Xəbər lenti
Axtar
Ən çox oxunan
  • ABŞ-ın Əliyevə açıq dəstəyi İrəvanı silkələyir...
  • Əliyevin o cür qarşılanması Nikola siqnal idi - Solonnikov
  • Nikolun Bakıya qarşı 15 may hazırlığı - Yıldırım işarə etdi
  • Səfirliyimizə hücum təşkil edilmiş terror aktı idi
  • İranda hər kəs anlamalıdır ki... - Prezident
  • Vəkillər Kollegiyası bu assosiasiyaya üzv qəbul olundu
  • Dini radikalizmin təbliğinə cəlb olunan 16 nəfər həbs olundu
  • Cocuq Mərcanlıda çoban minaya düşdü
  • Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumatı qəti surətdə təkzib edirik.
  • Laçın yolunda ekofəallar bu işi görəcəklər
  • Bu ölkə TÜRKPA-ya müşahidəçi üzv seçildi
  • Anar Bağırov vəkillərə xəbərdarlıq etdi
  • Rəsmən təsdiqləndi: Qarabağda yeni rus komandan...
  • İrəvan son 43 gün ərzində heç bir cavab verməyib
  • İran casus şəbəkəsinə qarşı əməliyyat gedir: həbs var
  • Azərbaycan türk dünyasının gücünü göstərdi - Çavuşoğlu
  • FETÖ-nün Azərbaycan üzrə rəhbərlərindən biri həbs edildi
  • Hansısa yolla bu tələdən çıxa biləcəyimizi düşündük
  • Ermənistanla sülh müqaviləsi üzərində iş başlanıb - Prezident
  • Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şurası yaradılır
  • Azərbaycanda Qazaxıstan telekanalları yayımlanacaq
  • ham Əliyevin Qazaxıstana səfəri başa çatdı
  • Azərbaycanla İran arasında razılıq əldə olundu
  • Bayramov Abdullahianla danışdı: İki ölkə arasında ixtilaflar...
  • Ermənilərin minaları məcburi köçkünlərə əngəldir - Ekspress
  • 27 Haz 2020, 08:37   
        431

    BAKI-XEBERTV.AZ
    "Xalqın Qarabağ istəyi lazimi səmtə yönəldilməli, vahid iradə nümayiş etdirilməlidir" - VİDEO


    Hadisələr sürətlə bir-birini əvəz edir. Düşmənin Tovuz istiqamətində planlaşdırdığı, lakin baş tutmayan təxribatı və bunun nəticəsi olaraq, baş verən zəncirvari hadisələr sadə Azərbaycan vətəndaşını çaş-baş salıb. Qarabağın işğalı ilə barışmayan, əsəbləri tarıma çəkilən xalqımız bu haqsızlığa son qoyulmasını tələb edir. Yüksək çinli zabitlərimizin qətlinə ehtiraz edən emosional insanlarımız pandemiya şəraitində
    sağlamlıqlarını riskə ataraq, sərt karantin rejimini, eləcə də sərbəst toplaşmaq qaydalarını pozaraq öz ehtirazını qəti şəkildə bildirdi. Bu kobud qanun pozuntuları əslində xoş məramdan irəli gəirdi. Az sonra Amerikanın Los-Ancelos şəhərində ermənilər tərəfindən azsayılı dinc azərbaycanlılara qarşı törədilən vandal hərəkətlər və bundan irəli gələn zəncirvari proseslər həmvətənlilərimizi tam hövsələdən çıxardı. O zaman ki, azərbaycanlılar düşmənə onun üslubunda cavab verirlər, bu, dərhal bizə qarşı işlədilir. Ermənilər isə yenə də cəzasızlıq mühtündə meydan sulayır. Açığı, xaricdə yaşayan soydaşlarımızın bu cür emosional hərəkətləri sadə, daim hüquqları pozulan Azərbaycan xalqının nümayəndələrinin aqekvat cavabı cəmiyyətdə həssaslıqla qarşılandı. Şübhəsiz ki, hər bir xalqa yönəlik siyasətin kökündə həmin xalqın mental, həssas cəhətləri sonda mütləq nəzərə alınır. Bu barışmazlıq dünya siyasətinə təsir imkanı deməkdir. Fikir verin: heç bir azərbaycanlı Tovuz hadisələrinə biganə qalmadı, heç kim biixtiyar küçələrə axışan on minlərlə insanı qınamadı, heç kim soydaşlarımızın xaricdəki hərəkətlərini qınamadı. Bu, əslində xalqın Qarabağ məsələsində yekdilliyini sübut edir. Hətta bəzi düşmən qüvvələrin təhriki ilə Parlament binasına daxil olan insanlar belə, bunun düzgün addım olmadığını etraf edirlər. Əgər xırda nüanslar olmasa, qətiyyətlə demək olar ki, Azərbaycan xalqı öz potensialını ortaya qoyub. Bu, Azərbaycan ətrafında aparılan oyunlarda iri güclərə bir mesaj idi ki, sonda xalqın iradəsi ilə mütləq hesablaşmalı olacaqsınız.

    Lakin emosiyasız insan olmaz. Hiss və şurun vəhdəti gərəkdir. Qələbə yalnız bu zaman mümkün olacaq. Müxtəlif səbəblərdən xarici dövlətlərdə yaşayan həmyerlilərimiz “qonaq statusunu” yaddan çıxarmamalıdır. Hər bir xalqa olan münasibəti onun fərdləri formalaşdırır. Qarabağımızı geri qaytamağımız da qanuna əsaslanmalıdır. Dünya Azərbaycanın sivil, mütəşəkkil xalq olduğunu anlamalıdır. İstər daxildə, istərsə də xaricdə biz gücümüzü göstərdik. Düşünürəm ki, bu, Azərbaycan xalqının oyanışında, formalaşmasında növbəti mərhələdir. Bundan sonra daha da sıx birlik nümayiş etdirməliyik. Bu birlik sivil, bir mərkəzdən idarə edilmə prinsiblərinə söykənməlidir. Azərbaycan heç zaman indiki kimi güclü olmayıb. Ordumuz heç bir könüllüyə ehtiyac hiss etməyərək Qarabağı qısa zaman kəsiyində azad etmək qabiliyyətinə malikdirsə, dövlətimizin nüfuzu durmadan artırsa, bunu həyata keçirmək üçün dünya ictimayi rəyini qazanmalıyıq. Zaman xeyirimizə işləyir. Ən böyük uğurumuz isə qardaş Türkiyənin regionda söz sahibinə çevrilməsi, hərbi sənayesinin görünməmiş inkişafa çatmasıdır. Türkiyə son yüz ildə bu qədər qüdrətli olmayıb. Türkiyə, bizə iki ədəd mülki helikopter verməyə cəsarət etməyən Türkiyə deyil. Türkiyə bu gün dünyaya öz şərtlərini diktə etmək gücündə olan bir dövlətdir. Bu isə bizim bəxtimizdəndir. Lazımdır ki, Qarabağın və ətraf rayonların geri alınması naminə bütün gücümüzü ortaya qoyaq. Bunun üçün hamı dövlətin və hakimiyyətin arxasında olmalıdır. Vətən hamımızındır. Xalqın Qarabağ istəyini lazimi səmtə yönəltmək, vahid iradə və idarə nümayiş etdirilməlidir. Əks halda, torpağa olan sevgidən irəli gələn emosionallıq maraqlı güclər tərəfindən özümüzə qarşı istifadə olunacaq...


    moderator.az
    İbad Hüseynli,
    "Azərbaycan Bayrağı" Ordenli Qarabağ Qazisi
    loading...