Xəbər lenti
Axtar
27 Eki 2020, 20:55   
    65


“Google” sərhəddə sifəti tanıyacaq

"Google" süni intellekt texnologiyaları ABŞ və Meksika arasında sərhəddə insanların sifətinin tanınması üçün tətbiq ediləcək. Bu barədə federal kontrakta aid sənədlərdə deyilir.

XEBERTV.AZ ictnews.az-a istinadən bildirir ki, "The Intercept" nəşrinin məlumatına görə, bu ilin avqustunda ABŞ Gömrük və Sərhəd Nəzarəti Xidməti (Customs and Border Protection, CBP) "INVNT" kimi tanınan "CBP Innovation Team" bölməsi tərəfindən hazırlanan süni intellektdən istifadənin sadələşdirilməsi məqsədilə "Google Cloud" texnologiyasının tətbiqi ilə bağlı təklifi qəbul edib. Bölmə, həmçinin ABŞ və Meksika arasında müşahidə qüllələri və dronları birləşdirməklə ərazini ölkəyə icazəsiz girişi aşkarlayan sensorlarla əhatə olunmuş yeni "virtual" divarın yaradılması üzərində çalışır.

"Anduril Industries" şirkəti tərəfindən idarə olunan avtonom müşahidə qüllələri ABŞ Gömrük və Sərhəd Nəzarəti Xidməti üçün maraq doğuran obyektlərin - insanların və ya nəqliyyatın identifikasiyası məqsədilə sutkalıq müşahidəni təmin edir. Sistem sərhədə yaxınlaşan və ya keçmək istəyən obyektləri dərhal identifikasiya edərək onların olduğu yeri xidmət əməkdaşlarına ötürür.

Sənədlərə görə, ABŞ Gömrük və Sərhəd Nəzarəti Xidməti üçün "Google" texnologiyası "Anduril Industries" layihəsi - müdafiə texnologiyaları sahəsində startapla birgə istifadə ediləcək. Texnoloji nəhəngin xidmətlə əməkdaşlığı isə "Thundercat Technology" federal podratçısı vasitəsilə həyata keçiriləcək.

Milli.Az
loading...