Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Səfərbərliklə bağlı videoçarx hazırlandı
  • Azərbaycanda yeni Dövlət Agentliyi yaradıldı
  • Türkiyə Müdafiə Nazirliyi Azərbaycana başsağlığı verdi
  • Türkiyə vətəndaşlarından dəstək: Hədəfimiz Şuşadır...
  • Papaqlı Kişilər, sizi bir ömür gözlərik...
  • Məhv edilən erməni PUA-sının hədəfi hara idi?
  • Atası azərbaycanlı olan general İrəvanda qızına toy etdi...-FOTOLAR+VİDEO
  • NASA Mavi Ayın görünəcəyi günü açıqladı
  • QURD OLMAĞIN VAXTI ÇATIB.
  • “Sosial təminatı az olan tələbələrin təhsili” layihəsinin icrası uğurla davam etdirilir!
  • Yeni gömrük limiti qüvvəyə minir - Kompüter və telefonlar bahalaşacaq...
  • “Ermənistan qeyri-rəsmi kanallarla müsbət siqnallar göndərirdi, vaxt istəyirdi”
  • Nazirlikdən HAVA XƏBƏRDARLIĞI: Bu gündən...
  • Uzun müddət ofissiz fəaliyyət göstərən Şamil Sabiroğlu Azərbaycanın Dövlət Başçısına müraciət etdi!
  • Kütləvi yoluxmanın qeydə alındığı bazar bağlandı
  • Rusiyaya gedənlərə ŞAD XƏBƏR: Qaydalar SADƏLƏŞDİ
  • Trampdan XOŞ XƏBƏR: "Peyvənd bir neçə həftə sonra hazır ola bilər"
  • Məhkəmə Mübariz Mənsimovla bağlı QƏRAR VERDİ
  • Azərbaycan və Türkiyə qırıcıları Gəncə səmasında - Video
  • Bakının işğaldan azad edilməsi Gəncədə qeyd edildi - Foto
  • “Məcburi Köçkün Müharibə Veteranlarına Dəstək” İçtimai Birliyi tərəfindən növbəti vətənpərvərlik haqqında tədbir keçirildi.
  • Bakının bolşevik-daşnak işğalından azad edilməsindən 102 il ötür
  • “Ölüm mesajı” və ya dalğa-dalğa gələn fəlakət: Dünya bundan hələ 5 il xilas ola bilməyəcək
  • Leysan nəticəsində 351 nəfər öldü
  • "Mühafizə xidməti çağırdı ki, sizi soruşan var, gördüm ki, tanımadığım bir nəfər gəlib və..."
  • 14 Ağu 2020, 21:18   
        80

    Mikayıl Cabbarov "Yerusəlim Post"a yazdı

    Azərbaycanla İsrailin münasibətləri möhkəm, dayanıqlı və perspektivlidir.

    XEBERTV.AZ xəbər verir ki, bu barədə İqtisadiyyat naziri, Azərbaycan-İsrail hökumətlərarası komissiyasının həmsədri Mikayıl Cabbarovun “Yerusəlim Post” nəşrindəki müəllif yazısında deyilir.

    Nazir yazıb ki, bu gün mürəkkəb dövrdür: “COVİD-19 pandemiyası bizim ənənəvi həyat tərzimizi dəyişib. Virus gündəlik olaraq minlərlə ölümə səbəb olur. Bu, beynəlxalq quruluşun iqtisadi və sosial əsaslarını zəiflədir, yoxsulluğu gücləndirir və inkişafı ləngidir”.

    M.Cabbarov qeyd edib ki, bu mürəkkəb dövrdə Azərbaycan daha bir təhdidlə üz-üzə qaldı. Ermənistanın Dağlıq Qarabağ və ətraf yeddi rayonun davam edən işğalı fonunda iyulun 12-də bu ölkə Azərbaycana yeni genişmiqyaslı hücum həyata keçirdi. Hücum münaqişə zonasından uzaqda yerləşən Tovuz rayonu istiqamətində baş verdi: “Maraqlıdır ki, Tovuz rayonu əsas neft və qaz borularının tranzit marşrutu üzərində yerləşir. Beləliklə, Ermənistanın təcavüzkar fəaliyyəti dünya enerji bazarlarının təhlükəsizliyinə və Azərbaycanın enerji ehtiyatlarının istehlakçılarının, o cümlədən İsrailin enerji təhlükəsizliyinə böyük təhdiddir”.

    Müəllif bildirib ki, Ermənistanın bu təxribatçı addımının səbəblərindən biri bilavasitə bu ölkədəki vəziyyətlə bağlıdır: “Ermənistan iqtisadiyyatı ağır vəziyyətdədir, korrupsiya geniş yayılıb, emiqrasiya artır. Pandemiya ilə vəziyyətə nəzarət çox zəifdir. Siyasi vəziyyət stabil deyil, cəmiyyət parçalanıb, elitalar isə bir-birilə münaqişədədir. Bu şəraitdə Ermənistan hökuməti hərbi əməliyyatlarla insanların diqqətini daxili problemlərdən yayındırmaq üsulunu seçdi”.

    Nazir qeyd edib ki, hazırda Ermənistan hətta Azərbaycanla xarici tərəfdaşları, o cümlədən İsrail arasında münasibətlərlə manipulyasiya etməyə çalışır: “Erməni KİV-lərində məqalələr dərc etməklə sanksiya, embarqo və boykot yolu ilə Azərbaycanla münasibətlərə son qoymağa çağırır”.

    O əlavə edib ki, Ermənistandan fərqli olaraq Azərbaycan öz tərəfdaşlarının gündəmi ilə manipulyasiya etmir: “İsraillə ikitərəfli münasibətləri inkişaf etdirməklə biz Azərbaycanda bu münasibətləri üçüncü tərəflərə qarşı yönəltmirik. Bizim səylərimiz hər zaman beynəlxalq təhlükəsizliyə, sabitliyə və sülhə mühüm töhfə verməyə yönəlib. Biz tolerantlıq və qarşılıqlı hörmət mədəniyyətini inkişaf etdirməyə çalışırıq. Biz divarlar əvəzinə körpülər tikməyə kömək göstərmək istəyirik və bizim qurduğumuz münasibətlər artıq dostlarımıza xeyir gətirir”.Axar.az
    loading...