Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Biləsuvarlı məşhur döyüşçü Qədir Musayev dünyasın dəyişdi...
  • "Başımıza gələn bəlalar günahlarımızı təmizləyir..."
  • Rusiya bu ölkənin vətəndaşları üçün sərhədlərini açdı
  • Gürcü bloger erməni xalqına: Oğrular, həyasızlar... – Video
  • Beş aylıq fasilədən sonra aviabiletlərin satışı başlayır - VİDEO
  • İslam Ələsgərli- Şəhid Generalımızın xatirəsinə. Mahnı həsr etdi
  • Orduya könüllü yazılanlara Səfərbərlik Xidmətindən ZƏNG EDİLMƏYƏ BAŞLADI - RƏSMİ AÇIQLAMA
  • "Paşinyan, istirahət zamanı deyil, Türklər üstümüzə gəlir..."
  • “9336 şəhidimizin, 24 Milli Qəhrəmanımızın məzarı erməni tapdağında qalıbsa…”
  • Ukrayna Təhlükəsizlik Xidməti Azərbaycana könüllü döyüşçülər və zabitlər göndərməyə hazırlaşır – ŞOK İDDİA
  • "Xalqın Qarabağ istəyi lazimi səmtə yönəldilməli, vahid iradə nümayiş etdirilməlidir" - VİDEO
  • Hərirçidən korona haqda şok: Hər gün 200 nəfər öləcək
  • “Onu heç vaxt bezdirmirdim ki...” - Şəhid generalın xanımı - VİDEO
  • Suda həll olan plastik torbalar yaradıldı
  • “Elə ki, evə çatdım məni bərk qucaqla” - 18 yaşlı şəhidimizin son sözləri
  • Orduya Türkiyədən yeni texnikalar gətirildi - VİDEO
  • Vitse- prezident görün nələr dedi- sərt REAKSİYA
  • Əsirlikdə olan qızlarımız zorlanaraq, qanında azərbaycanlı qanı axan “erməni” dünyaya gətirir
  • Şuşa türməsində saxladığımız 530 qatil erməni dustağı hara “yox” etdik ki?.
  • Ağdamlı qadın üç oğlunu və bir nəvəsini şəhid verib - VİDEOREPORTAJ
  • Məşhur alim VACİB MƏQAMLARI açıqladı - Tələsik hazırlanmış peyvəndi vurdurmağa dəyərmi?
  • Bu gün Azərbaycanda Milli Mətbuat Günüdür
  • Qərb bölgəsində leysan: Yollarda hərəkət iflic oldu
  • İnanılmaz təklif: Süni yağış YARADILIR
  • Tovuza dəyən zərər tezliklə aradan qaldırılacaq - ŞƏRH
  • 27 Haz 2020, 21:30   
        61


    BAKI-XEBERTV.AZ
    “9336 şəhidimizin, 24 Milli Qəhrəmanımızın məzarı erməni tapdağında qalıbsa…”
    "Yaxamıza ordenləri düzüb hansı kişilikdən, hansı qəhrəmanlıqdan dəm vururuq?.."


    “İyulun 23-də - Ağdamın işğalı günündə, 26-da – Fred Asifin doğum günündə də yenə getdik 1-ci, 2-ci Şəhidlər Xiyabanını ziyarət etdik. Yenə 30 ilə yaxın təkrar etdiyimiz sözləri, arzuları, təkrarladıq, oradan da gedib telekanallara lazımsız müsahibələr verib qayıtdıq hərə öz evinə… Yenə şəhidlər qaldı Xiyabanda, Qarabağ da erməni tapdağında… Vallah, artıq biz o şəhid məzarlarından, o məzarlar da bizdən utanır. Artıq ağ mərmərlər qaralıb, qara mərmərlər bozarıb bu 30 ildə… Deyirlər, heç olmasa, bizləri dəyişin ki, bir 30 il də təzə daşların bozarmasını, qaralmasını gözləyəsiniz…”



    XEBERTV.AZ xəbər verir ki, bu fikirləri Moderator.az-a açıqlamasında növbəti dəfə Ağdamın işğalının 27 illiyini, qardaşı –Milli Qəhrəman Asif Məhərrəmovun (Fred Asif) şəhid olmasının 26 illiyini, anadan olmasının 68 illiyini Qarabağsız, Ağdamsız, Şuşasız yaşayan Milli Qəhrəman Asif Məhərrəmov (Fred Asif) adına İnkişaf Fondunun sədri, tanınmış Qarabağ qazisi Ədalət Məhərrəmov söyləyib.



    “Bu gün də Şuşa uğrunda şəhid olub məzarı orada qalan Milli Qəhrəmanımız Ramiz Qənbərovun anasını dəfn etdik… Daha bir qarabağlı anamızı Qarabağ, Şuşa həsrəti ilə torpağa gömdük… Allah rəhmət eləsin!..



    Deyirik ki, şəhidlər başımızın tacıdır. Amma son hesablamalara görə, 9336 nəfər şəhidimizin məzarı düşmən tapdağı altında - işğal altındakı torpaqlarımızda qalıb. Ermənilərin onların müqəddəs nəşinin başına nələr gətirdiklərindən xəbərimiz yoxdur... Bəzilərinin başdaşları burada qoyulub ziyarət etmək xatirinə, amma əslində mübarək cəsədləri Qarabağdadır. Qəbirləri o torpaqlarda qalanlarımız, itkin düşənlərimiz arasında 24 Milli Qəhrəman da var: Əliyar Əliyev, Ramiz Qənbərov, Allahverdi Bağırov, Canpolad Rzayev, Riad Əhmədov və s. Bildiyimə görə, Milli Qəhrəman məzarlarından 11-i Ağdamdadır, 8-i Qubadlıdadır...


    Biz də burada iki gündən bir yaxamıza ordenləri düzüb qəhrəmanlıqdan dəm vururuq. Belə halda nədən, hansı kişilikdən, hansı qəhrəmanlıqdan danışaq? Burdakı şəhid məzarlarını hansı üzlə, hansı sifətlə ziyarət edək? Nə qədər gedək, onlara yalandan deyək ki, qanınız yerdə qalmayacaq, tezliklə torpaqlarımız azad ediləcək, sizlərin, əsir götürülmüş qız-gəlinlərimizin qisası alınacaq? Nə zamanadək? Neçə gün, neçə cümə axşamı, neçə həftə, neçə ay, neçə il, neçə onillik keçməlidir ki, biz torpaqlarımızı azad edək və o şəhid məzarlarının qarşısına alnıaçıq, üzüağ çıxaq?..”- deyə şəhid Milli Qəhrəmanın qardaşı təəssüf içində sözünü tamamlayıb.



    Sultan Laçın
    loading...