Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Litva və Almaniya hərbi kontingentlərinin qarşılıqlı olaraq öz ərazilərində yerləşdirilməsinə dair saziş imzalayıblar
  • Şok: Hər ay poçtla 9 min paket narkotik göndərilir
  • DİN: 8103 nömrəsinə əsassız müraciət edən 88 nəfərin kimliyi müəyyənləşdirilib
  • Ölkəmizdə 18 jurnalist koronaya yoluxdu, 1-i öldü - Video
  • Poliklinikaların koronavirusla mübarizədə görəcəyi işlər..
  • Kimlər koronavirusu ağır keçirir? - PROFESSORDAN AÇIQLAMA
  • Arizona ştatı COVID-19 səbəbi ilə yenidən karantinə qayıtdı
  • Türkiyədə koronavirusla bağlı son statistika açıqlandı
  • ABŞ koronavirusu müalicə edən dərmanı bu qiymətə satacaq - Dodaquçuqladan rəqəm
  • Cərimələr bu şəxslərə görə artırıldı – DYP
  • Türkiyəyə gedib-gələnlərə ŞAD XƏBƏR: 1 iyuldan başlayaraq...
  • ABŞ pandemiyaya məhəl qoymayaraq, iqtisadi sahələri açır
  • Azərbaycan 30-dan artıq dövlətə humanitar yardım edib
  • Bu şəxslər sizi koronavirusa YOLUXDURA BİLƏR
  • “ÜST böyük səhv buraxıb” - İsveç
  • Yeni doğulan təpəgöz quzunu Dəccalla müqayisə etdilər
  • Koronavirusun ilk yarandığı yer müəyyənləşdirildi
  • Türkiyə Müdafiə Nazirliyi Azərbaycanı belə təbrik etdi
  • Düşmən təmas xəttində müşahidə kameralarının quraşdırılması görüntülərini yaydı– HƏYASIZ ETİRAF...
  • İlham Əliyev Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
  • Ermənistan Azərbaycanda xərçəng xəstəliyini yayır
  • Turistin açıq kosmosa çıxması ilə bağlı ilk müqavilə imzalandı
  • Nəzərdə tutulmuş həddi aşan icazələr ləğv ediləcək - RƏSMİ
  • SON DƏQİQƏ: Azərbaycanda yanğın başladı
  • Milli Məclis QHT haqqında qanunu qəbul etdi
  • 30 Mayıs 2020, 21:28   
        79

    BAKI-XEBERTV.AZ
    Bu gün Uhud döyüşü və həzrət Həmzənin şəhadət günüdür



    Bu gün Uhud döyüşü və həzrət Həmzənin şəhadət günüdür



    Əziz İslam peyğəmbəri (s) və o cümlədən müsəlmanlar Allahın dini yolundə nə qədər çətinliklərə qatlaşmış, bu mübarək yolu öz qanları ilə qoruyub saxlamışlar.

    Bu gün İslam dini əlimizdə olaraq bir ilahi lütfdür. Bu din bu günlərə heç də asanlıqla gəlib çıxmayıb. İslamın şanlı səhifəsində nə qədər şəhidin, fədainin zəhməti və mübarək qanları ilə yazılmış tarix səhifəsi vardır. İlk müsəlman olan əziz İslam Peyğəmbəri (s) və möminlər bu yolda nə qədər əziyyətlərə qatlaşmışlar.



    Mübariz və rəşadətli, öz qanını İslam yolunda fəda etmiş şəxslərdən biri də həzrət Həmzədir.



    Bu gün şəvval ayının 7-si İslam tarixinin şanlı səhifəsində Uhud döyüşünün il dönümüdür. Bu gün şəhidlər sərvəri həzrət Həmzənin şəhadət günüdür. (Qeyd edək ki, bir mənbəyə əsasən Uhud döyüşü şəvval ayının 15-də olduğu qeyd olunur)



    Qeyd edək ki, həzrət Həmzənin peyğəmbərə (s) iman gətirməsi və onun cəngavərliyi peyğəmbərin və Bəni-haşimin bütpərəstlər qarşısında təhlükəsizliyini təmin edən əsas amillərdən idi.



    Həzrət Həmzə peyğəmbərmizin (s) əmisi və ən yaxın dostu olmuşdur. Həmzə Qureyşin dəyərli və hörmətli adamlarından hesab olunurdu. Heç nədən qorxmayan, igid bir qəhrəman idi. Onun Bədr və Ühud döyüşlərində sərkərdəliyi və göstərdiyi şücaətlər Peyğəmbərin dilindən düşüməzdi.





    Əziz İslam Peyğəmbəri (s) həzrət Həmzə barədə buyurardı: «Qardaşlarımın ən yaxşısı Əli (ə), əmilərimin ən yaxşısı Həmzədir».





    Uhud döyüşü müsəlmanlarla müşrüklər arasında Bədr döyüşündən sonra ikinci döyüşdür. Bu döyüş hicrətin 3-cü ilində Uhud dağı yaxınlığında baş verib. Öncə müsəlmanlar üstünlük əldə edir. Qələbənin sevinci müsəlman ordusunu pərakəndə hala salır və oxçuların mövqelərini tərk etməsi döyüşün müqəddəratını dəyişir və müsəlmanlar məğlub olur.





    Həmçinin döyüşdə həzrət Həmzənin xaincəsinə arxadan vurulması yenicə təşkilatlanmış müsəlman ordusunun ruhiyyəsinə güclü mənfi təsir edir. Beləki döyüş əsnasında Müaviyyənin anası, Yezidin nənəsi, Əbu Süfyanın yoldaşı olan Hindi adlı qadın qara dərili bir qul vasitəsi ilə Həmzəni arxadan xaincəsinə nizə ilə vurdurur. Döyüşdən sonra isə o həzrətin ciyərini xəncərlə yarıb çıxarır və ağzına alıb çeynəyir ki, ürəyi soyusun.





    Allahın şiri ləqəbli, səhraların tənha aslan ovcusu olan, heybətindən hər kəsin qoxduğu, peyğəmbərin (s) və İslamın qoruyucusu olan o vəfalı cəngavər Uhudda şəhid olur.





    Həmzənin həyat səhifələrini varaqladıqda onun iman və əməl baxımından fəzilətləri və yüksək məqamı ilə tanış ola bilsək də, Həzrət Peyğəmbərin (s) və məsum imamların (ə) buyuruqları onun məqamını daha aydın göstərir.



    İmam Baqirdən (ə) nəql olunan hədisdə buyrulur: «Ərşin sütununa yazılmışdır: «Həmzə Allahın və Onun rəsulunun şiri, şəhidlərin sərvəridir».





    Həzrət Əli (ə) özü uca məqama malik olmasına baxmayaraq xilafət barəsində olan məclislərin birində ordakılara xatırladır: «Sizi Allaha and verirəm, aranızda elə bir şəxs varmı ki, Həmzə kimi, Allahın və Onun rəsulunun şiri kimi əmisi olmuş olsun?!»




    İslaminSesi.info
    loading...