Xəbər lenti
Axtar
Ən çox oxunan
  • DİN-dən dəfn icazəsi ilə bağlı AÇIQLAMA
  • DSX Keşikçidağdakı vəziyyət barədə məlumat yaydı
  • Deputat seçicilərinə müraciət etdi
  • Koronavirusla bağlı virusa yoluxma riskinin daha yüksək olduğu hava limanlarının siyahısı açıqlanıb.
  • Əlvida kapitalizm! - Yeni sistem yaradılır
  • Şok iddia: Yadplanetlilər burnumuzun ucundadır
  • Tramp kütləvi etirazlar zamanı BUNKERDƏ GİZLƏNİB
  • Azərbaycanda tikinti zamanı qədim əşyalar tapıldı
  • Koronavirus Uhan bazarından yayılmayıb - İDDİA
  • Bu gün Uhud döyüşü və həzrət Həmzənin şəhadət günüdür
  • Rayonlara gediş-gəlişin bərpası ilə bağlı açıqlama
  • İranda silahlı qruplaşma üzvləri ilə sərhədçilər arasında atışma olub, ölənlər var
  • Osmanlı dövləti haqda mobil oyun avstraliyalı qızı müsəlman etdi...-İBRƏTAMİZ-VİDEO
  • Azərbaycanda Respublika Günü qeyd edilir
  • İran şokda: Pulların üzərində "Yaşasın Azərbaycan" şüarı - FOTO
  • Ermənilərin atdığı ehtimal edilən top mərmisi tapıldı
  • Pakistanda baş verən “A-320” qəzasının şok sirləri – Elmi-lədun
  • Bakıda mağazalara girdi, hamının borcunu ödədi - Video
  • "Ermənilər Şuşada törətdikləri təxribatla xalqımızın əsəblərini tarıma çəkmək istədilər"
  • Ermənistanı yerlə-yeksan edəcək sistem: Azərbaycanın elə gizli silahları var ki... - General SİRLƏRİ AÇDI
  • Ramazanda fitrə nə vaxtadək verilməlidir? - VİDEO
  • Deputat: Əhali təkidlə müharibə istəyir... – Video
  • Azərbaycan əsgəri, Şuşanı Vur, Xankəndini Vur!
  • Araikdən yeni provokasiya: “məclis”i Şuşaya köçürür
  • Mumiyalarla bağlı yeni kəşf
  • 22 Nis 2020, 21:52   
        99


    BAKI-XEBERTV.AZ

    Beynəlxalq mətbuatda koronavirus pandemiyası dövründə böhran diplomatiyasının (disaster diplomacy) rolu haqqında onlarla yazıya rast gəlmək olar. Ələlxüsus zəlzələlər, qasırğalar, daşqınlar və sairə bu kimi təbii fəlakətlərdən, habelə hazırda şahidi olduğumuz pandemiya kimi hallarda geniş vüsət alan böhran diplomatiyası dövlətlər arasında diplomatik münasibətlərin canlanmasını xarakterizə edir. Belə vəziyyətlərdə dövlətlər imkanları daxilində bir-birinə müxtəlif formada dəstək göstərirlər.
    Milli diplomatiyamız da belə zamanlarda humanist məramları ilə seçilir. Müasir diplomatiyamızın tarixinə nəzər yetirsək, böhrandan əziyyət çəkmiş bir çox ölkələrə göstərdiyimiz yardımlar ilə tanış ola bilərik. Koronavirus pandemiyası ilə mübarizə çərçivəsində belə yardımlar daha geniş hal aldı. Belə ki, son həftələr ərzində ölkəmiz tərəfindən Özbəkistana, Çin Xalq Respublikasına, Ukraynaya, İtaliyaya, Macarıstana humanitar yardımlar göstərilib. Bu məcrada Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri, Cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə aprelin 10-da Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşündə Cənab Prezidentin simasında ünvanımıza gələn səmimi minnətdarlıq ifadələrini vurğulamaq olar. Xüsusilə Azərbaycan hökumətinin Ümumdünya Səhiyyə Təşkilatına könüllü formada ayırdığı 5 milyon dollar həcmində maliyyə yardımının beynəlxalq ictimaiyyət tərəfindən çox yüksək dəyərləndirildiyini bildirmək lazımdır.
    Ümumilikdə Azərbaycan hökumətinin koronavirus pandemiyasına qarşı mübarizə modelini “dünya ilə həmrəylik, vətəndaşa görə məsuliyyət” adlandırmaq olar. Hələ bu mübarizənin ilk günlərindən hökumət vəziyyətin ciddiliyini anlayaraq Ümumdünya Səhiyyə Təşkilatının mütəxəssislərini ölkəmizə dəvət etmiş, onların mübarizənin səmərəliliyinin artırılması yönündə tövsiyələrini almışdır. Daha sonra bu tövsiyələr lokallaşdırılaraq aidiyyatı dövlət qurumları tərəfindən icra olunmuşdur. Nəticə etibarı ilə gördüyünüz kimi bir çox ölkələrdən fərqli olaraq koronavirusa qarşı mübarizə Azərbaycan hökumətinin tam nəzarəti altındadır və karantin rejimindən mərhələli çıxış üzrə plan hazırlanır.
    Cənab Prezidentin yuxarıda qeyd etdiyim Zirvə görüşünun sonunda vurğuladığı kimi “Qlobal pandemiya şəraitində ölkələr və beynəlxalq təşkilatlar arasında həmrəylik və əməkdaşlıq böyük önəm daşıyır”. Ölkəmizin göstərdiyi həmrəylik, Qoşulmama Hərəkatına 2019-2022-ci illərdə yekdilliklə sədr seçilməyimiz barədə qərarın necə düzgün olduğunu nümayiş etdirir. Bir lider ölkə kimi müxtəlif dövlətlərə və beynəlxalq təşkilatlara könüllü yardımın göndərilməsi Azərbaycan hökumətinin ikitərəfli və çoxtərəfli münasibətlərinin inkişaf etdirilməsinə verdiyi prioritetdən irəli gəlir.
    “2030-cu ilədək davamlı inkişaf sahəsində Gündəlik”-də əksini tapmış 17-ci Dayanıqlı İnkişaf Məqsədində qeyd olunduğu kimi ölkələr arasında tərəfdaşlığın möhkəmləndirilməsi qlobal inkişaf üçün həyati əhəmiyyət kəsb edir. Bunu nəzərə alaraq qeyd edə bilərik ki, belə çətin zamanlarda nümayiş olunan birlik eyni zamanda gələcəyimizin güvənli təminatı üçün atılan addımdır.
    Məzahir Əfəndiyev
    Azərbaycan Respublikası
    Milli Məclisinin deputatı
    loading...