Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Alim erməni yalanını ifşa etdi: Həmin xalçalar Bakıdadır
  • Şamil Sabiroğlu: Azərbaycanın hakimiyyət orqanları “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinə qarşı çox biganəlik göstərdilər...
  • HAVA KƏSKİN DƏYİŞİR: Nazirlik gücləndirilmiş iş rejiminə keçdi
  • Bölgələrə turist axını başladı - Ekspert açıqladı
  • Havalar isindikcə yoluxma artacaq - Alimlər
  • Atası azərbaycanlı olan erməni nazirin Azərbaycandakı restoranı - Video
  • 4 ay komada olan əsgərimiz şəhid oldu - FOTO
  • Ermənilər Xocalıda yeni qəsəbə salır?
  • Can, Azərbaycan !- İslam Ələsgərli
  • Erməni polkovnikin qulağına "Poladın qısasını aldım!" deyərək MƏHV ETDİ
  • Onlar başları əzilməli olan zəhərli ilanlardır - Baxçalı
  • Çiplənək ya yox?
  • COVİD-19-a qarşı Azərbaycan modeli və İlham Əliyevdən bəşəriyyətin xilası üçün yeni təklif
  • Azərbaycanın əməliyyat sistemi bazarında "Android" liderdir
  • Xiaomi Mi11 Pro-nun yeni görüntüləri yayımlandı
  • Şəhidlərin 80 faizdən çoxu ali təhsilsiz, orta məktəbi doğru düzgün oxumayanlardır Səxavət Məmməd yazır.......
  • Şuşa və Hadrutun topoqrafik xəritəsi hazırlanır
  • Zəngilan: düşmən Məmmədbəyli kəndini də viran qoyub
  • Gürcüstan sakinləri II Qarabağ müharibəsi barədə nə düşünür? - SORĞU
  • Ermənilərin Horadizdə dağıtdığı evlər bərpa edilir
  • Qələbənin "Zəfər nəğməsi" - VİDEO
  • Baxçalı Şuşadakı məktəbin layihəsini təqdim etdi - Video
  • General Həzi Aslanov necə qətlə yetirilib... - Erməni izi
  • “6G” texnologiyası nə vəd edir?
  • İSLAM ƏLƏSGƏRLİ- TÜRKİYƏ AZƏRBAYCAN DOSTLUĞUNA
  • 26 Ara 2020, 20:25   
        107
    BAKI-XEBERTV.AZ



    Uşaqlarda aylara, yaşa uyğun inkişaf göstəriciləri

    Körpələrin, uşaqların inkişafı yaş dövrünə uyğun olaraq gedir. Hər ayın, hər yaşın özünəməxsus inkişaf xüsusiyyətləri var. Yeni doğulandan başlayaraq körpələrin həm fiziki, həm də sosial inkişafı ilə bağlı bir sıra göstəricilər izlənməli və ona uyğun davranılmalıdır. Normal inkişaf göstəriciləri hansılardır? Əsasən hansı məqamlara diqqət olunmalıdır?

    Milli.Az "Erkən Uşaqlıq Dövründə İnkişaf" layihəsinin (UNICEF və Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyinin birgə icra etdiyi layihə) bununla bağlı materialını təqdim edir:

    Yaş dövrlərinə görə uşaqların sosial inkişafları ilə bağlı əsas göstəricilər bunlardır:

    1 aylıq körpə ağlayarsa, qucağa alındıqda, ona nəvazişlə toxunduqda və ya ona yemək verdikdə sakitləşir.

    2 aylıq körpə ilə danışanda gülümsəyin. O, əşyalardan çox insanlara maraq göstərir.

    3-4 aylıq körpə ilə danışanda o, bəzi səslər çıxarmağa başlayır.

    5 aylıq körpə yad insanlara reaksiya verməyə başlayır, qucağa alınmaq istəyir, əyləncəli oyunlardan xoşu gəlir.

    6-7 aylıq körpə yad insanlara qarşı qorxu reaksiyası göstərə bilər. Təsadüfi bir oyunu davam etdirmək üçün reaksiya verir.

    8 aylıq körpə ana-atadan ayrıldığında ayrılıq təşvişi yaşaya bilər, "cic-cii" oynamağı sevir, "sağ ol" hərəkətini təqlid edir.

    9-12 aylarında "əl çalma" oyununa qatılır. Güldüyünüzdə bir səsi ya da hərəkəti təkrar edir. Oyuncağı başqasına uzadır, amma vermir. Xəfifcə vurmaqla və qucaqlamaqla sevgi göstərir. Sadə göstərişləri yerinə yetirir.

    12-18 aylığında gizlənmə və digər sosial oyunlardan xoşu gəlir. Ondan istəyəndə və bəzən də özü oyuncaqlarını verir. Başqa bir uşağın yanında oynayır (onunla paralel oynayır, gerçək reaksiyalar vermir).

    18-24 aylığında ana-atanı güvənli liman olaraq istifadə edir, onları sınayır. Maraqlı və aktiv bir şəkildə çevrəni kəşf edir, nəzarətə ehtiyacı vardır. Aynada özünü tanıyır. Süpürmə kimi bəsit ev işlərini təqlid edir. Onun diqqətini asanlıqla başqa yönə çəkmək və əyləndirmək olur. Tanıdığı böyük insanları gah qucaqlayır, gah da itələyir. Təxəyyülü formalaşmağa başlayır. Əşyaların kimə məxsus olduğunu anlamağa başlayır (ananın ayaqqabısı).

    24-36 aylarında müstəqillik göstərir və öz-özünə oynamağa başlayır. Böyüklərin dəstəyi ilə bir oyuncağı bölüşə bilir. 3-10 dəqiqəlik hekayəni dinləyir. Bəzi sadə qrup oyunlarından xoşu gəlir
    loading...