Xəbər lenti
Axtar
Ən çox oxunan
  • DİN-dən dəfn icazəsi ilə bağlı AÇIQLAMA
  • DSX Keşikçidağdakı vəziyyət barədə məlumat yaydı
  • Deputat seçicilərinə müraciət etdi
  • Koronavirusla bağlı virusa yoluxma riskinin daha yüksək olduğu hava limanlarının siyahısı açıqlanıb.
  • Əlvida kapitalizm! - Yeni sistem yaradılır
  • Şok iddia: Yadplanetlilər burnumuzun ucundadır
  • Tramp kütləvi etirazlar zamanı BUNKERDƏ GİZLƏNİB
  • Azərbaycanda tikinti zamanı qədim əşyalar tapıldı
  • Koronavirus Uhan bazarından yayılmayıb - İDDİA
  • Bu gün Uhud döyüşü və həzrət Həmzənin şəhadət günüdür
  • Rayonlara gediş-gəlişin bərpası ilə bağlı açıqlama
  • İranda silahlı qruplaşma üzvləri ilə sərhədçilər arasında atışma olub, ölənlər var
  • Osmanlı dövləti haqda mobil oyun avstraliyalı qızı müsəlman etdi...-İBRƏTAMİZ-VİDEO
  • Azərbaycanda Respublika Günü qeyd edilir
  • İran şokda: Pulların üzərində "Yaşasın Azərbaycan" şüarı - FOTO
  • Ermənilərin atdığı ehtimal edilən top mərmisi tapıldı
  • Pakistanda baş verən “A-320” qəzasının şok sirləri – Elmi-lədun
  • Bakıda mağazalara girdi, hamının borcunu ödədi - Video
  • "Ermənilər Şuşada törətdikləri təxribatla xalqımızın əsəblərini tarıma çəkmək istədilər"
  • Ermənistanı yerlə-yeksan edəcək sistem: Azərbaycanın elə gizli silahları var ki... - General SİRLƏRİ AÇDI
  • Ramazanda fitrə nə vaxtadək verilməlidir? - VİDEO
  • Deputat: Əhali təkidlə müharibə istəyir... – Video
  • Azərbaycan əsgəri, Şuşanı Vur, Xankəndini Vur!
  • Araikdən yeni provokasiya: “məclis”i Şuşaya köçürür
  • Mumiyalarla bağlı yeni kəşf
  • 31 Mar 2020, 13:59   
        100

    BAKI-XEBERTV.AZ

    Kimlərin koronavirusa yoluxma riski daha yüksəkdir? - Alimlər SİRLƏRİ AÇDI

    Həddən artıq çəki və piylənmə müxtəlif xəstəliklərin inkişafını sürətləndirən, səhhətimizi təhlükəyə atan başlıca amillərdən biridir. Məlum olub ki, köklük yeni tip koronavirus infeksiyasına da yoluxma riskini artıran əsas amillərdən biridir.

    Rusiya mətbuatına xəbər verir ki, bədən kütləsi indeksi nə qədər yüksək olsa, xəstəlik bir o qədər şiddətlənir.

    “Bədən kütləsi indeksi müxtəlif yoluxucu və xroniki xəstəliklərlə birbaşa əlaqəlidir. Bu cür insanlar patologiyaların bir hissəsini özlərində daşıyır və nəticədə COVID-19-a qarşı daha dözümsüz olacaqlar. Bunu mövcud statistika da təsdiqləyir”, - deyə gen mühəndisliyi laboratoriyasının rəhbəri Pavel Volçkov “İzvestiya”ya verdiyi açıqlamasında qeyd edib.


    Yüksək dərəcədə piylənməsi olan insanlarda bir qayda olaraq ağciyərlərin işləmə həcmi azalır, bu da xəstəliyin pnevmoniya şəklində inkişafına kömək edir. Seçenov Universiteti Sağlamlıq İdarəetmə Klinikasının dietoloqu Natalya Puqaçeva isə hesab edir ki, xüsusilə yüksək piylənməsi olan insanlar risk altındadır.

    Rus mütəxəssislər xarici həmkarlarının məlumatlarına etibar edirlər. Belə ki, Birləşmiş Krallıq ciddi xəstəliklərə yoluxanların sayının təxminən üçdə ikisinin kilolu olduğunu elan edib. Fəsadların ən yüksək riskinə bədən kütləsi indeksi 40-dan çox olan insanlarda rast gəlinir.
    Publika.az
    Aytən Məftun
    loading...