Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Türkiyə Müdafiə Nazirliyi Azərbaycana başsağlığı verdi
  • Türkiyə vətəndaşlarından dəstək: Hədəfimiz Şuşadır...
  • Papaqlı Kişilər, sizi bir ömür gözlərik...
  • Məhv edilən erməni PUA-sının hədəfi hara idi?
  • Atası azərbaycanlı olan general İrəvanda qızına toy etdi...-FOTOLAR+VİDEO
  • NASA Mavi Ayın görünəcəyi günü açıqladı
  • QURD OLMAĞIN VAXTI ÇATIB.
  • “Sosial təminatı az olan tələbələrin təhsili” layihəsinin icrası uğurla davam etdirilir!
  • Yeni gömrük limiti qüvvəyə minir - Kompüter və telefonlar bahalaşacaq...
  • “Ermənistan qeyri-rəsmi kanallarla müsbət siqnallar göndərirdi, vaxt istəyirdi”
  • Nazirlikdən HAVA XƏBƏRDARLIĞI: Bu gündən...
  • Uzun müddət ofissiz fəaliyyət göstərən Şamil Sabiroğlu Azərbaycanın Dövlət Başçısına müraciət etdi!
  • Kütləvi yoluxmanın qeydə alındığı bazar bağlandı
  • Rusiyaya gedənlərə ŞAD XƏBƏR: Qaydalar SADƏLƏŞDİ
  • Trampdan XOŞ XƏBƏR: "Peyvənd bir neçə həftə sonra hazır ola bilər"
  • Məhkəmə Mübariz Mənsimovla bağlı QƏRAR VERDİ
  • Azərbaycan və Türkiyə qırıcıları Gəncə səmasında - Video
  • Bakının işğaldan azad edilməsi Gəncədə qeyd edildi - Foto
  • “Məcburi Köçkün Müharibə Veteranlarına Dəstək” İçtimai Birliyi tərəfindən növbəti vətənpərvərlik haqqında tədbir keçirildi.
  • Bakının bolşevik-daşnak işğalından azad edilməsindən 102 il ötür
  • “Ölüm mesajı” və ya dalğa-dalğa gələn fəlakət: Dünya bundan hələ 5 il xilas ola bilməyəcək
  • Leysan nəticəsində 351 nəfər öldü
  • "Mühafizə xidməti çağırdı ki, sizi soruşan var, gördüm ki, tanımadığım bir nəfər gəlib və..."
  • General müharibəyə və "böyük itkilər"ə hazır olmağa çağırdı
  • 15 yaşlı qızı hamilə buraxan müəllim haqqındakı bir illik həbs qərarı ləğv edildi: İşə yenidən baxılacaq
  • 25 Haz 2020, 19:51   
        86
    Orduya Türkiyədən yeni texnikalar gətirildi - VİDEO

    Orduya Türkiyədən yeni texnikalar gətirildi- VİDEO

    Hərbi infrastrukturun yenilənməsi işlərinin daha keyfiyyətlə aparılması məqsədi ilə Türkiyə Respublikasından Naxçıvan Muxtar Respublikasına xüsusi tikinti-inşaat texnikaları gətirilib.

    XEBERTV.AZ xəbər verir ki, Müdafiə Nazirliyindən Unikal.org-a verilən məlumata görə, “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında hərbi maliyyə əməkdaşlığı haqqında Saziş”ə əsasən ötən ildən başlayaraq qardaş ölkədən Naxçıvan Muxtar Respublikasına yeni texnikaların gətirilməsinə başlanılıb. Tədbirlərin davamı olaraq yeni texnikaların növbəti hissəsi Əlahiddə Ümumqoşun Orduya təhvil verilib.


    Əlahiddə Ümumqoşun Orduda hərbi quruculuq, tikinti-inşaat və yol tikintisində istifadə olunması üçün qardaş Türkiyə Respublikasından yeni texnikalar gətirilərək istifadəyə verilib. Təhvil verilən texnikalar müasirliyi və öz texniki xüsusiyyətləri ilə seçilir. Bu da quruculuq işlərinin tez bir zamanda və daha keyfiyyətlə görülməsinə şərait yaradacaq.

    Türkiyə Respublikasında Mercedes-Benzin təmsilçi və idxal şirkəti olaraq qurulmuş Koluman Holdinq şirkətlər qrupu tərəfindən tamamilə Alman avtomobil sənayesi standartlarına uyğun istehsal olunan tikinti texnikaları yüksək keyfiyyəti ilə seçilir.

    Davamlılığı, yanacağa qənaəti və rahatlığı ilə fərqlənən sementdaşıyan, betonnasos, betonqarışdıran və asfalt-beton daşıyan maşınlar sürücünün və nəqliyyat vasitələrinin təhlükəsizliyinə önəm verilməklə istehsal olunub. Koluman Holdinq şirkətlər qrupunun zavodlarında Cənubi Koreya Respublikasının istehsalçısı JunJin şirkəti ilə birgə istehsal olunan betonnasos öz keyfiyyəti ilə fərqlənir. Müasir dizayn və texnologiyalı bu maşınlar Əlahiddə Ümumqoşun Orduda təmir-tikinti işlərinin və yol infrastrukturunun yenilənməsinin daha keyfiyyətlə aparılmasına imkan yaradacaq.

    İnşaat sahələrində çətin şərtlər üçün istehsal edilmiş, gücü və möhkəmliyi ilə seçilən bu texnikalardan əlavə yolxətləyən maşın və qoşqular da istifadəyə verilib. Türkiyə Respublikasının Agri Rosso firması tərəfindən istehsal edilən qoşqular keyfiyyəti və müasirliyi ilə daşınma və yardımçı təsərrüfat işlərini daha da asanlaşdıracaq.

    Əlahiddə Ümumqoşun Ordunun təminatına qardaş Türkiyə Respublikasının milli istehsalı olan texnikaların verilməsi hərbi əməkdaşlığın yüksək səviyyədə olduğundan xəbər verir.

    loading...