Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Uzun müddət ofissiz fəaliyyət göstərən Şamil Sabiroğlu Azərbaycanın Dövlət Başçısına müraciət etdi!
  • Kütləvi yoluxmanın qeydə alındığı bazar bağlandı
  • Rusiyaya gedənlərə ŞAD XƏBƏR: Qaydalar SADƏLƏŞDİ
  • Trampdan XOŞ XƏBƏR: "Peyvənd bir neçə həftə sonra hazır ola bilər"
  • Məhkəmə Mübariz Mənsimovla bağlı QƏRAR VERDİ
  • Azərbaycan və Türkiyə qırıcıları Gəncə səmasında - Video
  • Bakının işğaldan azad edilməsi Gəncədə qeyd edildi - Foto
  • “Məcburi Köçkün Müharibə Veteranlarına Dəstək” İçtimai Birliyi tərəfindən növbəti vətənpərvərlik haqqında tədbir keçirildi.
  • Bakının bolşevik-daşnak işğalından azad edilməsindən 102 il ötür
  • “Ölüm mesajı” və ya dalğa-dalğa gələn fəlakət: Dünya bundan hələ 5 il xilas ola bilməyəcək
  • Leysan nəticəsində 351 nəfər öldü
  • "Mühafizə xidməti çağırdı ki, sizi soruşan var, gördüm ki, tanımadığım bir nəfər gəlib və..."
  • General müharibəyə və "böyük itkilər"ə hazır olmağa çağırdı
  • 15 yaşlı qızı hamilə buraxan müəllim haqqındakı bir illik həbs qərarı ləğv edildi: İşə yenidən baxılacaq
  • Yeni MƏCBURİYYƏT GƏLİR: Rusiyaya gedənlər bunu edəcəklər
  • Ayrılığın metefizikası yaxud əbədiyyətin birinci ildönümü
  • DAHA BIR DÖYÜŞÇÜ KOMANDİRİMİZİN İTİRDİK....
  • Naməlum nömrədən gələn zəngin təhlükələri açıqlanıb
  • Kişilərin erkən ölüm səbəbləri açıqlandı
  • İnanılmaz: İşıq sürətinə yaxın kosmik mühərrik kəşf edildi
  • İlham Əliyev Türkiyəyə qarşı çıxan tərəflərə sərt mesaj ötürdü - General
  • Korona əleyhinə rus peyvəndi barədə inanılmaz: Üzərində 25 ildə 3 nəsil işləyib...
  • Aktaudan 559 azərbaycanlı ölkəmizə gətirildi
  • Bu çirkin əməlləri əks etdirən bir çox video, foto... - Prezident
  • Gürcüstan polisi yenə Metin Erdemin TIR-ını saxladı, Mübariz İbrahimovun portretini sökməyi tələb etdi
  • 03 Ağu 2020, 09:03   
        85


    BAKI-XEBERTV.AZ
    "Başımıza gələn bəlalar günahlarımızı təmizləyir..."


    «Allah Təala bəla və çətinliklərdə bir mahiyyət də müəyyən etmişdir ki, bu da onların günahdan təmizləmə amili olaraq insan üçün əhəmiyyət kəsb etməsidir. Bəlaya səbr edən insan, günahlardan təmizlənir. Günahın onun vücudunda qoyduğu əsər, pas, yara - bəlaya səbr etmək vasitəsilə əriyir, yuyulur, itir. Dərindən tövbə etsə, heç o yaranın çapığı da qalmır. Həzrət Əli (ə) buyurur: «Şükür olsun Allaha ki, bizim ardıcıllarımızın bəla və çətinliyə düçar olmalarını, dünyada onların günahlarını təmizləmə amili qərar vermişdir ki, həmin bəla və çətinliklər vasitəsilə itaətləri salamat qalsın və Onun mükafatına layiq olsunlar».


    İnsanın bəlaya münasibəti Allahın məsləhət bildiyi bir şeyə olduğu kimi olsa, bu bəla onun üçün nemətə çevrilər. İmam Cəfər Sadiqdən (ə) nəql edirlər: «Allah Təalanın Həzrət Musaya (ə) göndərdiyi vəhylərin birində belə buyrulur: «Elə bir məxluq yaratmamışam ki, o Mənim dərgahımda mömin bəndəmdən əziz olsun. Onu (mömin bəndəni) bəlaya və çətinliyə düçar edirəmsə, (bu) - onun üçün daha yaxşı və daha xeyirli olduğuna görədir. Ona cansağlağı bəxş edirəmsə, (deməli, bu) onun üçün daha yaxşıdır. Mən, nəyin bəndəmi islah edərək düzəltməsini daha yaxşı bilirəm. Buna görə də, gərək Mənim bəndəm bəlaya səbrli, nemətlərimə şükür edən və hökmlərimə razı olan olsun ki, onu ən doğru bəndələrimin sırasına yazım»».

    İnsan imtahanlara elə nöqteyi-nəzərdən yanaşmalıdır ki, bu - onun islahı üçün zəruri olan bir şərt, məhbubun həbibə göndərdiyi bir imtahandır. Bu imtahana səbr etmək - insanı mənəvi yüksəlişə, vücudi xilasa aparar.

    Amma bir haşiyə də çıxmaq lazımdır ki, söhbət qeyri-iradəvi məsələdən gedir. Yəni, insan əlindən gələni edib ki, problem aradan getsin, amma buna müvəffəq olmayıb. Artıq ondan asılı bir iş qalmadıqda, problemə səbr etməli və dəyanətlə çıxmalıdır».

    BƏLANIN SONUNDA NİCAT VAR

    «Onu da qeyd etmək zəruridir ki, bəla insanın durumuna müvafiq olur. Allah, insanın götürə biləcyindən artıq onu yükləməz. Eyni zamanda, insanın mənəvi dərəcəsi nə qədər yüksək olursa, xırdaca xətanın doğura biləcəyi bəla da o qədər qaçılmaz olur. Rəsuli-Əkrəmdən (s) nəql edirlər: «Allah Təala Həzrət Əyyuba (ə) buyurdu: «Sənə bəla gəlməsinə səbəb olan Mənim yanımda günahının nə olmasını bilirsən?». Əyyub (ə) dedi: «Xeyr». Allah Təaladan nida gəldi: «Sənin Fironun yanına gedərək onunla iki kəlmə yumşaq və mülayim danışmağın»».

    Beləliklə, səbəb-nəticə bağlılığı üzə çıxır. Zalıma dözümlülük göstərib, onunla iki kəlmə yumşaq danışmaq İlahi övliyanın bəlaya tuş gəlməsinə gətirib çıxartdı.

    Dinimiz insanın ruhdan düşməməsini, bəlanın müvəqqəti xarakter daşımasını da bildirir. Həzrət Əlidən (ə) nəql edirlər: «Bəlanın və çətinliyin sonunda açılış hasil olur».

    Çətinlik və sınaqlar insanı möhkəmləndirir, insanı əzmli edir. İnsanı süstlükdən və laqeylikdən qurtarır. İnsan özü ilə məşğul olsa, gündəlik həyatında İlahi buyuruqları həqiqətən yaşatsa - bəlanı özündən dəf edər. Allah Təala cəmi insanları imtahan və sınaqlardan şərəflə çıxmağı nəsib etsin, inşəallah!».

    moderator.az
    Hacı İlqar İbrahimoğlu,

    "Dəyərlər".
    loading...