Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Türkiyə vətəndaşlarından dəstək: Hədəfimiz Şuşadır...
  • Papaqlı Kişilər, sizi bir ömür gözlərik...
  • Məhv edilən erməni PUA-sının hədəfi hara idi?
  • Atası azərbaycanlı olan general İrəvanda qızına toy etdi...-FOTOLAR+VİDEO
  • NASA Mavi Ayın görünəcəyi günü açıqladı
  • QURD OLMAĞIN VAXTI ÇATIB.
  • “Sosial təminatı az olan tələbələrin təhsili” layihəsinin icrası uğurla davam etdirilir!
  • Yeni gömrük limiti qüvvəyə minir - Kompüter və telefonlar bahalaşacaq...
  • “Ermənistan qeyri-rəsmi kanallarla müsbət siqnallar göndərirdi, vaxt istəyirdi”
  • Nazirlikdən HAVA XƏBƏRDARLIĞI: Bu gündən...
  • Uzun müddət ofissiz fəaliyyət göstərən Şamil Sabiroğlu Azərbaycanın Dövlət Başçısına müraciət etdi!
  • Kütləvi yoluxmanın qeydə alındığı bazar bağlandı
  • Rusiyaya gedənlərə ŞAD XƏBƏR: Qaydalar SADƏLƏŞDİ
  • Trampdan XOŞ XƏBƏR: "Peyvənd bir neçə həftə sonra hazır ola bilər"
  • Məhkəmə Mübariz Mənsimovla bağlı QƏRAR VERDİ
  • Azərbaycan və Türkiyə qırıcıları Gəncə səmasında - Video
  • Bakının işğaldan azad edilməsi Gəncədə qeyd edildi - Foto
  • “Məcburi Köçkün Müharibə Veteranlarına Dəstək” İçtimai Birliyi tərəfindən növbəti vətənpərvərlik haqqında tədbir keçirildi.
  • Bakının bolşevik-daşnak işğalından azad edilməsindən 102 il ötür
  • “Ölüm mesajı” və ya dalğa-dalğa gələn fəlakət: Dünya bundan hələ 5 il xilas ola bilməyəcək
  • Leysan nəticəsində 351 nəfər öldü
  • "Mühafizə xidməti çağırdı ki, sizi soruşan var, gördüm ki, tanımadığım bir nəfər gəlib və..."
  • General müharibəyə və "böyük itkilər"ə hazır olmağa çağırdı
  • 15 yaşlı qızı hamilə buraxan müəllim haqqındakı bir illik həbs qərarı ləğv edildi: İşə yenidən baxılacaq
  • Yeni MƏCBURİYYƏT GƏLİR: Rusiyaya gedənlər bunu edəcəklər
  • 21 Haz 2020, 18:56   
        84


    Tovuza dəyən zərər tezliklə aradan qaldırılacaq - ŞƏRH

    Tovuza dəyən zərər tezliklə aradan qaldırılacaq - ŞƏRH
    “Tovuz təxribatı zamanı mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı Prezident İlham Əliyevin imzaladığı sərəncamı dövlətin hər zaman öz vətəndaşının yanında olduğunun göstəricisi hesab edirəm”.

    XEBERTV.AZ xəbər verir ki, bunu Publika.az-a açıqlamasında deputat Azər Badamov deyib.

    O bildirib ki, son illər belə sərəncamlar Aprel döyüşləri, Kür çayının məcrasından çıxması və zəlzələdən zərər çəkmiş insanların evlərinin bərpası məqsədilə də imzalanıb: “Əsas ziyan Tovuz rayonunun Ağdam, Əlibəyli, Dondar Quşçu, Vahidli, Yuxarı Öysüzlü və Aşağı Öysüzlü kəndlərinə dəyib. Burada dağılan evlər bərpa olunacaq. Bundan əlavə Tovuz rayonu istiqamətində döyüşlərdə şəhid olan bütün hərbi qulluqçuların ailələrinin qayğıları öyrənilir və onların həlli istiqamətində addımlar atılır. Dövlət başçısının tapşırığı ilə şəhid general Polad Həşimov və şəhid polkovnik İlqar Mirzəyevin ailəsinə ev verilib. Mehriban Əliyeva Tovuz istiqamətində şəhid olan 12 hərbçi ilə bağlı Heydər Əliyev Fonduna tapşırıq verib. Şəhid olan hərbçilərin ailə üzvlərinin bütün qayğıları daim Fondun nəzarətində olacaq. Bununla bərabər Tovuz təxribatı zamanı həlak olmuş şəhid hərbi qulluqçuların ailələrinin sosial müdafiəsinin, məşğulluğunun təmin edilməsi məqsədilə müvafiq tədbirlərə başlanıb. Azərbaycan dövləti ölkə ərazisində vətəndaşlarının təhlükəsiz yaşamasının qarantıdır. Prezidentin sayəsində Tovuza, tovuzlulara dəyən zərər tezliklə aradan qaldırılacaq”.

    Deputat qeyd edib ki, cəbhəyanı rayonlarda infrastruktur bərpa olunur, yeni qəsəbələr salınır, yeni təsərrüfatlar, müəssisələr yaradılır: “Bütün bu işlər davamlı şəkildə aparılacaq. İlham Əliyev prezident seçiləndə demişdi ki, mən hər bir vətəndaşımın prezidenti olacağam. Hardasa bir vətəndaşımızın evi erməni təxribatından və ya təbii fəlakətdən zərər çəkirsə cənab Prezident dərhal o vətəndaşın yanında olur. Təbi ki, dövlətin atdığı belə addımlar xalqla iqtidar birliyini gücləndirir. Xalq-iqtidar birliyinin möhkəmlənməsi müstəqilliyimizi əbədi edir, dövlətimizi gücləndirir və gələcəkdə torpaqlarımız işğaldan azad ediləndə orada da insanlarımız qayıdaraq öz həyat-şəraitinin yenidən qurulmasına yol açır”.
    loading...