Xəbər lenti
Axtar
Ən çox oxunan
  • DİN-dən dəfn icazəsi ilə bağlı AÇIQLAMA
  • DSX Keşikçidağdakı vəziyyət barədə məlumat yaydı
  • Deputat seçicilərinə müraciət etdi
  • Koronavirusla bağlı virusa yoluxma riskinin daha yüksək olduğu hava limanlarının siyahısı açıqlanıb.
  • Əlvida kapitalizm! - Yeni sistem yaradılır
  • Şok iddia: Yadplanetlilər burnumuzun ucundadır
  • Tramp kütləvi etirazlar zamanı BUNKERDƏ GİZLƏNİB
  • Azərbaycanda tikinti zamanı qədim əşyalar tapıldı
  • Koronavirus Uhan bazarından yayılmayıb - İDDİA
  • Bu gün Uhud döyüşü və həzrət Həmzənin şəhadət günüdür
  • Rayonlara gediş-gəlişin bərpası ilə bağlı açıqlama
  • İranda silahlı qruplaşma üzvləri ilə sərhədçilər arasında atışma olub, ölənlər var
  • Osmanlı dövləti haqda mobil oyun avstraliyalı qızı müsəlman etdi...-İBRƏTAMİZ-VİDEO
  • Azərbaycanda Respublika Günü qeyd edilir
  • İran şokda: Pulların üzərində "Yaşasın Azərbaycan" şüarı - FOTO
  • Ermənilərin atdığı ehtimal edilən top mərmisi tapıldı
  • Pakistanda baş verən “A-320” qəzasının şok sirləri – Elmi-lədun
  • Bakıda mağazalara girdi, hamının borcunu ödədi - Video
  • "Ermənilər Şuşada törətdikləri təxribatla xalqımızın əsəblərini tarıma çəkmək istədilər"
  • Ermənistanı yerlə-yeksan edəcək sistem: Azərbaycanın elə gizli silahları var ki... - General SİRLƏRİ AÇDI
  • Ramazanda fitrə nə vaxtadək verilməlidir? - VİDEO
  • Deputat: Əhali təkidlə müharibə istəyir... – Video
  • Azərbaycan əsgəri, Şuşanı Vur, Xankəndini Vur!
  • Araikdən yeni provokasiya: “məclis”i Şuşaya köçürür
  • Mumiyalarla bağlı yeni kəşf
  • 06 Nis 2020, 18:56   
        82


    Ermənivirusu pandemiyadan Azərbaycana qarşı istifadə edir

    Nəsimi Məmmədli: “Azərbaycan hərbi əməliyyatlara başlayaraq Ermənistanı öz iddialarından çəkindirməlidir”

    Azərbaycanda 30 ildir tüğyan edən “Ermənivirusu” bu gün digər ölkələrə qarşı olan koronavirusdan da təhlükəlidir və beynəlxalq ictimaiyyətin ciddi müdaxiləsi olmadan bu gün də davam edir. Hələ ki, “ermənivirusunun” regionla bağlı hansı təhlükələri yaratdığı dünya ictimaiyyəti tərəfindən ciddi qarşılanmır. Regionla bağlı təhlükəsizliyin təhdid altında olduğu artıq illərdir müşahidə olunur. Erməni separatçı hərbi qüvvələri pandemiyanın yaratdığı gərgin situasiyadan, dünyanın başının xəstəliklə mübarizəyə qarışdığı bir vaxtda Azərbaycana qarşı hərbi müdaxiləsindən əl çəkmir. Son zamanlar isə Qazax istiqamətində ermənilərin təxribatları artmaqdadır. Düşmənin cavabı verilsə də, bizim də şəhidlərimiz var.

    XEBERTV.AZ “Üç nöqtə” -yə istinadən xəbər verir ki, müstəqil siyasi ekspert Nəsimi Məmmədli Dağlıq Qarabağın təmas xəttində deyil, Qazaxda erməni təxribatının intensivləşməsinin səbəblərini təhlil edib. Ekspert pandemiya dövründə Ermənistanın hərbi təcavüzünə və yeni aprel müharibəsinin başlaması ilə bağlı ehtimalın yaranmasını da ortaya qoyub. Eləcə də belə bir vəziyyətdə Rusiyanın və digər həmsədr ölkələrin hansı reaksiyanı verə biləcəyinə toxunub.

