Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Əlvida kapitalizm! - Yeni sistem yaradılır
  • Şok iddia: Yadplanetlilər burnumuzun ucundadır
  • Tramp kütləvi etirazlar zamanı BUNKERDƏ GİZLƏNİB
  • Azərbaycanda tikinti zamanı qədim əşyalar tapıldı
  • Koronavirus Uhan bazarından yayılmayıb - İDDİA
  • Bu gün Uhud döyüşü və həzrət Həmzənin şəhadət günüdür
  • Rayonlara gediş-gəlişin bərpası ilə bağlı açıqlama
  • İranda silahlı qruplaşma üzvləri ilə sərhədçilər arasında atışma olub, ölənlər var
  • Osmanlı dövləti haqda mobil oyun avstraliyalı qızı müsəlman etdi...-İBRƏTAMİZ-VİDEO
  • Azərbaycanda Respublika Günü qeyd edilir
  • İran şokda: Pulların üzərində "Yaşasın Azərbaycan" şüarı - FOTO
  • Ermənilərin atdığı ehtimal edilən top mərmisi tapıldı
  • Pakistanda baş verən “A-320” qəzasının şok sirləri – Elmi-lədun
  • Bakıda mağazalara girdi, hamının borcunu ödədi - Video
  • "Ermənilər Şuşada törətdikləri təxribatla xalqımızın əsəblərini tarıma çəkmək istədilər"
  • Ermənistanı yerlə-yeksan edəcək sistem: Azərbaycanın elə gizli silahları var ki... - General SİRLƏRİ AÇDI
  • Ramazanda fitrə nə vaxtadək verilməlidir? - VİDEO
  • Deputat: Əhali təkidlə müharibə istəyir... – Video
  • Azərbaycan əsgəri, Şuşanı Vur, Xankəndini Vur!
  • Araikdən yeni provokasiya: “məclis”i Şuşaya köçürür
  • Mumiyalarla bağlı yeni kəşf
  • DTX Elçin Quliyevin müavinini belə saxladı - Əməliyyatın VİDEOSU
  • "Qeyrəti olan hər vətəndaş bu gün Ali Baş Komandanın Şuşa ilə bağlı əmrini gözləyir…"
  • Şəhidlər məzarının istinad divarı uçuruldu.
  • Koronavirusu bir saniyədə tapan lazer icad olundu
  • 14 Nis 2020, 21:21   
        46


    BAKI-XEBERTV.AZ

    Koronavirusdan xilas olacağıq, bəs onlardan!?

    Bu ölkənin bəlasının nə sosial, nə iqtisadi çətinliklər, nə də bu gün mübarizə apardığımız koronavirus yox, hər şeydə “xəzinə axtaranlar” kimi səhv axtaranlar, ümumi problemə qarşı birgə mübarizələrin vacib olduğu zamanlarda özlərini “ağıllı” hesab edənlər və vətəndaşın xeyrinə istənilən addımı “əslində siz bilmirsiniz, mən bilirəm” tipli yozan şerloklar olduğunu desək, yanılmarıq.

    Nazirlər Kabinetinin qərarı ilə enerjidən istifadə limitinin pandemiya ilə mübarizə dövründə 400 kilovat-saata qədər artırılmasının “pərdəarxasından” bəhs edən “konspriloqları” görəndə yanılmadığımız məlum oldu da. Qərara görə, önümüzdəki iki ay müddətində - aprel və may – vətəndaşların enerjidən istifadə limiti 300 kilovat-saatdan 400 kilovat-saata qədər artırılır, çünki ölkədə karantin rejimi tətbiq edildiyi üçün insanların evdə qalması daha çox enerjinin sərf edilməsinə səbəb olur, dövlət də vətəndaşına ziyan dəyməməsi üçün limiti artırmaq haqda qərar qəbul edib. Hər şey bu qədər sadə və anlaşılandır.

