Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Cəbhədən son xəbərlər: Daha 13 kənd işğaldan azad edildi
  • Raket hücumu zamanı bərdədə yaralanan şəxslərin adları AÇIQLANDI - FOTO/SİYAHI
  • “Google” sərhəddə sifəti tanıyacaq
  • Ermənistanın Bərdəyə atdığı raketin adı açıqlandı
  • Müdafiə Nazirliyində Bərdəyə raket hücumu və cəbhədəki son vəziyyətlə bağlı brifinq - CANLI
  • Düşmən geri oturduldu, qərargah rəisi məhv edildi - Video
  • Ermənistan Bərdəni bu raketlə vurub
  • Qubadlı rayonunun Xanlıq kəndi
  • Hikmət Hacıyev: "Yaşayış məntəqələrimizə 200-dən artıq mərmi atılıb"
  • Prezidentdən ŞAD XƏBƏR: Kəlbəcər və Qubadlının bir hissəsi azad edildi
  • Tarix yazan qəhrəmanlarımız - Foto
  • Azərbaycan bayrağı Zəngilanda ucaldı - Video
  • Hərbçimiz 27 il sonra Füzulidəki evində - Video
  • Daxili İşlər Nazirliyi əhaliyə müraciət etdi
  • Erməni terroru nəticəsində həlak olan beş nəfərlik ailə... - VİDEO
  • Düşmən qaçır: “ağ bayraq”ları ləkəli deyilmi?
  • Ermənilər Xızıya raket atdı
  • Xocalının qısası alındı: Daha bir qatil məhv oldu
  • Hadrutun yeni videogörüntüləri yayıldı - VİDEO
  • Ordumuzun uğurlu əməliyyatları davam edir - Polkovnik
  • TƏCİLİ: Düşmən yaşayış məntəqələrimizi ATƏŞƏ TUTUR
  • Azərbaycan ordusu Şuşaya doğru – İşğalçıların böyük təşvişi
  • Ermənistan itkilərinin sayını açıqladı
  • İşğaldan azad olunan ərazilərdə əhalinin sayı açıqlandı
  • Torpağından qovulan uşaq tankla qayıtdı - Foto
  • 10 Eyl 2020, 22:41   
        106


    BAKI-XEBERTV.AZ
    Ayrılığın metefizikası yaxud əbədiyyətin birinci ildönümü
    (Abbas Abdullanın ruhuna sayğılarla)
    Kimdi Abbas Abdulla? Abbas Abdulla cazibəsinin sehri nədədir?Abbas Abdulla interpretasiyasında düşüncənin sözün bədii ifadəsi, poetik mətnin durumu necədir ki? İnsan niyə yad edilməyə layiqdir?
    Şair ölümünə, dost itkisinə
    nə deyir, nə deyir göz yaşlarımız? (Allahverdi Təkləli)
    Bölümsüz-bölümlü nə var?
    Gedimli-gəlimli nə var?
    Son ucu ölümlü nə var?
    Sualın yüzü var, xocam!
    Nə yazacağımı bilmirəm, şaşırıb qalmışam. Gecənin bu vaxtı Rizvan Acaloğlunun göndərdiyi qəbirüstü abidənin şəklinə baxıram "fəqət, bu da olacaqmış, şair" deyib köksümü ötürürəm.
    ...amma mən
    günü-gündən tələsirəm
    haqqa qovuşmağa.
    Dağlar arxasında
    kişnəyə-kişnəyə qalıb köhlənim,
    çağırın dərziləri
    bir kəfən biçsinlər mənə.
    — deyirdi türk şerinin, türk kültürünün bu böyük ismi. Sabah Abbas Abdulla əbədiyyətinin birinci ildönümüdür. Onun dünyadan gedişi yenidən dünyaya gəlişi oldu.
    Qəbirüstü abidə açılmış kitab şəklində möhtəşəm bir əl işidi. "Kitab da nə kitab—cildi çarmıxda". Amma içindəki sözlər azad, estetik iqlim qurşaqları hüdudunda intibalar doğurmaqda. Üstündəki "Azərbaycan Respublikasının Türkiyədə baş konsulu olmuşdur" yazısı xəyalımı Azərbaycanın müsavat dövrü deyilən dövri-istiqlalına yönələyir. Zatən bu kişi də müsavat istiqlalçısı idi, istiqlal şairi idi.
    Qəbirüstü abidə şairin daş dilində yazdığı sonuncu kitabıdır. Bu kitabda hər şey var—ilahi eşqdən tutmuş insan əzabının dərkinə qədər. İki səhifəlik bu daş kitabın birinci səhifəsində dillər əzbəri "Dağlar" şeridir—
    Bu dağların Abbasıyam,
    Kəpənəkçi balasıyam.
    Qəbirdə də yatasıyam,
    üzüm dağlara-dağlara...
    ...Dünya belə gəlib belə də gedir.
    Abbas Abdulladan çox şeylər əxz elədim. Bu gün bu boyda həsrət və hüznü özümlə gəzdirməyi də elə bu fenomen insandan onun ayüzlü, mavi gözlü şeirlərindən öyrəndim. Bu mütəfəkkir şairi oxuduqca Peru yazıçısı Varqasın "Yaşıl ev" əsərində degiklərini xatırlayıram və incə bir həssaslıqla çiynimdəki başın nədən ötrü olduğunu dərk eləyirəm.
    P.S. Bu yazının su sonası sonluğuna bir həzin-füzun əlavəm də var: Abbas Abdulla mənim poeziyadakı xoşbəxtliyimdir. Mən hələ də bu bəxtiyarlığın ərazisində yaşayıram.
    Paşa Talıblı
    Şair
    04.09.2020

    loading...