Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Kamil Nəzərov bu möcüzəsi ilə Krıma səs saldı
  • Bir gündə Rusiyadan Antalyaya 80 təyyarə turist gəldi...
  • Yüz min gənc Qarabağ üçün 1 milyon tvit atdı
  • “Ermənistan Azərbaycan torpaqlarını tərk etməlidir” - Türkiyədən tələb
  • Millət vəkili Razi Nurullayev söz verdiyi adları açıqladı...Kimlər, kimlər
  • Operativ Qərargahın brifinqi - Canlı
  • Heydər Əliyev Fondu imkansız ailələrə yardım payladı!
  • İsveçrə təsdiqlədi: Elektrik təyyarələri dövrü başlayır
  • İbrahim Məmmədovdan toyların keçirilməsi ilə bağlı AÇIQLAMA
  • Rayona getmək istəyənlərin diqqətinə - Baş nazir qərar verdi
  • Biləsuvarlı məşhur döyüşçü Qədir Musayev dünyasın dəyişdi...
  • "Başımıza gələn bəlalar günahlarımızı təmizləyir..."
  • Rusiya bu ölkənin vətəndaşları üçün sərhədlərini açdı
  • Gürcü bloger erməni xalqına: Oğrular, həyasızlar... – Video
  • Beş aylıq fasilədən sonra aviabiletlərin satışı başlayır - VİDEO
  • İslam Ələsgərli- Şəhid Generalımızın xatirəsinə. Mahnı həsr etdi
  • Orduya könüllü yazılanlara Səfərbərlik Xidmətindən ZƏNG EDİLMƏYƏ BAŞLADI - RƏSMİ AÇIQLAMA
  • "Paşinyan, istirahət zamanı deyil, Türklər üstümüzə gəlir..."
  • “9336 şəhidimizin, 24 Milli Qəhrəmanımızın məzarı erməni tapdağında qalıbsa…”
  • Ukrayna Təhlükəsizlik Xidməti Azərbaycana könüllü döyüşçülər və zabitlər göndərməyə hazırlaşır – ŞOK İDDİA
  • "Xalqın Qarabağ istəyi lazimi səmtə yönəldilməli, vahid iradə nümayiş etdirilməlidir" - VİDEO
  • Hərirçidən korona haqda şok: Hər gün 200 nəfər öləcək
  • “Onu heç vaxt bezdirmirdim ki...” - Şəhid generalın xanımı - VİDEO
  • Suda həll olan plastik torbalar yaradıldı
  • “Elə ki, evə çatdım məni bərk qucaqla” - 18 yaşlı şəhidimizin son sözləri
  • 16 Haz 2020, 20:50   
        130
    Xalq-iqtidar birliyinin təminatcısı – Prezident İlham Əliyev


