
BEYLAQAN -XEBERTV.AZ
BEYLAQAN RAYON "Azərişıq"ASC "Aran" Regional Enerji Təchizatı və Satışı İdarəsi XÜSUSİ KARANTİN REJİMİ SAKİNLƏRİ İŞIQ ÜZÜNƏ HƏSRƏT QOYUR..
Rayon sakinlərinin etdiyi şikayətlərə ,əlavə olaraq müxtəlif kəndlərdə və Beyləqan şəhərində apardığım sorğulara və öz müşahidələrimə əsasən Beyləqan rayonu ərazisində XÜSUSİ KARANTİN REJİMİ başlayan gündən elektrik təminatında hər gün və saatlarla davam edən fasilələr yaranır.Bu gün bu məsələ ilə əlaqədar "Azərişıq"ASC "Aran" Regional Enerji Təchizatı və Satışı İdarəsi Beyləqan Elektrik Şəbəkəsinin ofisində və Şəbəkənin tabeliyində olan Daşburun sahəsində oldum.Sakinlərin bildirdiyinə görə rayonda elektrik təminatında fasilələrin yaranması ən çox Daşburun sahəsində yaranır. Bunun da əsas günahkarı Beyləqan rayon Elektrik Şəbəkəsinin rəhbərliyidir,Çünki,ətraf rayonlarda elektrikdə bu qədər fasilələr olmur. Fasilələr istər günəşli istərsə də buludlu,küləkli hava şəraitində və əsasən də gündüz saatlarında olur.
XÜSUSİ KARANTİN REJİMİ zamanı Prezidentimizin dünyada baş verən iqtisadi çətinliyə rəğmən öz xalqını düşünüb,fədakarlıq edərək bu çətin dövrdə böyük məbləğdə pul vəsaitini ayıraraq insanlara EVDƏ QALMASI üçün hər şey edir.Xalqımıza qarşı etdiyi fədakarlığa rəğmən Beyləqan rayonunda yuxarıda adı çəkilən ofisdə məmurların etdiyi özbaşınalıqları baş alıb gedir.Belə ki,sakinlər Prezidentimizin tövsüyəsi və sərəncamı,Nazirlər Kabinetinin "EVDƏ QAL" prinsipinə əməl edə bilmirlər,çünki elektrik yoxdursa evdə qalmaq olmur. Adı çəkilən idarə gücləndirilmiş iş rejimində çalışmalı olduğu halda,əksinə heç ofisdəkilər normal iş rejimində işləmir,elektrikdə tez –tez fasilələr yaratmaqla insanları EVDƏ QAL-mağa yox EVDƏN ÇIX-mağa məcbur edirlər,bu da COVİD-19 pandemiyasının yayılmasına səbəb ola bilər.
Əlavə olaraq da:
- Bu günlərdə məktəblilər dərslərinə onlayn davam etməyə ,Təhsil Nazirliyinin təşkil etdiyi virtual dərslərə,Mədəniyyət kanalında keçirilən dərslərə baxmaqla çalışırlar-buna həmin şəxslər mane olurlar.
-Evlərə və digər işləmələrinə icazə verilən vacid dövlət obyektlərə içməli su təminatı elektrikdən asılı olduğuna görə su kəsilir və insanlar əllərini tez-tez yumalı olduğu haldan mərhum edilirlər.
-Elektrikdə süni fasilə yaratmaqla bəzi insanların (elə hamının) evdə online işləmək imkanını,internetdən istifadə hüququnu əllərindən alırlar.
Bu səbəblər yetərincədir və rayon sakinlərini narazı salmaq üçün əllərindən gələni etməkdə davam edirlər (saat 13:00-14:00 radələrində havanın normal olmasına baxmayaraq bu yazımı hazırlayan zamanı yenə də elektrik kəsildi),çünki onlar haqqında ölçü götürülmədiyi üçün bu hal davam edəcək.
Ofisdə özümü təqdim etdikdən sonra özünü texniki operator kimi təqdim edən bir xanım (adını və soyadını demədi )işçi bildirdi ki, ofisdə nəinki rəhbərlik ümümiyyətlə heç kimin yoxdu (amma müşahidələrimə əsasən otaqlardan səslər eşidilirdi).Əvvəl bildirdi ki,Əlinəzərli kəndində qəza baş verib,sonra isə Binnətli kəndində qəza var ora gediblər.Mən ona bildirdim ki,QƏZA yerinə səfər etmək istəyirəm....Bu sualımdan sonra isə dedi ki rayonun çox kəndləri var,nə bilim hara gedib.İş günü olmasına və saat təxminən 12 radələri olmasına baxmayaraq ofisdə rəhbər şəxslərdən heç kim yox idi (xanımın bildirdiyinə əsasən).Mən heç olmasa ofisin rəhbəri Yelmar Həşimovun və ya baş mühəndisin harada olduğunu öyrənmək və onlarla görüşmək məqsədi ilə həmin xanımdan onların mobil telefon nömrələrini istəsəmdə nömrələrini vermədi.Sonda kənar biş şəxsdən Həsən müəllimin (baş mühəndisin ) mobil telefon nömrəsini öyrəndim,zəng etdim amma telefonuma cavab verən olmadı.
Artıq bu gündən başlayaraq elektrik də süni fasilə yaradanlar üçün heç bir tədbir görülmədiyi üçün , Beyləqan Telekominikasiya Qovşağı da onlardan nümunə götürərək,onların yolu ilə getməyə çalışırlar, internetdə də şəbəkədə tez-tez kəsilmələr olur,hətta 2-3 dəqiqədən bir şəbəkə olmur.
Niyə icazəsiz küçəyə çıxanlar cərimə olunurlar,amma onları küçəyə çıxmağa vadar edənlər cinayət məsuliyyətinə cəlb olunmurlar? Belələrinə məncə vətən xaini adı verilməlidir.Dövlətdən əmək haqqı alıb lakin dövlətinin inkişafını istəməyən və xalqını sevməyən kəslər VƏTƏN XAİNİ adını alaraq cəzalandırılmalıdırlar ki, Azərbaycan xalqı onları tanısın.
Bu məsələ ilə əlaqədar olaraq, bundan Beyləqan RİH-nin məlumatlı olub-olmamağı öyrənmək və bu insanlar barədə ölçü götürülməsi üçün İcra Hakimiyyətinə getdim.Qapıda polis nəfəri məni qarşıladı (saat 12-30 radələrində) və bildirdi ki,heç kim işdə yoxdur və divara yapışdırılmış elana görə hərəkət etməyimi tövsiyyə etdi. Elanda Beyləqan RİHB-nın göstərişinə görə icra hakimiyyəti işçiləri ilə əlaqə yaratmaq üçün - telefon nömrələrinə zəng vura və ya İH-nin elektron ünvanına onlayn formada müraciət olunmalıdır.Mən elə orada göstərilən nömrələrdən bir neçəsinə zəng etdim, daha sonra elektron ünvana yazsamda hər iki cəhdim nəticə vermədi.
Nazim Camalov