Xəbər lenti
Axtar
Ən çox oxunan
  • “Ermənistan qeyri-rəsmi kanallarla müsbət siqnallar göndərirdi, vaxt istəyirdi”
  • Nazirlikdən HAVA XƏBƏRDARLIĞI: Bu gündən...
  • Uzun müddət ofissiz fəaliyyət göstərən Şamil Sabiroğlu Azərbaycanın Dövlət Başçısına müraciət etdi!
  • Kütləvi yoluxmanın qeydə alındığı bazar bağlandı
  • Rusiyaya gedənlərə ŞAD XƏBƏR: Qaydalar SADƏLƏŞDİ
  • Trampdan XOŞ XƏBƏR: "Peyvənd bir neçə həftə sonra hazır ola bilər"
  • Məhkəmə Mübariz Mənsimovla bağlı QƏRAR VERDİ
  • Azərbaycan və Türkiyə qırıcıları Gəncə səmasında - Video
  • Bakının işğaldan azad edilməsi Gəncədə qeyd edildi - Foto
  • “Məcburi Köçkün Müharibə Veteranlarına Dəstək” İçtimai Birliyi tərəfindən növbəti vətənpərvərlik haqqında tədbir keçirildi.
  • Bakının bolşevik-daşnak işğalından azad edilməsindən 102 il ötür
  • “Ölüm mesajı” və ya dalğa-dalğa gələn fəlakət: Dünya bundan hələ 5 il xilas ola bilməyəcək
  • Leysan nəticəsində 351 nəfər öldü
  • "Mühafizə xidməti çağırdı ki, sizi soruşan var, gördüm ki, tanımadığım bir nəfər gəlib və..."
  • General müharibəyə və "böyük itkilər"ə hazır olmağa çağırdı
  • 15 yaşlı qızı hamilə buraxan müəllim haqqındakı bir illik həbs qərarı ləğv edildi: İşə yenidən baxılacaq
  • Yeni MƏCBURİYYƏT GƏLİR: Rusiyaya gedənlər bunu edəcəklər
  • Ayrılığın metefizikası yaxud əbədiyyətin birinci ildönümü
  • DAHA BIR DÖYÜŞÇÜ KOMANDİRİMİZİN İTİRDİK....
  • Naməlum nömrədən gələn zəngin təhlükələri açıqlanıb
  • Kişilərin erkən ölüm səbəbləri açıqlandı
  • İnanılmaz: İşıq sürətinə yaxın kosmik mühərrik kəşf edildi
  • İlham Əliyev Türkiyəyə qarşı çıxan tərəflərə sərt mesaj ötürdü - General
  • Korona əleyhinə rus peyvəndi barədə inanılmaz: Üzərində 25 ildə 3 nəsil işləyib...
  • Aktaudan 559 azərbaycanlı ölkəmizə gətirildi
  • 15 Eyl 2020, 21:38   
        43


    Bakının işğaldan azad edilməsi Gəncədə qeyd edildi - Foto

    Bakının işğaldan azad edilməsinin 102-ci ildönümü ilə əlaqədar Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Gəncə şəhərində təntənəli mərasim keçirilib.

    XEBERTV.AZ xəbər verir ki, tədbirdə Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin Komandanı general-leytenant Ramiz Tahirov, Gəncə şəhər İcra hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyə Respublikasının Gəncə şəhərindəki baş konsulu Zeki Öztürk, şəhər sakinləri və ictimai təşkilatların nümayəndələri iştirak ediblər.

    Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün və Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayiəti ilə hər iki ölkənin dövlət himnləri ifa olunub.

    Mərasimdə çıxış edənlər şəhidlərə ehtiramlarını bildirib və xalqlarımızın sarsılmaz birliyindən iftixarla danışaraq 102 il öncə Azərbaycan və türk əsgərlərinin Bakını işğaldan azad edərək Azərbaycan tarixinə şanlı səhifə yazdığından söhbət açıblar.

    Tədbirdə vurğulanıb ki, Azərbaycan müstəqillik qazandıqdan sonra dinamik inkişaf mərhələsi keçərək güclü və qüdrətli dövlətə çevrilib. Azərbaycan-Türkiyə qardaşlığı bu gün də ən yüksək səviyyədədir və bu dostluq, qardaşlıq sarsılmazdır, əbədidir. Biz bu günkü xoşbəxt, firavan həyat üçün həyatlarını Vətən, xalq yolunda qurban verən qəhrəman şəhidlərimizə borcluyuq. Böyük Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir. Azərbaycan bizim qardaşımızdır”, ulu öndər Heydər Əliyevin isə “Biz bir millət, iki dövlətik” kəlamları bizim dostluğumuzun, qardaşlığımızın mənasını, məzmununu təşkil edir. Bu münasibətlər Azərbaycan prezidenti İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən bu gün də inamla, uğurla davam etdirilir.

    Təntənəli mərasim Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı heyətinin təqdim etdiyi konsert proqramı ilə başa çatıb.axar.az


    loading...