Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Kimlərin koronavirusa yoluxma riski daha yüksəkdir? - Alimlər SİRLƏRİ AÇDI
  • Azərbaycanlı qarmon ifaçı Xanlar Cəfərov vəfat edib.
  • Azərbaycanda insanlara yalnız bu hallarda evdən çıxmağa icazə verildi - RƏSMİ
  • Koronavirusu sürətlə yayan vasitə BƏLLİ OLDU
  • Son məlumat: Koronadan ən çox ölüm bu ölkədə baş verdi
  • Koronavirusa qarşı yeni MÜBARİZƏ üsulu tapdılar - Dünyanın danışdığı görüntülər (VİDEO)
  • Azərbaycanda vətəndaşlara pul yardımı ediləcək? - RƏSMİ
  • Dünyanı ayağa qaldıran 20 trilyon dollarlıq İDDİA - Koronavirus kütləvi ölümlərə yol açmaq üçün yaradılıb
  • Koronavirusun regionlarda aşkarlanması ciddi həyəcan siqnalıdır - AÇIQLAMA
  • Azərbaycanda xüsusi karantin rejimi başladı
  • Azərbaycanlı məşhurlara örnək: Kirayə haqqı...
  • Türkiyəli həkim: Koronavirus 3-4 aya...
  • ABŞ koronavirusa görə Azərbaycana pul ayırdı
  • Əsgərlər ehtiyata buraxılacaq? - Açıqlama
  • Korona nə qədər davam edəcək? – Harvard İnstitutu
  • Dünyanı koronadan o ölkə xilas edəcək – Öngörü
  • "Çox qısa bir zamanda yaramaz erməni snayperi düz alnından vuruldu..."
  • "Karantinə əməl etməsək, 1 həftəyə Bakıda 600 min insan koronavirusa yoluxar" – Tanınmış transplantoloq
  • “Genişmiqyaslı epidemiya olsa, bunun altından çıxa bilməyəcəyik” - İbrahim Məmmədov
  • Orqanizm korona ilə bu cür savaşır - Video
  • Yadplanetlilərin qaçırdığı azərbaycanlı nələr danışdı?
  • 23-45 yaşlı insanlarda bu əlamətlər varsa... - KORONAVİRUSUN YENİ SİMPTOMLARI
  • ÜST-dən ölkələrə çağırış: Hücuma keçin!
  • Ermənistan ordusunda koronavirus yayıldı
  • 10 minə qədər vətəndaşımız müxtəlif ölkələrdən Azərbaycana gətirilib - Operativ Qərargah
  • 22 Mar 2020, 22:22   
        63




    Fərman: ödədiyiniz məbləğin bu hissəsi geri qayıdacaq

    Bu fərman 3 istiqamətdə çox önəmlidir: həm insanlarımızı kartla ödəniş etməyə sövq edir, çünki bu ödənişdə müəyyən faiz geri qayıdır, həm büdcədən yayınmaların qarşısı alınır, həm də koronavirusun yayılmasına səbəb olan əsginazlardan istifadəni aşağı salır.

    XEBERTV.AZ xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası”nın təsdiq edilməsi haqqında imzaladığı fərmanı şərh edərkən deyib.

    Ekspert bildirib ki, koronavirusa qarşı mübarizə çərçivəsində hökumət daha çevik addımlar atır və bu qərarın da tezləşməsinin bir səbəbi budur:

    “Ötən il məsələ ilə bağlı bir qərar verilmişdi. Lakin bunun tətbiqi üçün mexanizm yox idi. Yəni əslində biz də gözləyirdik ki, tətbiqi mexanizimlər üzərində işlənsin və tətbiq edilsin.

    Hazırkı vəziyyətdə nağd ödənişlər təhlükəlidir və əsginazlar vasitəsi ilə virusa yoluxma halları çox ola bilər. Bu baxımdan nağd ödənişlər azalmalıdır. Ona görə bu, çox yaxşı bir qərardır”.

    N.Cəfərli Prezidentin fərmanı ilə nağdsız ödəniş edənlərin qazanacağı məbləği də açıqlayıb:

    “Ölkə başçısı 15 gün ərzində bu mexanizmin tədiq edilməsi ilə bağlı göstəriş verib. Əslində bu mexanizim çox da çətin deyil. Məsələn, siz 100 faizlik bir ödəniş edirsinizsə, üzərinə 18 manat əlavə dəyər vergisi gəlir. Bu qərarla 18 manat əlavə dəyər vergisinin 15 faizi sizə geri ödəniləcək. Bu da 2 manat 70 qəpik edir. Yəni hər 100 manatlıq alış-verişə hesablanan əlavə dəyər vergisindən 2 manat 70 qəpik geri qaytarılacaq”.
    loading...