Zəngilan: düşmən Məmmədbəyli kəndini də viran qoyub
  • Gürcüstan sakinləri II Qarabağ müharibəsi barədə nə düşünür? - SORĞU
  • Ermənilərin Horadizdə dağıtdığı evlər bərpa edilir
  • Qələbənin "Zəfər nəğməsi" - VİDEO
  • Baxçalı Şuşadakı məktəbin layihəsini təqdim etdi - Video
  • General Həzi Aslanov necə qətlə yetirilib... - Erməni izi
  • “6G” texnologiyası nə vəd edir?
  • İSLAM ƏLƏSGƏRLİ- TÜRKİYƏ AZƏRBAYCAN DOSTLUĞUNA
  • 27 Ara 2020, 23:50   
        130


    Tez-tez soğan yeməyin orqanizmdə yaratdığı DƏYİŞİKLİKLƏR

    Soğan orqanizmə daxil olan kimi çox şeyi dəyişə bilir. Sağlamlığı gücləndirən vitamin və qidalarla zəngin olan soğan, gündəlik yeyildikdə möcüzələr yaradır.

    XEBERTV.AZ e-tibb.az-a istinadən soğanın orqanizmə təsiri barədə məqaləni təqdim edir:

    Hər gün soğan yeyəndə bədəndə nə kimi dəyişikliklər olur?

    1.Sümük sıxlığını artırır

    Nə qədər qəribə səslənsə də, bir neçə araşdırma tez-tez soğan yeməyin sümük sıxlığına müsbət təsir etdiyini göstərir. 1 ay ərzində hər gün soğan yemək sümük sıxlığını 5 faiz artırır!

    2.Yüksək xolesterolu azaltmaqla ürək sağlamlığını qoruyur

    İltihab əleyhinə xüsusiyyətə malik olan soğan, pis xolesterolu azaldır. Aşağı xolesterol səviyyəsi, ürək-damar xəstəliklərinin inkişaf riskini azaldaraq ürəyi də sağlam saxlayır.

    3.Həzmi asanlaşdırır

    Liflərlə zəngin soğan həzmi sürətləndirir. Bağırsaqlarda "yaxşı bakteriya" istehsalını artıraraq həzm prosesini asanlaşdırır.

    4.Hüceyrənin zədələnməsinin qarşısını böyük ölçüdə alır

    Soğan orqanizm üçün faydalı olan 25 fərqli antioksidant ehtiva edir. Antioksidantlar isə bizi yalnız müəyyən xəstəliklərdən qorumur, həm də hüceyrələrin zədələnməsinin qarşısını alır.

    5.Ağız və göz sağlamlığına faydalıdır

    Soğan təbii olaraq ağızdakı pis bakteriyaları məhv edərək ağız boşluğunun sağlamlığını təmin edir. Mikroblarla mübarizə aparan antimikrobiyal xüsusiyyətlər də dişləri gücləndirir. Soğanda kataraktla ilə mübarizə aparan və gözlər üçün çox faydalı bir maddə olan "quercetin" də var.

    6.Normal yuxunu təmin edir

    Kolorado Universitetinin araşdırmaları göstərir ki, soğan yemək yuxu keyfiyyətini yaxşılaşdırır.

    Soğan əsasən bağırsaqların normal fəaliyyətini dəstəkləyən və stresi azaldan liflərdən ibarətdir.

    7.Yaşlanmaya qarşı mübarizə apararaq dərini yeniləyir

    A, C və E vitaminləri ilə zəngin olan soğan, istədiyiniz parlaq və mükəmməl dəri əldə etməyə kömək edə bilər.

    Bəzi bitkilər bədənində yaranan xəsarətləri, yaraları çox tez müalicə edə bilir. Bu baxımdan soğanı sızanaq, yara və ya yara izlərinin üzərinə qoyaraq müalicəvi nəticə əldə etmək olar, onun daxili membran qatında olan maddələr dərini sakitləşdirə və canlandıra bilir.
    loading...