Xəbər lenti
Axtar
Ən çox oxunan
  • DİN-dən dəfn icazəsi ilə bağlı AÇIQLAMA
  • DSX Keşikçidağdakı vəziyyət barədə məlumat yaydı
  • Deputat seçicilərinə müraciət etdi
  • Koronavirusla bağlı virusa yoluxma riskinin daha yüksək olduğu hava limanlarının siyahısı açıqlanıb.
  • Əlvida kapitalizm! - Yeni sistem yaradılır
  • Şok iddia: Yadplanetlilər burnumuzun ucundadır
  • Tramp kütləvi etirazlar zamanı BUNKERDƏ GİZLƏNİB
  • Azərbaycanda tikinti zamanı qədim əşyalar tapıldı
  • Koronavirus Uhan bazarından yayılmayıb - İDDİA
  • Bu gün Uhud döyüşü və həzrət Həmzənin şəhadət günüdür
  • Rayonlara gediş-gəlişin bərpası ilə bağlı açıqlama
  • İranda silahlı qruplaşma üzvləri ilə sərhədçilər arasında atışma olub, ölənlər var
  • Osmanlı dövləti haqda mobil oyun avstraliyalı qızı müsəlman etdi...-İBRƏTAMİZ-VİDEO
  • Azərbaycanda Respublika Günü qeyd edilir
  • İran şokda: Pulların üzərində "Yaşasın Azərbaycan" şüarı - FOTO
  • Ermənilərin atdığı ehtimal edilən top mərmisi tapıldı
  • Pakistanda baş verən “A-320” qəzasının şok sirləri – Elmi-lədun
  • Bakıda mağazalara girdi, hamının borcunu ödədi - Video
  • "Ermənilər Şuşada törətdikləri təxribatla xalqımızın əsəblərini tarıma çəkmək istədilər"
  • Ermənistanı yerlə-yeksan edəcək sistem: Azərbaycanın elə gizli silahları var ki... - General SİRLƏRİ AÇDI
  • Ramazanda fitrə nə vaxtadək verilməlidir? - VİDEO
  • Deputat: Əhali təkidlə müharibə istəyir... – Video
  • Azərbaycan əsgəri, Şuşanı Vur, Xankəndini Vur!
  • Araikdən yeni provokasiya: “məclis”i Şuşaya köçürür
  • Mumiyalarla bağlı yeni kəşf
  • 27 Mar 2020, 23:17   
        104


    BAKI-XEBERTV.AZ
    "Çox qısa bir zamanda yaramaz erməni snayperi düz alnından vuruldu..."