    BAKI-XEBERTV.AZ
    16;07;20202
    İyulun 15-də Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirildi.Əvvəllər olduğu kimi yenə də Cənab Prezident bir çox mühüm problemlərə toxundu. Bunlardan ən vacibi isə 12 iyulda Ermənistanla sərhəddə baş vermiş hərbi toqquşma haqqında idi. Ölkə başcısı düşmənin bütün həmlələrinin qətiyyətlə alınmasına toxunaraq ordumuzun qüdrətinin hansı səviyyədə olduğunu göstərdi. Həmcinin Ermənistan rəhbərliyinin Azərbaycanı ittihamında nə qədər məntiqsiz yanaşdığını bildirdi.
    Cənab prezidentin erməni təxribatı nəticəsində şəhid olan general mayor Polad Həşimovun yaxın qohumları ilə telefon əlaqəsi saxlaması haqqında, erməni artilleriyasının qurbanı olan 76 yaşlı ağsaqqal Əziz Əzizovu qeyd etməsi onu göstərdi ki, həm ali baş komandan kimi, həm də prezident kimi hər bir vətəndaşın diqqət və qayğısı ölkə rəhbərinin nəzarətindədir.
    Erməni vadalizminin vaxtında və dəqiqliklə qarşısının alınması, erməni cəmiyyətində və siyasi mühitində yaranan caşqınlı bir daha onu göstərir ki, biz hər cəhətdən düşməni üstələyirik. Belə ki, Prezident düşmən ölkənin torpaqlarımızı məhz 1992-93cü illərdə iqtidarda olanların hakimiyyət daxili mübarizəsindən, nizami ordumuzun olmamasından faydalanaraq işğal etdiyini bildirdi. Amma indi qeyd etdiyimiz kimi vəziyyət tam əksinə cevrilib. Azərbaycan Respublikasında artıq əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan inkişaf yolu onun layiqli davamcısı prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkədəki iqtisadi inkişaf, ictimai sabitlik bunu subut edir. Ermənistanda isə hərbi xuntanı devirərək demokratiya və sosial rifah nağılları ilə hakimiyyətə gələn Nikol Paşinyan hökümətinin ölkəsində yaratdığı siyasi hərc-mərclik, söz sələfləri kimi hərbi təcavüzkarlıq xətti və möhkəmlənən diktatura dayanır. Bunları bilən cənab Prezident Ermənistanın getdiyi bu yolla heç vaxt inkişaf etməyəcəyini əksinə daha çox tənəzzülə məruz qalacağını qeyd etdi.
    İclas zamanı cənab İlham Əliyevin diplomatiyamıza toxunaraq öz tənqidi fikirlərini bildirməsi, bu sahədə boşluqların olması, ölkəmizin uğurlu inkişafı ilə hazırki diplomatiyamızın uzlaşa bilməməsi, passiv, özünü müdafiə diplomatiya yerinə ölkəmizin daima hücum diplomatiyasına sahib olmalı olduğunu deməsi bu sahədə də tezliklə islahatların olacağı mesajını vətəndaşlara verdi. Təsadüfi deyil ki, Cənab Prezidəntin yürütdüyü uğurlu xarici siyasəti nəticəsində döyüşlərin başlaması ilə tez bir zamanda ölkəmizə qardaş Türkiyə Respublikası, Pakistan və bir sıra Avropa dövlətləri, həmcinin İslam Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası öz dəstəklərini bildirdilər. Ölkə rəhbəri bütün bunları qeyd etməklə Azərbaycanın bu sahədə haqqlı olduğunu, dünya ölkələrinin ölkəmizin yanında olduğunu hökümət nümayəndələrinin diqqətinə catdırdı
    Cənab Prezident həmcinin hər bir vətəndaşı əmin etdi ki, ölkəmizdə ictimai sabitlik daima ən üst səviyyədə qorunacaq. Gənclərin təşkil etdiyi Qarabağ yürüşündə çaxnaşma salmaq istəyən, ölkədəki sabitliyi pozub anarxiya yaratmaq istəyən “5-ci kolon” nümayəndələrinin hər bir üzvünün tapılıb cəzalandırılacaq. Buna hec kim şübhədə etmir, çünki məhz prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində ölkəmizdə güclü siyasi sistem formalaşıb. Xalq-iqtidar birliyi günü-gündən möhkəmlənir. Bu daxili sistemi zəiflətmək hec bir xarici qüvvənin imkanları daxilində deyildir.
    Bunlardan əlavə cənab Prezidentin ölkəmizdə sosial-iqtisadi inkişafın davamlı olması üçün ortaya cıxan problemlərin vaxtında həll olunması istiqamətində xüsusən də pandemiya ilə mübarizədə və baş vermiş quraqlıq sayəsində ölkə iqtisadiyyatına dəyən ziyanın tezliklə aradan qaldırılması üçün hökümət nümayəndələrinə verdiyi tapşırıqlar bir daha onu göstərir ki, Azərbaycan vətəndaşlarının sosial rifahı daima dövlətin diqqətindədir. Bununla da əminliklə deyə bilərik ki, cənab prezident İlham Əliyevin sədrliyi ilə baş tutan nazirlər kabinetinin iclasında verdiyi bəyanatlar və tapşırıqlar hər bir ölkə vətəndaşının dövlətə bağlılığı, gələcəyə inamı daha da artmış olur.

    ƏLİZADƏ NURLAN MÜŞFİQ OĞLU




    Əlizadə Nurəli Müşfiq oğlu, Azərbaycan Respublikası Şəhid Ailələrinə "Qayğı" Cəmiyyətinin Gənclər Təşkilatının sədri



    AZƏRBAYCAN RESPUBLIKASI
    "XOCALI SOYQIRIMINI TANITMA" ictimai birliyi
    tel: (+994 55) 860-48-34
    e-mail: [email protected]
    loading...