Xəbər lenti
Axtar
29 Kas 2020, 20:21   
    66
BAKİ-XEBERTV.AZ

Kəsilən dırnaq və saçları, qopan dişləri hara tullamaq lazımdır?

Kəsilən dırnaq və saçlar, eləcə də, qopub düşən dişlər dinimizə görə, yaxşı olar ki, torpağa basdırılsın. Əl-ayaqdan uzaq bir yerdə kiçik çala qazıyıb, bunları basdırmaq məsləhətdir. Vurğulayırıq ki, bu, vacib deyil, bunlarla istənilən şəkildə rəftar etmək, məsələn, zibilliyə atmaq da günah deyil. Amma ətrafı zibillədiyi, başqa canlılar üçün narahatlıq yaratdığı üçün dediyimiz şəkildə hərəkət etmək daha üstündür. Bəzi dini mətnlərdə yazılıb ki, dırnaq, saç və dişlərin torpaqda basdırılmasının səbəbi budur ki, qiyamət günündə bütün ölülər dirilib qəbirlərdən qalxanda, bu artıq bədən üzvləri də öz sahibi ilə birlikdə torpaqdan çıxıb bərpa olacaq. Bu cür rəvayətlərin səhih olduğunu iddia etmirik. Zənnimizcə, torpağa basdırılmağın əsas səbəbi əvvəldə də qeyd etdiyimiz kimi, ekoloji təmizliyin qorunmasıdır.

Milli.Az
loading...