    Bildiyiniz kimi, bu gün gündüz saatlarında dövlət sərhədində atəşkəs rejimini pozan işğalçı Ermənistan Ordusunun bir hərbçisi ağır yaralandı.
    İş elə gətirdi ki, biz Dövlət Sərhəd Xidmətinin (DSX) rəhbərliyinin icazəsiylə həmin anlarda hadisə baş verən yerin iki addımlığında idik. Və dərhal sərhədçilərimiz tərəfindən ölümcül vəziyyətinə salınan əsgərin kimliyi ilə maraqlandıq. Sosial media üzərindən elə ilğınc və maraqlı məlumatlar əldə etdik ki, sadəcə azca səbr etsəniz bu yaramazın kimliyini siz də biləcəksiniz. Bu haqda bir qədər aşağıda.
    Uzun müddət idi ki, Azərbaycanın mərd və qorxmaz əsgərlərinə müxtəlif istiqamətlərdən xaincəsinə atəş açan və bir əsgərimizi yanvarın 7-də Şəhid edən erməni snayperi Arsen Alixanyan adlı dığa, bu gün də yenə "qəhrəmanlıq" etməyə cəhd etdi və İGİD sərhədçi əsgərimiz tərəfindən yəqin ki, birdəfəlik sıradan çıxarıldı.
    Demək, son zamanlar erməni yaramazları DSX-nın ön xətti təmin edən nəqliyyat vasitələrinə davamlı atəşlər açırlar. Və bu haqda Sizlərin də məlumatınız var. Bu gün də, eyni ssenarı üzrə həmən kəskin atıcı Arsen Alixanyan və digər işğalçı qüvvələr saat 12:00 radələrindən başlamaqla Qazax ra­yo­nu istiqamətində Sərhəd Qoşunlarının sərhəd döyüş məntə­qələri və arxa hüdudda hərəkət edən təminat nəqliyyat vasitələrini həm iri çaplı silahlardan, həm də snayper silahlardan istifadə etməklə Ermənistanın Noyem­beryan rayonu­nun Boqanis kəndi yaxın­lığında yerləşən mövqelərindən intensiv atəşə tutdular. DSX-nın rəhbərliyi dərhal Er­mə­nistan Silahlı Qüvvə­lərinin bölmələrini susdurmaq üçün əsgərlərimizə qəti göstəriş verdi. Və çox qısa bir zamanda adı yuxarıda qeyd olunan yaramaz erməni snayperi düz alnından vuruldu.
    Artıq Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi mayor Şuşan Stepanyan hadisəni təqsdiq edib. Amma, hadisə haqqında bu qadın ətraflı məlumat verməsə də, sosial media vasitəsiylə öyrənə bildik ki, cavab atəşi ilə susdurulan erməni snayperi dərhal İrəvandakl hospitala aparılıb. Ermənistan MN-nin rəsmisi sosial media istifadəçilərinin erməni seqmentinin narahatçılığından dolayısı deyib ki, guya xəsarət o qədər də ciddi deyil. Sual olunur: əsgər həqiqətən də yaralanan snayperin vəziyyəti ciddi deyildisə, onda onun nədən təcili Ermənistan paytaxtındakı hərbi hospitala çatdırılmasına zərurət yaranıb və onun başında əməliyyat aparılıb?.
    Hər dəfə olduğu kimi, bu dəfə də Ermənistan MN-nin rəsmiləri ən təcrübəli və qaniçən snayperlərindən birinin sıradan çıxmasını adi hadisə kimi qələmə verməyə çalışırlar.
    Son günlər erməni əsgərləri xüsusən Tavuş rayonu istiqamətindən DSX-nın mərd və qorxmaz əsgər və zabitlərinə qarşı təxribatlar həyata keçirməyə çalışırlar. Lakin, görünən odur ki, hər dəfə onlar çox ağır bədəl ödəməli olurlar. Fürsətdən istifadə edib, DSX-nın daima ön xətdə olan general və polkovniklərinə, bütün şəxsi heyətinə möhkəm can sağlığı və uğurlarının davamlı olmasını arzu etmək istəyirəm. DSX rəhbərliyinin düşmənin təxribatlarına qarşı qətiyyətli və düşünülmüş addımları düşməni demorolizə dərəcəsinə çatdırıb. Son vaxtlar elə qürürverici və ürək açan İŞLƏR GÖRÜLÜB ki, bu haqda inşallah ayrı bir qeydlərimizdə toxunacağıq. Halal və eşq olsun Sizə, o möhtəşəm, misilsiz işlərinizə görə. Qürür duymaq lazımdır əsgərlərimizin ortaya qoyduqları o çoxsaylı işlərlə. Və çox istərdim ki, heç kim də o cür sərt şəraitdə görülən və görüləcək işlərlə bağlı ağız büzməyə cəhd etməsin. KİŞİLƏR gecə-gündüz lazım olanı edirlər və yaxın vaxtlarda elə şad xəbərlər eşidəcəyik ki, düşmən Ermənistan Ordusu ciddi təlatümlərlə rastlaşacaq.
    Tanrı Azərbaycan ƏSGƏRİNİ qorusun!


    Üzeyir Cəfərov, Tanınmış hərbi ekspert
    moderator.az
    loading...