Xəbər lenti
Axtar
15 Kas 2020, 21:08   
    90



Xankəndidə humanitar mərkəz yaradılır

Rusiya Müdafiə Nazirliyi Xankəndidə İdarələrarası Humanitar Müdaxilə Mərkəzi yaratmağa başlayıb.

XEBERTV.AZ xəbər verir ki, bu barədə Rusiya Federasiyası Milli Müdafiə İdarəetmə Mərkəzindən məlumat verilib.

Məlumata əsasən, bu məqsədlə artıq formalaşmaqda olan mərkəzin əməliyyat qrupu Xankəndidə Rusiya Federasiyasının sülhməramlı kontingentinin tərkibində yerləşdirilib.

Bundan əlavə, Rusiya Fövqəladə Hallar Nazirliyi (FHN) əhaliyə yardım göstərmək üçün bölgəyə 30 nəfərlik operativ qrup göndərib.

Həmçinin nazirliyin xilasetmə mərkəzlərindən 150 nəfərlik xüsusi qrup və 20 texnika hazır vəziyyətə gətirilib. Yerli əhaliyə tibbi yardım göstərmək zərurəti olacağı təqdirdə Fövqəladə Hallar Nazirliyi aeromobil hospital göndərməyə hazırdır.Axar.az
loading...