Xəbər lenti
Axtar
Ən çox oxunan
  • İranda silahlı qruplaşma üzvləri ilə sərhədçilər arasında atışma olub, ölənlər var
  • Osmanlı dövləti haqda mobil oyun avstraliyalı qızı müsəlman etdi...-İBRƏTAMİZ-VİDEO
  • Azərbaycanda Respublika Günü qeyd edilir
  • İran şokda: Pulların üzərində "Yaşasın Azərbaycan" şüarı - FOTO
  • Ermənilərin atdığı ehtimal edilən top mərmisi tapıldı
  • Pakistanda baş verən “A-320” qəzasının şok sirləri – Elmi-lədun
  • Bakıda mağazalara girdi, hamının borcunu ödədi - Video
  • "Ermənilər Şuşada törətdikləri təxribatla xalqımızın əsəblərini tarıma çəkmək istədilər"
  • Ermənistanı yerlə-yeksan edəcək sistem: Azərbaycanın elə gizli silahları var ki... - General SİRLƏRİ AÇDI
  • Ramazanda fitrə nə vaxtadək verilməlidir? - VİDEO
  • Deputat: Əhali təkidlə müharibə istəyir... – Video
  • Azərbaycan əsgəri, Şuşanı Vur, Xankəndini Vur!
  • Araikdən yeni provokasiya: “məclis”i Şuşaya köçürür
  • Mumiyalarla bağlı yeni kəşf
  • DTX Elçin Quliyevin müavinini belə saxladı - Əməliyyatın VİDEOSU
  • "Qeyrəti olan hər vətəndaş bu gün Ali Baş Komandanın Şuşa ilə bağlı əmrini gözləyir…"
  • Şəhidlər məzarının istinad divarı uçuruldu.
  • Koronavirusu bir saniyədə tapan lazer icad olundu
  • Pandemiyadan sonra meqapolislərdə həyat hansı formada olacaq?
  • Ulduz falı - 19 MAY
  • Alimlərdən korona ilə bağlı növbəti tədqiqat
  • Laçının işğalından 28 il ötür
  • Şok: Baş nazir prezidentin xanımını həbs etdirdi
  • Türkiyədə 91 illik rekord qırıldı: 1929-dan sonra ilk...
  • Baş nazirdən ölkəyə giriş-çıxışla bağlı - Qərar
  • 23 Mayıs 2020, 16:08   
        47


    Ermənistanı yerlə-yeksan edəcək sistem: Azərbaycanın elə gizli silahları var ki... - General SİRLƏRİ AÇDI


    “Azərbaycan Ordusunun hərbi texnikaları mexanikləşdirilib. Ermənistan buna qadirdir?! Əlbəttə, xeyir”.

    XEBERTV.AZ xəbər verir ki, bunu “Report”a açıqlamasında Azərbaycan Ordusunun ehtiyatda olan general-leytenantı Yaşar Aydəmirov deyib.

    Hərbi-texniki ehtiyatlardan danışan general bildirib ki, Azərbaycan bütün silah və raket sistemlərini modifikasiya edib.

    “Ermənistan köhnə BM-Qrad tipli reaktiv yaylım sisteminə malikdir. Sonra xarici dövlətdən 80 km. məsafədəki obyektləri vuran reaktiv yaylım sistemi aldılar. Düşmənin ordusunda özüyeriyən artilleriya qurğuları da var. Toplar isə ümumidir, D-20, D-30 və s. Azərbaycanda isə bütün bu sistemlərin modifikasiya edilmiş və yenidən istehsal olunan müasir formaları mövcuddur. Bunlar Belorusdan, İsraildən, Cənubi Afrika Respublikasından və digər dövlətlərdən alınıb. Bizim xarici ölkələrlə çox güclü hərbi-texniki əməkdaşlığımız var. Azərbaycan hərbi bazarda aparıcı dövlətlərdən olan Çin və Rusiyadan istədiyi silah və texnikanı ala bilir. Ermənistan buna qadirdirmi? Əlbəttə, xeyir”, - o vurğulayıb.

    Y.Aydəmirovun sözlərinə görə, ermənilər bir neçə il əvvəl “İsgəndər” zenit-raket kompleksi ilə bağlı böyük təbliğat aparır, ajiotaj yaradırdılar: “Guya bununla Azərbaycanı vuracaqlar və s. Ancaq biz dinmədik, çünki artıq o dövrdə İsrail istehsalı olan dəmir örtüklü raket əleyhinə müdafiə sistemimiz ("Dəmir qübbə") var idi. Azərbaycan “İsgəndər”dən də iki qat möhtəşəm və yeni istehsal olunmuş taktiki-raket sisteminə malikdir. Ancaq elə sistemlər də var ki, Ali Baş Komandan onları açıqlamayıb. Çünki Ermənistanın hansısa çıxışına Azərbaycan sözlə yox, əməli ilə cavab verir. Hərbi paradda, yaxud da təlimlərdə yeni silahlarımızı nümayiş etdiririk. Ermənilər 40 ilin T-72 tankının nəyini modifikasiya edəcəklər? Azərbaycanda isə bütün “72”lər modifikasiya olunub. Ölkəmiz T-90 tankına malikdir”.
    loading...