Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Şuşa postuna qumbara atana 1000 dollar “mükafat” verilir
  • Qubadlı fatehi olan polkovnik-leytenant Vidadi Xəlilovun ildönümü ilə əlaqədar şəhərin Şəhidlər xiyabanında, məzarı önündə anım mərasimi təşkil olunub
  • Qarabağ Qazisi ÇARƏSİZ DURUMDA...
  • Sabah intensiv yağış yağacaq
  • Ermənistanda Azərbaycan və Türkiyə radiosu yayımlanır
  • Bir dövlət müəssisəsində 9 şübhəli tender müqaviləsi - FOTO
  • Qarabag əlillərinə qarşı böyük haqsızlıq.
  • Nəşi tapılan hərbçimizin şəxsiyyəti bəlli oldu - Foto
  • SON DƏQİQƏ: Operativ Qərargah məlumat yaydı - YÜZLƏRLƏ YOLUXMA, 14 ÖLÜ VAR
  • İcra Hakimiyyətlərində baş verən tender "maxenasiya"ları
  • ŞOK! Ailəsi ilə təhdid olunan şəxs sifarişin kim tərəfindən olduğunu bəyan etdi - VİDEO
  • Göyçayda 27 sentyabr – Anım Günü ilə bağlı ümumrayon tədbiri keçirildi
  • Öz nəfsimizin şərindən amanda olmadığımızı unutmayaq
  • Şəhid adına verilən küçə bərbad haldadır
  • Mobil operatorlarla bağlı yenilik
  • Büdcədə kəskin artım: Hökumət iki milyardı hardan yığacaq?
  • Koronavirusu yarım saatdan az müddətdə təyin etmək mümkün olacaq
  • Paşinyandan Zəngəzur dəhlizi açıqlaması: Hazırıq!
  • Bu şəxslərə soğan yemək olmaz
  • İstəyənin əlini qaytarmayın
  • Ölümdən qaçmaq olsaydı…
  • Yoxsulları öz qonaqlığına buraxmayan varlının aqibəti
  • Ustad jurnalist - Nəriman Bəxtiyarovun əziz xatirəsinə
  • Hərbçilər, qazilər, şəhid ailələri daim dövlətin diqqət və qayğısı ilə əhatə olunurlar.
  • Dünyanın yeni düzəni: pisdir, ancaq çarə yoxdur
  • 06 Nis 2020, 08:14   
        387



    29 apreldə dünyanı fəlakət gözləyir?

    BAKI-XEBERTV.AZ

    29 apreldə dünyanı fəlakət gözləyir?
    Dünya atmosferinə hər gün müxtəlif ölçülü cisimlər daxil olur, sürtünmədən dolayı alovlanır. Bəzən onların sayı o qədər artır ki, bu hal meteorit yağışına çevrilir. Lakin bu cisimlər çox da böyük olmadıqlarına görə, Yer səthinə çatmamış daha da kiçik parçalara bölünürlər. Atmosferimiz bir növ qalxan funksiyanı yerinə yetirir.

    Bəs o kiçik parçalardan birinin üstümüzə düşmək ehtimalı varmı ?

    Əlbəttə ki var.

    1954-cü ildə Ann Hodges adlı qadının evinin damına kosmosdan gələn bir daş düşür. Daş onun evinin damını dəlib keçməklə qalmır, onun özünü də yaralayır. Ann Hodges dünyada Yer kürəsi xaricindən gələn bir cisimlə yaralandığı rəsmiləşən ilk insandır.



    Demək olar ki, hər gün müxtəlif diametrli göy cisimləri Yerin yaxınlığından keçir. Bəs bu cisimlər Yer kürəsi ilə toqquşsa nə baş verər?

    Bu suala cavab vermək üçün dünyada yaşanmış bir fəlakəti xatırlayaq; 2013-cü ilin 15 fevral günü Rusiyada saatda 60000 km sürətlə atmosferə girən bir cisim arxasında isti toz buludu buraxaraq yanmağa başladı. Hətta günəşdən belə daha parlaq hala gəldikdən sonra şiddətli bir partlayış ilə parçalara ayrıldı. Nəticədə yaxınlıqdakı 6 şəhərdə 7200 binanın pəncərələri sındı və 1500 insan yaralandı.



    Aprelin 29-da bizi fəlakət gözləyirmi?

    Aprel və may aylarında ümumilikdə 28 asteroid dünyanın yaxınlığından keçəcək. Bu siyahıdakı cisimlərdən birinin ölçüsü digərlərindən çox daha böyükdür. Diametrinin 1.8 ilə 4.1 km arasında olduğu təxmin edilir. 2013-cü ildə Rusiyaya düşən asteroidin diametrinin sadəcə 20 m olduğunu nəzərə alsaq, bu ölçüdə asteroidin Yer kürəsi ilə toqquşması dünyanın sonunu gətirə biləcək qədər təhlükəlidir.

    1998-ci ildə kəşf edilmiş "(52768) 1998 OR2" asteroidi 29 aprel tarixində Yer kürəsinin 6283110.6 km uzaqlığından keçəcək. Bu da Ayın Yer kürəsinə olan uzaqlığının 16 qatı deməkdir.

    Yəni bu uzaqlıqdan keçən asteroidin Yer kürəsinə ziyan vermə ehtimalı yoxdur.

    Lakin sizə verəcəyim pis xəbər də var. Belə ki, kəşf edilməyən hələ milyonlarla asteroid mövcuddur. Eynilə 7 il əvvəl Rusiyaya düşərək minlərlə insanın yaralanmasına səbəb olan asteroid kimi...
    mənbə
    24media.az
    loading...