Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Alim erməni yalanını ifşa etdi: Həmin xalçalar Bakıdadır
  • Şamil Sabiroğlu: Azərbaycanın hakimiyyət orqanları “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinə qarşı çox biganəlik göstərdilər...
  • HAVA KƏSKİN DƏYİŞİR: Nazirlik gücləndirilmiş iş rejiminə keçdi
  • Bölgələrə turist axını başladı - Ekspert açıqladı
  • Havalar isindikcə yoluxma artacaq - Alimlər
  • Atası azərbaycanlı olan erməni nazirin Azərbaycandakı restoranı - Video
  • 4 ay komada olan əsgərimiz şəhid oldu - FOTO
  • Ermənilər Xocalıda yeni qəsəbə salır?
  • Can, Azərbaycan !- İslam Ələsgərli
  • Erməni polkovnikin qulağına "Poladın qısasını aldım!" deyərək MƏHV ETDİ
  • Onlar başları əzilməli olan zəhərli ilanlardır - Baxçalı
  • Çiplənək ya yox?
  • COVİD-19-a qarşı Azərbaycan modeli və İlham Əliyevdən bəşəriyyətin xilası üçün yeni təklif
  • Azərbaycanın əməliyyat sistemi bazarında "Android" liderdir
  • Xiaomi Mi11 Pro-nun yeni görüntüləri yayımlandı
  • Şəhidlərin 80 faizdən çoxu ali təhsilsiz, orta məktəbi doğru düzgün oxumayanlardır Səxavət Məmməd yazır.......
  • Şuşa və Hadrutun topoqrafik xəritəsi hazırlanır
  • Zəngilan: düşmən Məmmədbəyli kəndini də viran qoyub
  • Gürcüstan sakinləri II Qarabağ müharibəsi barədə nə düşünür? - SORĞU
  • Ermənilərin Horadizdə dağıtdığı evlər bərpa edilir
  • Qələbənin "Zəfər nəğməsi" - VİDEO
  • Baxçalı Şuşadakı məktəbin layihəsini təqdim etdi - Video
  • General Həzi Aslanov necə qətlə yetirilib... - Erməni izi
  • “6G” texnologiyası nə vəd edir?
  • İSLAM ƏLƏSGƏRLİ- TÜRKİYƏ AZƏRBAYCAN DOSTLUĞUNA
  • 25 Ara 2020, 21:30   
        129

    Suqovuşanda düşmənin mənfur planı aşkarlanıb - Bir körpüyə 27 mina qoyulubmuş

    Aparılan tədqiqatlar göstərir ki, işğaldan azad edilmiş rayonların demək olar ki, 80-85 faizi mina və partlamamış hərbi sursatlarla çirklənib.

    Xezerxeber.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) Operativ Qərargahının rəisi İdris İsmayılovdeyib.

    Xəzər TV-nin "Vaxtı Gəldi!” verilişinin qonağı olan İ.İsmayılov deyib ki, mina və partlamamış hərbi sursatlarla çirklənmələrə əvvəlki təmas xətti boyu və müharibə getmiş ərazilərdə- Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Tərtər rayonunun Suqovuşan kəndində daha çox rast gəlinir. Bundan başqa, düşmən tərəfindən bəzi yerlərdə sonradan basdırılmış minalar da aşkarlanır: "Minalar əsasən qəbiristanlıq və köhnə evlərin yaxınlığında basdırılıb. Belə hallar düşmənin nə dərəcədə mənfur olduğunu göstərir. Çünki biz ata-baba yurdumuza dönən zaman ilk olaraq yaxınlarımızın qəbirlərini ziyarət edir və yaşayış evlərinə baş çəkirik. Odur ki, belə ərazilərdə minalara və digər "sürprizlərə” rast gəlinməkdədir”.

    İ.İsmayılov bildirib ki, ANAMA-nın xüsusi təlim keçmiş əməkdaşları sözügedən ərazilərdə mina və partlamamış surstalardan təmizlənməsi işini uğurla icra edirlər. Onun sözlərinə görə, Suqovuşan istiqamətində 10-dan çox evin təmizlənməsi işi həyata keçirilib.

    ANAMA rəsmisi açıqlayıb ki, bu əməliyyatlar zamanı evlər və onların ətrafında 20-ə yaxın partlamamış hərbi sursat aşkalanaraq götürülüb. Bundan başqa, Suqovuşan və Tərtərin Çaylı kəndini birləşdirən avtomobil yolu mina və partlamamış hərbi sursatlardan təmizlənib. Ümumi uzunluğu 10 km-ə yaxın olan yolun təmizlənməsi zamanı 219 ədəd mina və partlamamış hərbi sursat aşkarlanıb.

    Aparılan əməliyyatlar zamanı ermənilərin mənfur planları aşkarlanıb. Məlum olub ki, döyüşlər zamanı düşmən ərazidə yerləşən körpünü partlatmaq istəyiblər.

    İ.İsmayılov vurğulayıb ki, Suqovuşan-Çaylı yolunun təmizlənməsi zamanı ərazidə yerləşən bir körpüdən 27 ədəd tank əleyhinə mina tapılıb. Onun sözlərinə görə, bu fakt göstərir ki, düşmən körpüdə partlayış törətmək istəyib. Həmçinin ərazidən keçən su xəttinin yanından isə 10-a yaxın tank və piyada əleyhinə mina tapılaraq zərəsizləşdirib.

    © xezerxeber.az
    loading...