Xəbər lenti
Axtar
Ən çox oxunan
  • İranda silahlı qruplaşma üzvləri ilə sərhədçilər arasında atışma olub, ölənlər var
  • Osmanlı dövləti haqda mobil oyun avstraliyalı qızı müsəlman etdi...-İBRƏTAMİZ-VİDEO
  • Azərbaycanda Respublika Günü qeyd edilir
  • İran şokda: Pulların üzərində "Yaşasın Azərbaycan" şüarı - FOTO
  • Ermənilərin atdığı ehtimal edilən top mərmisi tapıldı
  • Pakistanda baş verən “A-320” qəzasının şok sirləri – Elmi-lədun
  • Bakıda mağazalara girdi, hamının borcunu ödədi - Video
  • "Ermənilər Şuşada törətdikləri təxribatla xalqımızın əsəblərini tarıma çəkmək istədilər"
  • Ermənistanı yerlə-yeksan edəcək sistem: Azərbaycanın elə gizli silahları var ki... - General SİRLƏRİ AÇDI
  • Ramazanda fitrə nə vaxtadək verilməlidir? - VİDEO
  • Deputat: Əhali təkidlə müharibə istəyir... – Video
  • Azərbaycan əsgəri, Şuşanı Vur, Xankəndini Vur!
  • Araikdən yeni provokasiya: “məclis”i Şuşaya köçürür
  • Mumiyalarla bağlı yeni kəşf
  • DTX Elçin Quliyevin müavinini belə saxladı - Əməliyyatın VİDEOSU
  • "Qeyrəti olan hər vətəndaş bu gün Ali Baş Komandanın Şuşa ilə bağlı əmrini gözləyir…"
  • Şəhidlər məzarının istinad divarı uçuruldu.
  • Koronavirusu bir saniyədə tapan lazer icad olundu
  • Pandemiyadan sonra meqapolislərdə həyat hansı formada olacaq?
  • Ulduz falı - 19 MAY
  • Alimlərdən korona ilə bağlı növbəti tədqiqat
  • Laçının işğalından 28 il ötür
  • Şok: Baş nazir prezidentin xanımını həbs etdirdi
  • Türkiyədə 91 illik rekord qırıldı: 1929-dan sonra ilk...
  • Baş nazirdən ölkəyə giriş-çıxışla bağlı - Qərar
  • 21 Mayıs 2020, 22:27   
        45




    Azərbaycan əsgəri, Şuşanı Vur, Xankəndini Vur!

    Müharibə qan-qadadır, ata-ananı övladdan, ailəni ömür-gün yoldaşından, övladı ata-anadan ayırır. Təxmini araşdırmalara görə indiyədək dünyada 15 mindən çox müharibə olub. Bu müharibələr zamanı torpaqlar işğal edilib, işğal edilən ərazilərin əhalisi qaçqın və ya məcburi köçkünə çevrilib. Azərbaycan xalqı da müharibələrdən çox əziyyət çəkib və çəkməkdə də davam edir. 1988-ci ilin fevralında başlanan, hazırda da davam edən və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi (əslində müharibə) də 50 mindən çox soydaşımızın yaralanmasına, 23.000 nəfərin şəhid olmasına, 1 milyondan çox insanın doğma ev-eşiyindən didərgin düşməsinə səbəb oldu. Xahiş edirəm, məni qınamayın, ancaq torpaqların işğalında siyasi çəkişmələr, hakimiyyət kreslosu uğrunda mübarizə də az rol oynamadı. Mən, 1989-cu ildən 1995-ci ilədək Dağlıq Qarabağ Muxtar Vilayəti və Ermənistanla həmsərhəd bölgələrdə, özü də qaynar nöqtələrdə olmuşam, jurnalist kimi fəaliyyət göstərmişəm. Təəssüf edirəm ki, daxildə olan çəkişmələrdən erməni terrorçuları və onların havadarları məharətlə istifadə elədilər.28 ildi Xocalısız, Şuşasız, Laçınsızıq. 28 ildi Bakıda məskunlaşan əksər qaçqın və məcburi köçkünlər Dövlət orqanlarından torpaqlara qayıdışla əlaqədar tələb irəli sürmürlər.
    Tam səmimiyyətlə deməliyəm ki, Prezident İlham Əliyevin rəhbərliyi dövründə biz, bir neçə dəfə işğal edilən ərazilərin geri qaytarılması üçün şanslı olmuş, hansısa məqamda Ermənistanı müdafiə edən dövlətlər məharətlə Azərbaycanın haqq işinin bərpasına imkan verməmişlər. Gəlin, səmimi danışaq: Sabah, birisigün beş yüz min məcburi köçkün ayağa qalxaraq Ağdam, Şuşa, Laçın, Xocalıya...getmək istəsə cənab Prezident və ya onun rəıhbərlik etdiyi Komanda razılaşmayacaq? Mənim cənab İlham Əliyevə ona görə hörmətim var ki, daim sadəliyi ilə seçilib. İ.Əliyev həm şəhid Mübariz Ağakərim oğlu İbrahimovun meyidinin düşmən tərəfdən geri alınmasında, həm də Macarıstanda ömürlük həbs edilmiş Ramil Sahib oğlu Səfərovun azadlığa çıxmasında mühüm rol oynayıb. İ.Əliyev qaçqın və məcburi köçkünlərin, hərbçilərin, habelə, jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün əllərindən gələni əsirgəməyib. Respublika magistral yollarının, bütövlükdə yaşayış məntəqələrimizin abadlaşdırılması da aparılan məqsədyönlü fəaliyyətin tərkib hissəsidir.
    Təəssüflər olsun ki, qonşu dövlətlərin, xüsusən də, Rusiya Federasiyası və İranın işğalçı Ermənistanı dəstəkləməsi nəticəsində biz hələ də Qarabağda pozulan hüquqlarımızı bərpa edə bilməmişik. Xəbər verildiyi kimi, mayın 21-də Şuşadakı Mədəniyyət və Gənclər Mərkəzində Qondarma Dağlıq Qarabağ Respublikası “Artsağ”ın yeni prezidenti Araik Arutunyanın andiçmə mərasimi keçiriləcək.Mərasimə Ermənistanın Baş naziri Nikol Paşinyan və digər məsul şəxslər də qatılacaq.Daha sonra gecə saat 21-00-da Cıdır düzündə atəşfəşanlıq olacaq.
    Respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında həlak olan şəhidlərin nahaq qanları bizləri bağışlamasın. Mən, üzümü Azərbaycanın Dövlət Başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə tuturam:
    Cənab Prezident,
    biz, Sizə inanırıq. Əminik ki, işğalçı Ermənistanın qanunsuz addımları cavabsız qalmayacaq. İzn verin, Azərbaycan Silahlı Qüvvələri hərəkətə keçsin, Şuşa və Xankəndini vursun.
    Qalib Azərbaycan zabiti, giziri və əsgəri, Şuşanı Vur, Xankəndini Vur! Biz, Sizə inanırıq!

    Hörmətlə,
    Şamil Sabir oğlu Ələkbərli,
    Vətən müharibəsi veteranı, jurnalist.
    Bakı, 21.05.2020. saat 13-30
    loading...