    Siyasi ekspert bildirib ki, Ermənistan-Azərbaycan sərhəddi boyunca Ermənistan ordusunun müxtəlif təxribat cəhdləri, qarşılıqlı atəşlər və itkilər mütəmadi olub. Müdafiə Nazirliyinin rəsmi cəbhə xəbərlərində demək olar ki, hər gün bu barədə informasiyalar yayılıb. Eyni zamanda Ermənistan mətbuatında da buna bənzər informasiyalar olub və olmaqdadır. Ermənistan-Azərbaycan sərhəd-döyüş məntəqələrində hazırda dəyişən xüsusi hallar müşahidə olunmur.

    Keçən ilin avqust ayında dövlət sərhəddinin Qazax istiqamətində bir neçə yeni sərhəd-döyüş məntəqəsini istifadəyə verməsi qarşı tərəfdə də əlavə tədbirlərin gücləndirilməsi ilə müşahidə olundu. Sərhəd-döyüş məntəqələrinin sayının artması ilə qarşılıqlı təmaslar da təbii olaraq artıb. Əgər əvvəllər sərhəddin bu istiqamətində “ölü zona”lar çoxluq təşkil edirdisə, indi sərhəd-döyüş məntəqələrinin sayı və qarşı tərəflə təmas imkanları çoxalıb. Həmçinin, görünür sərhəd-döyüş məntəqələrində Dövlət Sərhəd Xidmətinin peşəkarlığı da hələ qənaətbəxş deyil. İtkilərimizin artmasında bu amillərin də rolunu istisna etmirəm.

    Politoloq hesab edir ki, Ermənistan tərəfi Azərbaycan sərhəddindən özünə qarşı irimiqyaslı xüsusi təhlükə gözləmir.
    “Kollektiv Təhlükəsizlik müqaviləsi çərçivəsində Rusiyanın timsalında özünə etibarlı zireh yarada bilib. Ermənistanda Rusiyanın 102 saylı nəhəng hərbi bazası var. Habelə, 2016-ci ilin 30 noyabrında Ermənistan və Rusiya müdafiə nazirləri Rusiya-Ermənistan “Birləşmiş qoşun qruplaşması” yaratmaq haqqında saziş imzalayıblar. “Birləşmiş qoşun qruplaşması” haqqında sazişə görə Ermənistana qarşı istənilən sui-qəsd baş verərsə Gümridə yerləşən Rusiya hərbi bazası Ermənistan ordusu ilə bərabər müdafiə işinə cəlb ediləcək. Odur ki, Ermənistan Azərbaycan sərhədçilərinə qarşı istənilən təxribata arxayınlıqla əl ata bilir”.

    N.Məmmədli bildirib ki, Azərbaycan-Ermənistan arasındakı diplomatik danışıqlar faktiki olaraq bitib. Son danışıqlarda Ermənistan tərəfi açıq, qəti və güzəştsiz mövqeyini ortaya qoyub. Onlar Azərbaycana Qarabağın müstəqilliyini qəbul etməyi və məhz qondarma rejimlə masaya oturmağı təklif edib. Rəsmi Bakı bu təklifi qəbul etmədiyini bəyan etsə də, adekvat addımlar da atmır. Konkret olaraq Azərbaycan üçün indi iki seçim var: ya bu alçaldıcı təklifi qəbul edib təslimçi sülhə razı olmalı, ya da hərbi əməliyyatlara başlayaraq Ermənistanı öz iddialarından çəkindirməlidir.

    “Görünən budur ki, Azərbaycan hökuməti hələ də mövcud status-kvonu bu şəkildə saxlamaq xəttini götürüb. Öz hərbi-siyasi resurslarını, habelə yerli və beynəlxalq amilləri nəzərə alaraq risk etmək istəmir.
    Ermənistan tərəfi isə bu amillərdən sui-istifadə edərək 27 ildir işğal etdiyi ərazilərimizdə sistemli məskunlaşma siyasəti həyata keçirir, yerli idarəetməsinin mənəvi və hüquqi legitimliyini beynəlxalq ictimaiyyətə qəbul etdirməyə çalışır.

    Artıq ATƏT-in Minsk qrupunun həmsədrləri də yeni təkliflərlə çıxış etmir. Onlar da danışıqların dalana dirəndiyinin fərqindədirlər. Tərəflərin davranışlarını passiv şəkildə izləyir, atəşkəsin davam etməsini alqışlayır və xüsusi təşəbbüslər göstərmirlər. Onlar dəfələrlə bildiriblər ki, Azərbaycanın ərazi bütövlüyünü təmin etmək hüququnu tanıyırıq. Əgər Azərbaycan işğala son qoymaq üçün aktiv hərbi əməliyyatlara başlasa beynəlxalq birliyin müəyyən növbətçi qınayıcı bəyanatlardan uzağa gedəcəyini zənn etmirəm”.
    loading...