Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Məhv edilən erməni PUA-sının hədəfi hara idi?
  • Atası azərbaycanlı olan general İrəvanda qızına toy etdi...-FOTOLAR+VİDEO
  • NASA Mavi Ayın görünəcəyi günü açıqladı
  • QURD OLMAĞIN VAXTI ÇATIB.
  • “Sosial təminatı az olan tələbələrin təhsili” layihəsinin icrası uğurla davam etdirilir!
  • Yeni gömrük limiti qüvvəyə minir - Kompüter və telefonlar bahalaşacaq...
  • “Ermənistan qeyri-rəsmi kanallarla müsbət siqnallar göndərirdi, vaxt istəyirdi”
  • Nazirlikdən HAVA XƏBƏRDARLIĞI: Bu gündən...
  • Uzun müddət ofissiz fəaliyyət göstərən Şamil Sabiroğlu Azərbaycanın Dövlət Başçısına müraciət etdi!
  • Kütləvi yoluxmanın qeydə alındığı bazar bağlandı
  • Rusiyaya gedənlərə ŞAD XƏBƏR: Qaydalar SADƏLƏŞDİ
  • Trampdan XOŞ XƏBƏR: "Peyvənd bir neçə həftə sonra hazır ola bilər"
  • Məhkəmə Mübariz Mənsimovla bağlı QƏRAR VERDİ
  • Azərbaycan və Türkiyə qırıcıları Gəncə səmasında - Video
  • Bakının işğaldan azad edilməsi Gəncədə qeyd edildi - Foto
  • “Məcburi Köçkün Müharibə Veteranlarına Dəstək” İçtimai Birliyi tərəfindən növbəti vətənpərvərlik haqqında tədbir keçirildi.
  • Bakının bolşevik-daşnak işğalından azad edilməsindən 102 il ötür
  • “Ölüm mesajı” və ya dalğa-dalğa gələn fəlakət: Dünya bundan hələ 5 il xilas ola bilməyəcək
  • Leysan nəticəsində 351 nəfər öldü
  • "Mühafizə xidməti çağırdı ki, sizi soruşan var, gördüm ki, tanımadığım bir nəfər gəlib və..."
  • General müharibəyə və "böyük itkilər"ə hazır olmağa çağırdı
  • 15 yaşlı qızı hamilə buraxan müəllim haqqındakı bir illik həbs qərarı ləğv edildi: İşə yenidən baxılacaq
  • Yeni MƏCBURİYYƏT GƏLİR: Rusiyaya gedənlər bunu edəcəklər
  • Ayrılığın metefizikası yaxud əbədiyyətin birinci ildönümü
  • DAHA BIR DÖYÜŞÇÜ KOMANDİRİMİZİN İTİRDİK....
  • 24 Haz 2020, 20:01   
        76


    BAKI-XEBERTV.AZ
    Şuşa türməsində saxladığımız 530 qatil erməni dustağı hara “yox” etdik ki?..
    "Onları buraxmasaydıq, bu gün o dığaların yerinə Dilqəmlə Şahbaz o qazamatda çürüməzdi..."


    Qarabağ mübarizəsində tarixi fürsət və şansları bir-bir güdaza verə-verə gedirik....



    Hələ indidən danışmırıq... 1992-ci ilin yay-payızında yeni yaradılan Milli Ordumuzun uğurlu əməliyyatları sayəsində bir tərəfdən Xankəndinin, digər tərəfdən isə Laçın rayon mərkəzinin 2-3 kilometrliyində idik... Bəs sonradan nədən geri çəkildik?.. Niyə bölgələri bir-birinin ardınca itirə-itirə gəldik?



    Ondan əvvəl - 1991-ci ilin yaz-yay-payızında hələ erməni terrorçuları öz mövqelərini bərkitməmiş keçirilən “Həlqə”, “Ümid” əməliyyatları nəticəsində Gəncə yaxınlığındakı Çaykənd ətrafında neçə-neçə kənd, Şuşanın “Laçın dəhlizi”nə yaxın Qaladərəsi, Kirov, Onverst kəndləri və s. təmizlənmiş 530-dək qatil cinayətkar Şuşa türməsinə yığılmışdı.... Bəs necə oldu onların hamısını buraxdıq ki, sonradan 20 Noyabr vertolyot terroru, Daşaltı, Xocalı faciələri və s. törəndi?...



    Həmin erməni qatilləri buraxılmasaydı, onların ifadələri əsasında digər fəal liderlər də həbs olunsaydı, heç torpaqlarımız bu dərəcədə işğal olunmaz və bu gün Dilqəmlə Şahbaz o terrorçuların yerinə Şuşa türməsində zülm çəkməzdilər...



    Adam düşündükcə yanıb-yaxılır, dəli olmaq dərəcəsinə gəlir? Nədən belə oldu?.. Nədən? Niyə?..



    Fəhlədən, kəndlidən tutmuş nazirə, prezidentədək hər birimizin günahı oldu... Bir az laqeydlik, bir az qətiyyətsizlik, bir az qorxaqlıq, bir az tamahkarlıq, bir az da xəyanət... Bir az da düşkünlük - erməni axçisi, tut arağı, erməni çaxırı düşkünlüyü...



    ***



    “Xankəndi və Əsgəranda mayor Şahbazyan, Arutyunyan, “Krunq” komitəsinin üzvü, keçmiş təhlükəsizlik naziri Ciqarxanyan tutulmuşdular...”



    “Zori Balayanın müşayiəti ilə ABŞ-dan gəlmiş 3 vəkildə Şüşa türməsində saxlanılan bütün ermənilərin siyahısı vardı... Respublika Prezident Aparatı ilə aparılan telefon söhbəti nəticəsində görüşə icazə verməyə məcbur olduq...”



    Moderator.az əməkdaşı 1991-ci ilin mayında Dağlıq Qarabağın erməni ekstremistlərindən təmizlənməsi üçün aparılan “Ümid” adlı hərbi milis əməliyyyatının qərargah rəisi təyin olunmuş Azərbaycan DİN Cinayət-Axtarış İdarəsi və İslah İşləri İdarələrinin rəisi olmuş polkovnik Əzim Piriyevin müəllifi olduğu “Yarımçıq qalmış “Ümid” əməliyyatı...” sənədli povestindəki faktlar və digər mənbələr, müsahiblərin açıqlamaları əsasında bəhs edilən mövzuda araşdırma materialı hazırlayır.



    Saytımızı izləyin!



    Sultan Laçın
    loading...