Xəbər lenti
Axtar
14 Kas 2020, 19:56   
    125


Dünya mediası: Ermənilər hər bir şeyi məhv ediblər

Kəlbəcər rayonunu tərk etmək məcburiyyətində qalan ermənilər yaşadıqları evlərə və ətrafdakı meşələrə od vurublar.

XEBERTV.AZ Axar.az -a istinadən xəbər verir ki, bəzi xarici mənbələr də qeyd edir ki, erməni tərəfi ağacları kəsib-doğrayaraq maşınlara yükləyirlər və özləri ilə aparırlar. Ərazidə olan tarixi memarlıq abidələrinin də dağıdıldığı bildirilir. Bədnam qonşularımız tərk etdikləri ərazilərdə təbiəti yaman günə qoyurlar. Bir çoxları sosial şəbəkələrdə vurğulayırlar ki, ermənilərin bu kimi qeyri-insani davranışlarını sənədləşdirmək lazımdır. Həmin sənədlər əsasında isə beynəlxalq təşkilatlarda Ermənistana qarşı dava açmaq gərəkdir. Ümid edirik ki, müvafiq orqanlar, bu kimi cinayətləri törədənlərin cəzalandırlıması üçün müvafiq iş aparırlar.

Onu da qeyd edək ki, ermənilərin törətdiyi bu cür barbarlıqlar dünyanın aparıcı media nəhənglərinin diqqət mərkəzindədir. Hazırda od vurulmuş evlər və meşələrin video-çəkilişləri və fotoları “mədəni” ermənilərin çirkin əməlləri kimi bütün dünyanı dolaşır.

“Villagers burn houses ahead of Azerbaijan takeover” (Azərbaycana təslim etməmişdən öncə kəndlilər evləri yandırlar), “Aljazeera TV”nin bu başlıq altında yaydığı məlumatda deyilir: “Mardakert rayonu ilə sərhəddə olan Çarektar kəndində ən azı altı evə şənbə günü səhər od vuruldu. Vadinin üzərində qalın boz tüstü yüksəldi. "Bura mənim evimdir, onu türklərə buraxa bilmərəm" deyən sakinlərdən biri tamamilə boş bir evə benzinlə isladılmış yanan taxta və bez parçaları atdı: "Bu gün hamı evlərini yandıracaq ... Bizə ərazini tərk etmək üçün gecə yarısına qədər vaxt verilib". Cümə günü Çarektar kəndində və ətrafında ən azı 10 ev yandırıldı”, - deyə materialda bildirilib.

Türkiyənin ingilisdilli “Anadolu Agency ” media mərkəzi bildirir ki, işğaldan əvvəl Kəlbəcərdə 60 min Azərbaycan vətəndaşı yaşayıb. Ərazi Ermənistanın nəzarətinə keçdikdən sonra burada ermənilər məskunlaşmağa başlayıb. Əldə olunmuş sülh müqaviləsinə əsasən ermənilər ərazini tərk etməlidir. Onlar ərazidən çıxarkən evlərə və meşələrə od vurublar. Mümkün olan hər bir şeyi məhv ediblər.

Hətta ermənilərə xüsusi simpatiyası ilə seçilən Fransa mediası da bu məsələyə xüsusi diqqət ayırıb. “Agence France-Presse” (AFP) və “France24” kimi TV kanallar oxşar xəbərlər yayıb.

Dünyanın 155 ölkəsində 8 dildə yayımlanan, 350 milyon tamaşaçı auditoriyası olan “Euronews” TV kanalı da oxşar xarakterli materiallar yayımlayıb. Vahe Mikrtçyan “Euronews”a deyib ki, mən öz əlimlə od vurduğum evimə tamaşa edirəm: “Mən onlara nə isə qoyub getmək istəmirəm”.

“Euronews” qeyd edib ki, digər ermənilər də evlərinə od vururlar. Onlar ərazini təhvil alacaq azərbaycanlılara xarabalıqlar qoyub gedirlər.

“Euronews”un hazırladığı materialda o da bildirilir ki, ermənilərin tərk etməli olduqları ərazilər hüquqi baxımdan Azərbaycan torpaqlarıdır və bu əraziləri ermənilər işğal etmişdi.

Onu da qeyd edək ki, Azərbaycan Mədəniyyət Nazirliyi işğaldan azad olunmuş ərazilərdə mövcud olmuş mədəniyyət mərkəzləri, xüsusən, tarixi min ildən qədim olan tikililərin dağıdılması ilə bağlı rəsmi məlumat yayıb.
loading...