    Amma gözəl ölkəmizin hər kvadratmetrinə nə qədər bekar adamın düşdüyünü anlayacaq qədər kədərli mənzərə ilə qarşılaşdığımız sosial şəbəkələrin “şerlokları” belə düşünmür. Onların iddiasına görə, limitin artırılması vətəndaşlara yox, hansısa imkanlı şəxslərin xeyrinədir. Yəni bu “naməlum imkanlı şəxs” (yaxud şəxslər) Nazirlər Kabinetinə müraciət edib ki, “mən karantin rejimində evdə qaldığım üçün daha çox enerji sərf edirəm, görün bunu nə edirsiniz”, Nazirlər Kabineti də bütün işini-gücünü kənara atıb, gecə-gündüz düşünərək, həmin “naməlum imkanlı şəxsin” maraqlarını təmin etmək üçün limiti 300-dən 400-ə qədər artırıb.

    Belə iddiaları tirajlayanların təsnifatına partiya sədri olan da, bu sədrin statuslarını bəyənmək üçün gözlərini monitora “skoçlayan”lar da, bir gün bu ölkəni idarə etmək üçün siyasi Olimpə yüksəldiləcəyini hər gün evinin bir küncündə səbirsizliklə gözləyən siyasətçi də daxildir.

    Hökumətin qərarı ilə enerjidən istifadə limitinin artırılmasını “buna nə ehtiyac var, vətəndaş onsuz da bu qədər enerji istifadə etmir, bundan “imkanlı şəxslər” yararlanacaq” kimi təqdim edənlərin enerjidən istifadə limiti 200 kilovat-saat olanda dediklərini xatırlayaq: “200 kilovat-saat heç kimə bəs etmir, limit artırılmalıdır”.

    Bu, uzaq tarix deyil, cəmi bir neçə ay öncə belə deyənlər bir neçə ay sonra tam əksini iddia edirlər. Halbuki:

    1. Hesablamalara görə, 200 kilovat-saat limiti keçənlər adətən sahibkarlıq subyektləri idi, lakin sonradan vətəndaşların istəyi nəzərə alınaraq, bu limit 300 kilovat-saata qədər artırıldı;

    2. Karantin rejimi tətbiq ediləndən sonra vətəndaşların evdə qalması enerji sərfiyyatını da artırır və hökumət limiti iki aylıq müddətində 400 etməklə əhalinin kommunal ödənişlərdə əlavə ziyana düşməsinin qarşısını alır;

    3. Adətən 15 aprel tarixində istilik mərləzləşdirilmiş istilik sistemləri yay rejiminə keçirdi, lakin mövcud vəziyyətdə qış rejiminin daha iki həftə ərzində saxlanılması qərarı verildi. Bu da pandemiya dövründə vətəndaşın xeyrinə olan qərardır.

    Və bu, inkişaf etmiş ölkələrdə milyonlarla insanı işsiz və ac qoyan (ABŞ-da son bir həftədə 3,3 milyon insan işsizlik müavinəti üçün müracət edib, İngiltərədə 3 milyon insan işini itirib, 1,5 milyon insan aclıqla mübarizə aparır - Food Foundation”un hesabatı) pandemiya ilə mübarizədə Azərbaycanın atdığı addımlardan – vətəndaşlara iki ay müddətində birdəfəlik ödəniş edilir; 44 min sahibkarlıq subyektinin 300 min əməkdaşının əmək haqqısı dövlət tərəfindən ödənilir; dövlət sektoru üzrə 900 mindən artıq işçinin, qeyri-dövlət sektoru üzrə isə 690 min işçinin əməkhaqqı saxlanmaqla məşğulluğu təmin edildi və s; - yalnız biridir.

    Və dövlət bütün bunları hansısa “şerlok”u qane etmək üçün yox, vətəndaşının daha yaxşı yaşaması, zərər çəkməməsi üçün edir. Bunu görməmək üçün qara eynək taxanlar ya “bekar” qalanlar, ya da hər işdə siyasi maraq güdənlərdir. Ki, onların dərdinin nə vətəndaş, nə də dövlət olmadığı dəqiqdir.

    O da dəqiqdir ki, bu ölkə koronavirus pandemiyasından xilas olacaq, biz bu bəladan necə xilas olmağı düşünməliyik..

    Oxu.az
    loading...