Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Litva və Almaniya hərbi kontingentlərinin qarşılıqlı olaraq öz ərazilərində yerləşdirilməsinə dair saziş imzalayıblar
  • Şok: Hər ay poçtla 9 min paket narkotik göndərilir
  • DİN: 8103 nömrəsinə əsassız müraciət edən 88 nəfərin kimliyi müəyyənləşdirilib
  • Ölkəmizdə 18 jurnalist koronaya yoluxdu, 1-i öldü - Video
  • Poliklinikaların koronavirusla mübarizədə görəcəyi işlər..
  • Kimlər koronavirusu ağır keçirir? - PROFESSORDAN AÇIQLAMA
  • Arizona ştatı COVID-19 səbəbi ilə yenidən karantinə qayıtdı
  • Türkiyədə koronavirusla bağlı son statistika açıqlandı
  • ABŞ koronavirusu müalicə edən dərmanı bu qiymətə satacaq - Dodaquçuqladan rəqəm
  • Cərimələr bu şəxslərə görə artırıldı – DYP
  • Türkiyəyə gedib-gələnlərə ŞAD XƏBƏR: 1 iyuldan başlayaraq...
  • ABŞ pandemiyaya məhəl qoymayaraq, iqtisadi sahələri açır
  • Azərbaycan 30-dan artıq dövlətə humanitar yardım edib
  • Bu şəxslər sizi koronavirusa YOLUXDURA BİLƏR
  • “ÜST böyük səhv buraxıb” - İsveç
  • Yeni doğulan təpəgöz quzunu Dəccalla müqayisə etdilər
  • Koronavirusun ilk yarandığı yer müəyyənləşdirildi
  • Türkiyə Müdafiə Nazirliyi Azərbaycanı belə təbrik etdi
  • Düşmən təmas xəttində müşahidə kameralarının quraşdırılması görüntülərini yaydı– HƏYASIZ ETİRAF...
  • İlham Əliyev Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
  • Ermənistan Azərbaycanda xərçəng xəstəliyini yayır
  • Turistin açıq kosmosa çıxması ilə bağlı ilk müqavilə imzalandı
  • Nəzərdə tutulmuş həddi aşan icazələr ləğv ediləcək - RƏSMİ
  • SON DƏQİQƏ: Azərbaycanda yanğın başladı
  • Milli Məclis QHT haqqında qanunu qəbul etdi
  • 27 Mayıs 2020, 22:20   
        74

    Ermənilərin atdığı ehtimal edilən top mərmisi tapıldı


    Mayın 27-si saat 10:58-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Göygöl rayonu, Quşçu kəndi ərazisində su kanalının yaxınlığında 1 ədəd top mərmisinin tapılması barədə məlumat daxil olub.

    XEBERTV.AZ xəbər verir ki, ANAMA-dan Axar.az-a verilən məlumata görə, Agentliyin xüsusi mobil çevik əməliyyat və partladıcı axtaran xüsusi təlim keçmiş itlərdən ibarət kinoloji qrupları, Daxili İşlər Nazirliyinin Göygöl rayon Polis Şöbəsinin və Mərkəzi Xəstəxanasının əməkdaşları dərhal həmin əraziyə göndərilib.

    Agentliyin mütəxəssisləri və Göygöl rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş əraziyə baxış keçirilib. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1990-cı illərdə ermənilər tərəfindən atıldığı ehtimal olunan 1 ədəd ağ fosfor tərkibli 122 mm-lik top mərmisi (D-4) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

    Göygöl rayonunun Quşçu kəndi cənub və cənub-qərb hissədən təxminən 18-20 km məsafədə Kəlbəcər rayonu ilə sərhəddə yerləşir və həmin rayon 1993-cü il 23 mart- 3 aprel tarixləri ərzində gedən ağır döyüşlərdən sonra düşmən tərəfindən işğal olunub. Həmin döyüşlər zamanı Göygöl rayonunun Quşçu kəndi də atəşə məruz qalıb.

    Qeyd olunanlara əlavə olaraq bildiririk ki, 2016-cı ilin aprel ayında düşmən tərəfindən Tərtər rayonunun Əskipara kəndinə atılmış ağ fosfor tərkibli 122 mm-lik top mərmisi (D-4) Agentliyin mütəxəssisləri tərəfindən aşkar olunaraq zərərsizləşdirilib.
    loading...