Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Uzun müddət ofissiz fəaliyyət göstərən Şamil Sabiroğlu Azərbaycanın Dövlət Başçısına müraciət etdi!
  • Kütləvi yoluxmanın qeydə alındığı bazar bağlandı
  • Rusiyaya gedənlərə ŞAD XƏBƏR: Qaydalar SADƏLƏŞDİ
  • Trampdan XOŞ XƏBƏR: "Peyvənd bir neçə həftə sonra hazır ola bilər"
  • Məhkəmə Mübariz Mənsimovla bağlı QƏRAR VERDİ
  • Azərbaycan və Türkiyə qırıcıları Gəncə səmasında - Video
  • Bakının işğaldan azad edilməsi Gəncədə qeyd edildi - Foto
  • “Məcburi Köçkün Müharibə Veteranlarına Dəstək” İçtimai Birliyi tərəfindən növbəti vətənpərvərlik haqqında tədbir keçirildi.
  • Bakının bolşevik-daşnak işğalından azad edilməsindən 102 il ötür
  • “Ölüm mesajı” və ya dalğa-dalğa gələn fəlakət: Dünya bundan hələ 5 il xilas ola bilməyəcək
  • Leysan nəticəsində 351 nəfər öldü
  • "Mühafizə xidməti çağırdı ki, sizi soruşan var, gördüm ki, tanımadığım bir nəfər gəlib və..."
  • General müharibəyə və "böyük itkilər"ə hazır olmağa çağırdı
  • 15 yaşlı qızı hamilə buraxan müəllim haqqındakı bir illik həbs qərarı ləğv edildi: İşə yenidən baxılacaq
  • Yeni MƏCBURİYYƏT GƏLİR: Rusiyaya gedənlər bunu edəcəklər
  • Ayrılığın metefizikası yaxud əbədiyyətin birinci ildönümü
  • DAHA BIR DÖYÜŞÇÜ KOMANDİRİMİZİN İTİRDİK....
  • Naməlum nömrədən gələn zəngin təhlükələri açıqlanıb
  • Kişilərin erkən ölüm səbəbləri açıqlandı
  • İnanılmaz: İşıq sürətinə yaxın kosmik mühərrik kəşf edildi
  • İlham Əliyev Türkiyəyə qarşı çıxan tərəflərə sərt mesaj ötürdü - General
  • Korona əleyhinə rus peyvəndi barədə inanılmaz: Üzərində 25 ildə 3 nəsil işləyib...
  • Aktaudan 559 azərbaycanlı ölkəmizə gətirildi
  • Bu çirkin əməlləri əks etdirən bir çox video, foto... - Prezident
  • Gürcüstan polisi yenə Metin Erdemin TIR-ını saxladı, Mübariz İbrahimovun portretini sökməyi tələb etdi
  • 27 Haz 2020, 08:53   
        79


    Ukrayna Təhlükəsizlik Xidməti Azərbaycana könüllü döyüşçülər və zabitlər göndərməyə hazırlaşır – ŞOK İDDİA


    Ukrayna Təhlükəsizlik Xidməti (SBU) Ukrayna millətçilərinin Ermənistan-Azərbaycan münaqişəsində Azərbaycanın tərəfində döyüşmək üçün səfərbərliyə başlayıb.

    XEBERTV.AZ Ovqat.com -a istinadən xəbər verir ki, bu iddianı iyulun 24-də keçirdiyi brifinqdə tanınmamış “Luqansk Xalq Respublikası”nın (LXR) Xalq milisinin rəsmi nümayəndəsi Yakov Osadçiy irəli sürüb.


    (4-cü dəqiqədən sonraya bax)

    Yakov Osadçiyin məlumatına görə, “millətçi strukturlar” bu işə həm Ukrayna vətəndaşlarını, həm də döyüş təcrübəsinə malik olan Silahlı Qüvvələrin keçmiş və fəaliyyətdə olan hərbi qulluqçularını cəlb edirlər. Səfərbərliyin məqsədi onları Ermənistana qarşı hərbi münaqişədə iştirak etmək üçün Azərbaycan ərazisinə göndərməkdir.

    “LXR”-nın milis qüüvələrinin sözçüsü iddia edir ki, bu işə Ukrayna Təhlükəsizlik Şurası sədrinin müavini Vladimir Qorbenko rəhbərlik edir.

    “Bu, Ukraynanın dövlət səviyyəsində başqa ölkənin işlərinə qarışdığını göstərir. Bundan başqa, biz Xarkovda, Zaporojyedə və Kiyevdə erməni millətindən olan vətəndaşlara qarşı təxribat aksiyalarının hazırlanması barədə də məlumata malikik", - deyə sözçü bildirib.

    Qeyd edək ki, iyulun 12-də Ermənistan-Azərbaycan sərhədində baş verən toqquşmalar zamanı bizə ilk ciddi dəstəyi verənlərdən biri də Ukrayna olmuşdu. Döyüşlərin ertəsi gün Ukrayna XİN baş verənlərdən "dərin narahatlıq" olduğunu bəyan edərək vurğulamışdı ki, "Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə hörmət əsasında vəziyyətin siyasi yolla həllinə tərəfdardır". Bundan sonra Ukrayna səfirini Ermənistan XİN-ə çağırılmış və sərt nota verilmişdi. Ardından erməni millətçiləri Yerevandakı Ukrayna səfirliyini “borş yağmuruna” tutmuşdular. Yəni Ukrayna milli yeməyini boşqablara doldurub səfirlik binasına atmışdılar.

    Görünür, Yakov Osadçiy də rəsmi Kiyevin bu ədalətli mövqeyi üzərində özünün fantaziyasını işə salıb müxtəlif əfsanələr uydurur. O da mümkündür ki, Ukrayna həqiqətən də ümumi düşmənimiz olan və Tovuz döyüşlərinin arxasında dayanan imperialist qüvvələrə qarşı birgə mübarizə aparmağı daha məqsədəuyğun hesab etsin.
    loading...