Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Millət vəkili Razi Nurullayev söz verdiyi adları açıqladı...Kimlər, kimlər
  • Operativ Qərargahın brifinqi - Canlı
  • Heydər Əliyev Fondu imkansız ailələrə yardım payladı!
  • İsveçrə təsdiqlədi: Elektrik təyyarələri dövrü başlayır
  • İbrahim Məmmədovdan toyların keçirilməsi ilə bağlı AÇIQLAMA
  • Rayona getmək istəyənlərin diqqətinə - Baş nazir qərar verdi
  • Biləsuvarlı məşhur döyüşçü Qədir Musayev dünyasın dəyişdi...
  • "Başımıza gələn bəlalar günahlarımızı təmizləyir..."
  • Rusiya bu ölkənin vətəndaşları üçün sərhədlərini açdı
  • Gürcü bloger erməni xalqına: Oğrular, həyasızlar... – Video
  • Beş aylıq fasilədən sonra aviabiletlərin satışı başlayır - VİDEO
  • İslam Ələsgərli- Şəhid Generalımızın xatirəsinə. Mahnı həsr etdi
  • Orduya könüllü yazılanlara Səfərbərlik Xidmətindən ZƏNG EDİLMƏYƏ BAŞLADI - RƏSMİ AÇIQLAMA
  • "Paşinyan, istirahət zamanı deyil, Türklər üstümüzə gəlir..."
  • “9336 şəhidimizin, 24 Milli Qəhrəmanımızın məzarı erməni tapdağında qalıbsa…”
  • Ukrayna Təhlükəsizlik Xidməti Azərbaycana könüllü döyüşçülər və zabitlər göndərməyə hazırlaşır – ŞOK İDDİA
  • "Xalqın Qarabağ istəyi lazimi səmtə yönəldilməli, vahid iradə nümayiş etdirilməlidir" - VİDEO
  • Hərirçidən korona haqda şok: Hər gün 200 nəfər öləcək
  • “Onu heç vaxt bezdirmirdim ki...” - Şəhid generalın xanımı - VİDEO
  • Suda həll olan plastik torbalar yaradıldı
  • “Elə ki, evə çatdım məni bərk qucaqla” - 18 yaşlı şəhidimizin son sözləri
  • Orduya Türkiyədən yeni texnikalar gətirildi - VİDEO
  • Vitse- prezident görün nələr dedi- sərt REAKSİYA
  • Əsirlikdə olan qızlarımız zorlanaraq, qanında azərbaycanlı qanı axan “erməni” dünyaya gətirir
  • Şuşa türməsində saxladığımız 530 qatil erməni dustağı hara “yox” etdik ki?.
  • 12 Haz 2020, 22:07   
        83
    BAKI-XEBERTV.AZ
    Ermənistan ağır itkilər verdi: 30 ölü, onlarla yaralı... - FAKTLAR

    Ermənistan ağır itkilər verdi: 30 ölü, onlarla yaralı... - FAKTLAR
    Ermənilərin Tovuz istiqamətində hücumunun qarşısını alan ordumuz şəhid verdi. Azərbaycan tərəfi itkilərlə bağlı rəsmi məlumat açıqlasa da, erməni tərəfi “heç bir itki vermədiyini” iddia edir.

    Birincisi, döyüşdə hücum edən tərəf həmişə daha çox itki verir.

    İkincisi, sosial şəbəkələrdə ermənilərin 30-dan çox itki verdiyi haqda məlumatlar yayılıb.

    Ermənistan müdafiə nazirliyinin mətbuat xidmətinin rəhbəri Şuşan Stepyanın Feysbukda yaydığı açıqlamaya rəy bildirən ermənilərin dedikləri bunu təsdiqləyir. Misal üçün, Maria Maria adlı istifadəçi yazır: “Siz insanları aldadırsınız, mənim qohumum orada qulluq edir, artıq 30-a qədər itkimiz var”.






    Artur Minasyan adlı istifadəçi isə “17 nəfərin öldüyü, 9 nəfərin yaralandığı”nı yazıb.

    Teresa Manasyan (Թերեզա Մանասյան) adlı istifadəçi isə itkilərə görə Ermənistan hakimiyyətinə etiraz edir: “Bütün bunlar ədalətli şəkildə nə vaxt bitəcək”.

    Ermənistan tərəfinin baş verənləri Azərbaycanın üzərinə yıxmaq cəhdi də diletantlığı ilə seçilir. Şuşan Stepyan iddia edir ki, “Bu gün saat 12:30 radələrində Azərbaycan Silahlı Qüvvələrinin hərbçiləri, bizə məlum olmayan səbəblərə görə, Ermənistanın Tavuş rayonu istiqamətində UAZ avtomobili ilə dövlət sərhədini pozmağa cəhd ediblər. Ermənistan tərəfindən xəbərdarlıqdan sonra qarşı tərəfin hərbçiləri UAZ avtomobilni qoyub öz mövqelərinə qayıdıblar”.

    Hərbi arsenalında ən müasir silahlara malik olan Azərbaycan Ordusu əməliyyata UAZ-la niyə getsin ki?!

    Və yaxud, cəbhə bölgəsində deyil, dövlət sərhədində niyə əməliyyat keçirsin?!

    FAKT: Ermənistanın hərbi rəhbərliyi (fövqəladə hallar naziri və digər yüksək rütbəli zabitlər) dünən Tavuş rayonunda olub. Rəsmi xəbərdə yüksəkrütbəli zabitlərin gəlişi adi səfər kimi göstərilir. Lakin bu səfərdən bir gün sonra baş verənlər səfərin təxribata hazırlıq olduğunu təsdiqləyir.


    Ermənistanın sərhəd bölgəsində təxribatlar əl atmasının bir sıra siyasi səbəbləri var:

    - Dövlət sərhədində qarşıdurma Ermənistanın üzvü olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) nizamnaməsinə əsasən rəsmi Bakıya qarşı çıxmasına əsas yaradır. KTMT-nin üzv ölkələrinin Azərbaycanla yaxınlığı məlumdur, Ermənistan tərəfi məhz bu münasibətlərə zərər vurmaq üçün KTMT-ni fakt qarşısında qoymağa çalışır;

    - Ermənistanın həyata keçirdiyi təxribatların əsas hədəfi mülki əhalidir. Burada məqsəd ABŞ-da ermənipərəst konqresmenlər - Ed Roys və Eliot Engelsin hazırladığı və Dağlıq Qarabağ münaqişəsində mövcud status-kvonu qorumağa hesablanmış “atəşkəsə nəzarət mexanizmini” yenidən aktuallaşdırmaq cəhdidir.

    Bu təxribatın Prezident İlham Əliyevin danışıqlar prosesinin faktiki olaraq dayandığı və ATƏT-in Minsk qrupunu tənqid etməsi fonunda baş verməsi də təsadüfi deyil. Çünki bu tənqid həmsədrləri real danışıqların aparılması üçün addımlar atmağa məcbur edir. Ermənistan tərəfi də qarşıdurma yaratmaqla danışıqların ciddi fazaya keçməsinin qarşısını almaq istəyir...
    Publika.az
    Asif Nərimanlı
    loading...