Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Əlvida kapitalizm! - Yeni sistem yaradılır
  • Şok iddia: Yadplanetlilər burnumuzun ucundadır
  • Tramp kütləvi etirazlar zamanı BUNKERDƏ GİZLƏNİB
  • Azərbaycanda tikinti zamanı qədim əşyalar tapıldı
  • Koronavirus Uhan bazarından yayılmayıb - İDDİA
  • Bu gün Uhud döyüşü və həzrət Həmzənin şəhadət günüdür
  • Rayonlara gediş-gəlişin bərpası ilə bağlı açıqlama
  • İranda silahlı qruplaşma üzvləri ilə sərhədçilər arasında atışma olub, ölənlər var
  • Osmanlı dövləti haqda mobil oyun avstraliyalı qızı müsəlman etdi...-İBRƏTAMİZ-VİDEO
  • Azərbaycanda Respublika Günü qeyd edilir
  • İran şokda: Pulların üzərində "Yaşasın Azərbaycan" şüarı - FOTO
  • Ermənilərin atdığı ehtimal edilən top mərmisi tapıldı
  • Pakistanda baş verən “A-320” qəzasının şok sirləri – Elmi-lədun
  • Bakıda mağazalara girdi, hamının borcunu ödədi - Video
  • "Ermənilər Şuşada törətdikləri təxribatla xalqımızın əsəblərini tarıma çəkmək istədilər"
  • Ermənistanı yerlə-yeksan edəcək sistem: Azərbaycanın elə gizli silahları var ki... - General SİRLƏRİ AÇDI
  • Ramazanda fitrə nə vaxtadək verilməlidir? - VİDEO
  • Deputat: Əhali təkidlə müharibə istəyir... – Video
  • Azərbaycan əsgəri, Şuşanı Vur, Xankəndini Vur!
  • Araikdən yeni provokasiya: “məclis”i Şuşaya köçürür
  • Mumiyalarla bağlı yeni kəşf
  • DTX Elçin Quliyevin müavinini belə saxladı - Əməliyyatın VİDEOSU
  • "Qeyrəti olan hər vətəndaş bu gün Ali Baş Komandanın Şuşa ilə bağlı əmrini gözləyir…"
  • Şəhidlər məzarının istinad divarı uçuruldu.
  • Koronavirusu bir saniyədə tapan lazer icad olundu
  • 18 Mar 2020, 08:16   
        119



    Koronaya qarşı istifadə olunan dərmanla bağlı - Xəbərdarlıq

    Ümumdünya Səhiyyə Təşkilatı (DST) insanları koronavirus infeksiyasına yoluxma şübhəsi ilə əlaqədar həkim rəyi olmadan ibuprofen qəbul etməməyə çağırıb.

    XEBERTV.AZ xəbər verir ki, beynəlxalq təşkilatın nümayəndəsi Xristian Lindmayer Cenevrədə verdiyi açıqlamada ibuprofenin koronavirusa görə ölüm halları ilə əlaqəsi barədə hələlik elmi tədqiqatların olmadığını bildirib. Lakin o bildirib ki, bu dərman preparatı haqqında səslənən müxtəlif iddialar ehtiyatlı olmağı tələb edir. Ona görə də infeksiya şübhəsi olan insanlara ibuprofen əvəzinə parasetamol verilməsi tövsiyə olunur.

    Qeyd edək ki, Fransanın Səhiyyə naziri ötən həftəsonu əhalini ibuprofen kimi qeyri-steroid iltihab əleyhinə preparatlardan (NSAR) uzaq durmağa çağırıb. Həmin maddələr qrupuna ibuprofenlə yanaşı, asetilsalisilli turşu (ASS, kütləvi satışda aspirin adı ilə tanınır) və diklofenak da daxildir. Tibb üzrə ixtisaslaşmış “Lanset“ dərgisində yer alan bir araşdırmada ibuprofenin arzuolunmaz təsirindən bəhs olunur, lakin məqalə müəlliflərinin istinad etdiyi araşdırmada testlərin sayı olduqca azdır.

    Almaniyanın Tropik Təbabət üzrə Bernhard-Noxt İnstitutunun viroloqu Yonas Şmidt-Xanazit ASS və ibuprofenin COVID-19 infeksiyasına qarşı həqiqətən də kömək etmdiyini təsdiqləyib. O bildirib ki, ibuprofen qan laxtalanmasının qarşısını alan maddə kimi yoluxma halında daxili qanaxmalara yol aça bilər. Bu ehtimal parasetamolda yoxdur.

    Artıq bir sıra ölkələrdə apteklərdə ibuprofenin sərbəst satışı dayandırılıb və yalnız resept əsasında təqdim olunur. Hazırda kifayət qədər elmi araşdırmaların olmadığını nəzərə alaraq, ÜST rəsmiləri koronavirusla əlaqədar yalnız həkim məsləhəti əsasında ibuprofen preparatından istifadəni tövsiyə edirlər.axar.az
    loading...