Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Litva və Almaniya hərbi kontingentlərinin qarşılıqlı olaraq öz ərazilərində yerləşdirilməsinə dair saziş imzalayıblar
  • Şok: Hər ay poçtla 9 min paket narkotik göndərilir
  • DİN: 8103 nömrəsinə əsassız müraciət edən 88 nəfərin kimliyi müəyyənləşdirilib
  • Ölkəmizdə 18 jurnalist koronaya yoluxdu, 1-i öldü - Video
  • Poliklinikaların koronavirusla mübarizədə görəcəyi işlər..
  • Kimlər koronavirusu ağır keçirir? - PROFESSORDAN AÇIQLAMA
  • Arizona ştatı COVID-19 səbəbi ilə yenidən karantinə qayıtdı
  • Türkiyədə koronavirusla bağlı son statistika açıqlandı
  • ABŞ koronavirusu müalicə edən dərmanı bu qiymətə satacaq - Dodaquçuqladan rəqəm
  • Cərimələr bu şəxslərə görə artırıldı – DYP
  • Türkiyəyə gedib-gələnlərə ŞAD XƏBƏR: 1 iyuldan başlayaraq...
  • ABŞ pandemiyaya məhəl qoymayaraq, iqtisadi sahələri açır
  • Azərbaycan 30-dan artıq dövlətə humanitar yardım edib
  • Bu şəxslər sizi koronavirusa YOLUXDURA BİLƏR
  • “ÜST böyük səhv buraxıb” - İsveç
  • Yeni doğulan təpəgöz quzunu Dəccalla müqayisə etdilər
  • Koronavirusun ilk yarandığı yer müəyyənləşdirildi
  • Türkiyə Müdafiə Nazirliyi Azərbaycanı belə təbrik etdi
  • Düşmən təmas xəttində müşahidə kameralarının quraşdırılması görüntülərini yaydı– HƏYASIZ ETİRAF...
  • İlham Əliyev Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
  • Ermənistan Azərbaycanda xərçəng xəstəliyini yayır
  • Turistin açıq kosmosa çıxması ilə bağlı ilk müqavilə imzalandı
  • Nəzərdə tutulmuş həddi aşan icazələr ləğv ediləcək - RƏSMİ
  • SON DƏQİQƏ: Azərbaycanda yanğın başladı
  • Milli Məclis QHT haqqında qanunu qəbul etdi
  • 27 Mayıs 2020, 08:44   
        77

    BAKI-XEBERTV.AZ
    Pakistanda baş verən “A-320” qəzasının şok sirləri – Elmi-lədun


    “Biz hər şeyi sayıb yazmışıq”.

    “Quran”, 78:29.

    Xəbər verildiyi kimi, bir neçə gün öncə (22 may tarixində) Pakistanda “A-320” markalı sərnişin təyyarəsi qəzaya uğrayaraq, yaşayış binalarının üzərinə çırpıldı. Nəticədə onlarla insan həyatını itirdi.

    Elmi-lədun hesablamalarımız göstərir ki, baş verən bu qəza təsadüfü olmayıb, xüsusi bir qanunauyğunluğa tabedir. Bu qanunauyğunluğu görmək üçün aşağıdakı faktlara nəzər salmaq kifayətdir:

    1) Xatırladım ki, eyni markalı (320) təyyarə 9 iyul 2019-cu il tarixdə Amsterdamda qəzaya uğramışdı. Belə ki, həminn tarixdə sözü gedən şəhərin hava limanında “A-320” və “Boeing-737” markalı təyyarələr toqquşublar. Burada diqqət çəkən məqam ondan ibarətdir ki, üç gün öncə Pakistanda sərnişin təyyarəsi qəzaya uğrayanda Amsterdamdakı toqquşmadan 320 (!) gün keçib. Maraqlıdır ki, həmin bu 320 ədədi hər iki qəzaya uğrayan təyyarənin üzərində həkk olunub (!). Bu, hadisədə olan qanuna uyğunluqlardan birincisidir.

    2) Araşdırmalarımız göstərir ki, Pakistanda baş verən təyyarə qəzası Bakı-Moskva reysi ilə uçan və qəza enişi edən təyyarə ilə də əlaqələnir. Belə ki, bu ilin 29 yanvarında Bakıdan Moskvaya uçan “A-319” markalı təyyarə quş sürüsü ilə toqquşduğundan qəza enişi etmişdi. Bu hadisədən 114 (!) gün sonra isə, Pakisanda “A-320” qəzası baş verdi.
    Bildiyimiz kimi, 114 ədədi Quran rəmzidir. Hər iki qəzanın biri-biri ilə Quran rəmzi altında əlaqələnməsi hadisələrin Allah tərəfindən insanlara kodlaşdırılmış mesaj olmasını sübut edir.

    3) Hadisə üzərində Allahın kodlaşdırılmış “möhür”ünü görmək üçün daha bir fakta nəzər salaq:
    29 oktyabr 2018-ci il tarixdə İndoneziyada 196 nəfərin ölümü ilə nəticələnən təyyarə (737) qəzası baş verdi. Hesablamalarımız göstərir ki, Pakistanda baş verən sözü gedən qəza İndoneziyadakının davamıdır. Bu qəzalar arasında 572 gün fərq vardır ki, bundan da orjinal Quranın səhifələrinin sayını (286) çıxsaq, yenə də müqəddəs kitabın səhifələrinin sayı alınır və hadisələr üzərində Allahın kodlaşdırılmış “möhür”ünin olduğunu sübut edir:

    572 – 286 = 286

    (Xatırladaq ki, Kəbədə saxlanan və XVII əsrə qədər üzü köçürülən bütün Quran kitabları 286 səhifəyə yerləşdirilib. Sonralar Müqəddəs kitabın sözlərinə əl vurmasalar da, formatı dəyişdirilib ki, bu da səhifələrin artmasına səbəb olub. Əslində format elə seçilməlidir ki, 286 səhifəyə yerləşsin).


    Bu və digər hesablamalarımız göstərir ki, dünyada baş verən zülm və haqsızlıqlara son qoyulması üçün Yaradan insanlara kodlaşdırılmış mesajlar verir. Yaxşı olar ki, insanlar bu mesajlardan nəticə çıxararaq, zülmə son qoysunlar. Əks halda bəlalar daha kəskin şəkildə biri-birini əvəz edəcəkdir...

    “Biz bir məmləkəti məhv etmək istədikdə, əvvəlcə (bir nəfərin dili ilə) onun naz-nemət içində yaşayan başçılarına (xalqa zülm etməmək barədə) xəbərdarlıq edərik. Lakin, onlar bu xəbərdarlıqlara məhəl qoymayaraq, pis-pis işlər törədərlər. Beləliklə, o məmləkətə əzab verilməsi haqqındakı hökm vacib olar və onu yerlə yeksan edərik”. Quran, 17:16
    moderator.az
    Dr. Paşa Yaqub,
    Psixoterapevt, elmi-lədun bilicisi
    loading...